Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
Pərvin Soruşur Yazılma Tarixi:09.08.2023 17:13:21

Mən 3 il bunan qabaq niqodnu çıxmışdım təhsilim ilə əlaqədar indi isə könüllü müddətli həqiqi hərbi xidmətə getmək istəyirəm xahiş edirəm mənə köməklik edəsiniz

Müəyyən edilmişdir ki, Siz 2020-ci ilin oktyabr çağırışı zamanı Xidmətin İsmayıllı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan (qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri) keçirilmiş və səhhətiniz ilə əlaqədar Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Müayinələr nəticəsində təyin olunmuş diaqnozlara müvafiq olaraq rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə rayon hərbi həkim komissiyası tərəfindən qəbul edilən qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təsdiq olunmuşdur. Möhlət hüququna malik olduğunuzdan 07.10.2023-cü il tarixdə növbəti təkrar tibbi şəhadətləndirilməyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir
Səid Soruşur Yazılma Tarixi:09.08.2023 16:44:32

Heqiq heribi xitmete yoxlanis ucun cagris vereqesi ne zaman gelir ?

Müraciətinizlə əlaqədar bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinin tələblərinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməlidirlər.
Bəxtiyar Soruşur Yazılma Tarixi:09.08.2023 15:54:20

Salam mən 2004 təvəllüdlüyəm.İsmayıllı rayonuna qeydiyyatdayam.Əsgərliyə Yararlı yoxsa Yararsız olduğumu öyrənmək istəyirəm.

Müəyyən edilmişdir ki, Siz Xidmətin İsmayıllı rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə bağlı 08.06.2023-cü il tarixdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na uyğunluğu yoxlanıldıqdan sonra barənizdə yekun qərar qəbul olunacaqdır.    
Rəşid Soruşur Yazılma Tarixi:09.08.2023 14:51:34

Salam. Hərbi xidmətə nə vaxt çağırılcağımla bağlı məlumat almaq istəyirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 2023-cü ilin iyul çağırışına cəlb olunmuş cari ilin məzunlarına 2023-2024-cü tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanlarında iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən lazımi imkanlar yaradılmışdır. Qəbul imtahanlarının nəticələrinə uyğun olaraq, imtahanlarda iştirakına icazə verilmiş bütün çağırışçılar 2023-cü ilin oktyabr çağırışına cəlb olunurlar. Bununla əlaqədar Sizin barənizdə qanunamüvafiq qərar qəbul edilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə gəlməyiniz xahiş olunur.
Rahim Soruşur Yazılma Tarixi:09.08.2023 14:42:08

Salam mən keçən aydan SHXÇDX nın rayon şöbələrində vakant olan yerlər üçün işə qəbul ilə bağlı kadrlar şöbəsinə müraciət etmişəm, sənədlərimi göndərmişəm, artıq 1 aydır göndərmişəm xahiş edirəm mənim sənədlərimə kadrlar şöbəsində baxılıb rəy verilsin.

Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız barədə müraciətinizə baxılması ilə əlaqədar həftənin cüt günləri (çərşənbə axşamı və cümə axşamı günləri) saat 10:00-dan 13:00-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və kadr hazırlığı baş idarəsinə gəlməyiniz təklif olunur. Şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədi (əslini və kserosurətini) özünüzlə gətirməyiniz vacibdir.    Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun şərq hissəsində yerləşən Xidmətin Mərkəzi Çağırış Məntəqəsi Kompleksi. Əlaqə telefon nömrəsi: (012) 493-06-52 Nəzərinizə çatdırırıq ki, tərəfinizdən əvvəllər göndərilmiş müraciətə 07.08.2023-cü il tarixli 3-43-93/2-Ə-182/1/2023 nömrəli məktubla eyni məzmunlu cavab verilmişdir.
Hüseyin Soruşur Yazılma Tarixi:09.08.2023 12:05:18

Hərbi xidmətə yararsız olduqum halda göndərildim Ağdam vaynkamatı 7 ay sonra xidmətdən azad edildi yararsız halda heç bir yer köməklik göstərilmədi təzminat və ya sığorta verilmedi əliliyin qurp verilmedi bu məsələyə baxılmasına köməklik gosderesiz

Müəyyən edilmişdir ki, 2021-ci ilin oktyabr çağırışı zamanı Siz Xidmətin Ağdam rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və rayon hərbi həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilərək Dövlət Sərhəd Xidmətinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Hərbi xidmət dövründə səhhətiniz ilə bağlı Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına müayinəyə göndərilmisiniz. Müayinə zamanı təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin II qrafasının tələblərinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmiş və 18.04.2022-ci il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmısınız. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” və “Ümumi xəstəlikdir” kimi müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta hadisələri və ödənişləri baş vermə səbəbindən (hərbi qulluqçu xidmətdə olduğu zaman həlak olduqda, yaralandıqda, xidməti vəzifəsini yerinə yetirərkən xəstələndikdə və s.) asılı olaraq üç il müddətində sığorta olunana əlillik təyin olunduqda verilir. Pensiya təminatı sosial təminat orqanları tərəfindən həyata keçirilir. Əlillik qrupları, əlilliyin, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bu səbəbdən Sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməyiniz məqsədəuyğundur.  
Hüseyin Soruşur Yazılma Tarixi:09.08.2023 12:04:59

Zaur Soruşur Yazılma Tarixi:08.08.2023 20:35:21

Salam, mən Eyubov Zaur 2004 təvəllüd, xroniki ekzamaya görə yararsız hesab edilmişəm və hərbi biletlə təmin olunmamışam ?

Bildiririk ki, Siz 15.08.2023-cü il tarixdə SX0753752 nömrəli hərbi biletlə təmin olunmusunuz.  
Azad Soruşur Yazılma Tarixi:08.08.2023 19:00:53

Salam mən işə qəbulla bağlı müraciət etmişdim.Mənə cavab olaraq gəldi ki,imtahana çağırılacaqsınız.Bilmək istərdim imtahan nə vaxt olacaq? İmtahanda hansı suallar veriləcək? Xaiş edirəm cavablandırasınız.Öncədən təşəkürlər

Sizin, 30.07.2023-cü il, 01.08.2023-cü il, 06.08.2023-cü il, 07.08.2023-cü il, 08.08.2023-cü il, 09.08.2023-cü il, 14.08.2023-cü il tarixlərdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız müraciətlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Xidmətə qəbul ilə bağlı imtahan mərhələsi barədə əlavə məlumat veriləcəkdir. Nəzərə almağınız xahiş olunur.
Kamran Soruşur Yazılma Tarixi:08.08.2023 13:18:46

Salam, mən yasamal rayon hərbi komisarlığında qeydiyyatdayam. Səhətimlə bağlı müayinələrə getdim, bu yaxınlarda rayon komisarlığından yararsız kimi qeydə alındığımı və baş idarənin təsdiqini gözlədiklərini dedilər.Bilmək istərdim baş idarə nə zaman təsdiq edəcək yaxud əlavə müayinəyə göndərəcək? Təsdiq və yaxud əlavə müayinəyə qədər möhlətim olması ilə bağlı arayış və.s almaq mümkündü?

Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Yasamal rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 15.05.2023-cü il tarixdə Respublika Dəri-Zöhrəvi Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyasının qərarı Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təsdiq edildikdən sonra Siz hərbi biletlə təmin olunacaqsınız.  
Cədvəldə sətir sayı :14897