Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
Kamran Soruşur Yazılma Tarixi:16.08.2023 13:35:03

Salam, ikinci dəfə di müraciət edirəm. Komissiyanın qərarı bilmək istəyirəm hərbi xidmətə yararlıyam yoxsa, yararsız?

Müəyyən edilmişdir ki, növbəti şəhadətləndirilmə zamanı Siz Xidmətin Səbail rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 82 “c” və 68 “c” maddələrinin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Hərbi biletlə təmin olunmağınız üçün Xidmətin Səbail rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
İbrahim Soruşur Yazılma Tarixi:16.08.2023 13:17:54

Salam mən bilmək istəyirəm ki xidmətə yararlıyam ya yox

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsi (idarəsi, şöbəsi, bölməsi) göstərilməlidir.    
Mürsəl Soruşur Yazılma Tarixi:16.08.2023 12:22:02

Salam mən Babayev Mürsel Apşeron rayon cagrişcisiyam komisiyanin son qerarin bilmek isterdim əvəlcədən teşekkür edirəm

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Abşeron rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.
Surxay Soruşur Yazılma Tarixi:16.08.2023 09:22:14

Salam.Mən 2-ci Qarabağ müharibəsi veteranıyam.Hərbi xidmətdə 1 il boyunca(müharibə daxil olmaqla) Manqa Komandiri olmuşam,əsgər rütbəsində.Məni təkrar hərbi təlimə çağırıblar.Təlimdə çavuş və yaxud kiçik gizir rütbəsi ala bilərəm?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi elektron ünvanına etdiyiniz müraciətə baxılmışdır.         Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyənləşdirilmiş qaydada polkovnik (1-ci dərəcəli kapitan) daxil olmaqla növbəti hərbi rütbələr verilir.
Cavanşir Soruşur Yazılma Tarixi:16.08.2023 07:34:48

Salam hər vaxtınız xeyirli gününüz uğurlu olsun inşallah sizdən xahiş edirəm qeydiyyata alınmaq üçün məndə könüllü qeydiyyata almağınızı xahiş edirəm mən ehtiyatda olan hərbiçiyəm dövlət sərhəd xidmətinin giziriyəm 0506350357 əvvəlcədən sizə və sizin tabeliyinizdə olan bütün əməkdaşlara öz dərin təşəkkürümü bildirirəm

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkür edirik.         Bildiririk ki, 10 noyabr 2020-ci il tarixdə Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunmuş və səfərbərlik üzrə hərbi xidmətə çağırılma dayandırılmışdır.          Əlavə olaraq bildiririk ki, zərurət yarandığı halda hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölməsi tərəfindən Sizə məlumat veriləcək.  
Cavanşir Soruşur Yazılma Tarixi:16.08.2023 07:34:05

Cavanşir Soruşur Yazılma Tarixi:16.08.2023 07:33:27

Nurlan Soruşur Yazılma Tarixi:16.08.2023 00:12:35

Salam mən artıq ikinci dəfədir yazıram amma cavab verilmir zəhmət olmasa cavab verərdiz.

Məlum olmuşdur ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Ağsu rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə bağlı 26.07.2023-cü il tarixdə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” əsasında barənizdə cari ilin oktyabr çağırışı zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Pərviz Soruşur Yazılma Tarixi:15.08.2023 22:00:28

Salam mən abşeron rayon çağırışçısıyam hərbi xidmətə yararlı olub olmamağım haqqında məlumat almaq istəyirəm xahiş edirem cavaplayardınız

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışı zamanı Siz Xidmətin Abşeron rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan (qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafik müayinələri) keçirilmiş və səhhətiniz ilə əlaqədar Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Siz 12.04.2023-cü il tarixdə rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.  
Teymur Soruşur Yazılma Tarixi:15.08.2023 20:43:42

Salam.Mənim bir dostum var onun belə bir sualı varki Mən bu il məktəbi bitirdim.13.05.2006 cı ildə anadan olmuşam,bir sıra qərarlara əsasən bu il universitetə yenidən hazırlaşmaq qərarına gəldim.Əgər bu il universitetə hazırlaşsam hərbi xidmətə çağırılacam yoxsa yox? Çünki 18 yaşım gələn il mayın 13 də tamam olur ona qədərdə buraxılış imtahanlarını falan vermiş olacam,və blok imtahanları qalacaq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Qanunvericiliyin tələblərinə uyğun olaraq, 18 yaşı 13.05.2024-cü il tarixdə tamam olan çağırışçılar həmin ilin iyul çağırışına cəlb olunacaqlar. İyul çağırışına hazırlıq işlərinə isə həmin ilin may ayından başlanılır və mayın 1-dən iyulun 30-dək 18 yaşı tamam olan kişi cinsli vətəndaşlar may ayından etibarən rayon (şəhər) çağırış komissiyalarına cəlb olunurlar. Bununla yanaşı bildiririk ki, 30.04.2006-ci il tarixdən sonra doğulmuş əvvəlki illərin məzunu olan çağırışçıların 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakına və “Abituriyentin elektron ərizəsi”nin təsdiqinə icazə verilməsinə dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əlavə qaydalar tətbiq olunacağı halda, bu barədə vətəndaşlar məlumatlandırılacaqlar.
Cədvəldə sətir sayı :14897