Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cəlal Soruşur Yazılma Tarixi:17.07.2020 15:11:47

Salam.Size bir sual unvanlandirmaq istiyirem.Men herbi xidmete cagirilmisam iyul ayi ucun,ozum universitet mezunuyam.1 fenden akadenik borcum qalib ve bu kesri odemek ucun avqust ayinda tewkil olunan yay mektebinde istirak ederek bagliya bilerem.Bununla bagli universitete teqdim etmek ucun icaze arayisi verilirmi? Ve eger verilerse bununla bgli kime myraciyet etmeliyem? Diqqetinize gore tesekurler.

Bildiririk ki, Qanunda akademik borcu olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır. Lakin təhsilini bitirməməyi barədə təhsil müəssisəsinin tələb olunan qaydada tərtib olunmuş arayışını çağırışa hazırlıq dövründə öyrənilmə zamanı Xidmətin yerli idarə, şöbə və bölməsinə şəxsən təqdim etdiyi halda, çağırışçılara təhsilə görə möhlət verilməsi məsələsinə qanunamüvafiq qaydada baxılır.
İlkin Soruşur Yazılma Tarixi:17.07.2020 15:09:28

2020 - ci ilin İyul çağırışında II siyahı üzrə müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar nə vaxt bilinəcək?

Bildiririk ki, 20.07.2020-ci il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Arzu Soruşur Yazılma Tarixi:17.07.2020 15:01:54

Salam. Mən 2014-cü ildə Bakı 1 saylı Tibb Kollecini bitirmişəm. Həmin il hərbi bilet almaq üçün lazımi sənədləri toplayıb Xırdalan şəhərindəki müvafiq quruma təqdim etdim. Mənə sənəd verildi ki, bir müddət sonra yaxınlaşıb hərbi biletimi alım. Həmin vaxt hərbi biletimi ala bilmədim, mənə verilən sənədi isə itirmişəm. İndi hərbi biletimi almaq üçün hara müraciət edə bilərəm? Zəhmət olmasa cavablandırardınız.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, müvafiq sənədlərinizlə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Nadim Soruşur Yazılma Tarixi:17.07.2020 14:41:39

Salam Sizdən bir məsələni dəqiqləşdirmək istəyirəm. Mən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində qulluq etmişəm və polkovnik rütbəsində öz xahişimlə işdən çıxmışam. Azərbaycan Respublikasının Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanununun 20.3. Ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrinə, penitensiar və tibb xidmətlərinin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Mən ehtiyatda olan zabit sayılıram ya yox? Sizdən xahiş edirəm bu məsələyə dair köməklik edəsiniz. Əvvəlcədən öz təşəkkürümü bildiriəm.

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən, ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Qanunvericilikdə hərbi qulluqçuların rütbəsinə bərabər tutulduğu qeyd olunmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.9-cu maddəsinə əsasən, hərbi qulluqçular həqiqi hərbi xidmətdə olan şəxslərdir.Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşlarıdır.Sizin Ədliyyə orqanlarında qulluq keçməyinizə xitam verildiyi  və yaşayış yeri üzrə Xidmətinin yerli idarə, şöbə və bölmələrində hərbi qeydiyyatda götürüldüyünüz üçün hal-hazırda ehtiyatda olan hərbi vəzifəli hesab edilirsiniz.“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 46-cı maddəsinə əsasən, zabit heyəti vəzifələrini tutmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxsləri həqiqi hərbi xidmətə qəbul edərkən, onlara yenidən attestasiya edilmə qaydasında, lakin tutduğu vəzifə və rütbəsi nəzərə alınmaqla təyin olunacaqları vəzifə üzrə nəzərdə tutulmuş hərbi rütbədən yuxarı olmayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti rütbəsi verilir.Siz yenidən həqiqi hərbi xidmətə qəbul olunduğunuz halda Əsasnamənin tələbinə uyğun olaraq attestasiya edilmə qaydasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbəsi verilir.Əlavə olaraq bildiririk ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2019-cu il tarixli 752 nömrəli Fərmanında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin adı qeyd olunmamışdır.
Günel Soruşur Yazılma Tarixi:17.07.2020 14:10:38

Salam. Mən könüllü olaraq orduya yazılmaq istəyirəm. Buna görə hara və necə müraciət etmək lazımdır?

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
Hənifə Soruşur Yazılma Tarixi:17.07.2020 14:04:31

Mən heç bir hərbi təhsil almamışam ,sadəce tibb kursu bitirmişəm.bilmek istiyerdimki bir gadin olaraq mende könüllü olaraq herbiye yazıla bileremmi?.Biz hecde qardaşlarimizdan geri qalmariq,bir xeyrimiz olar emin olun.mumkunse hara müraciət edə bilərəm və ne senedler lazımdı məlumat verərdiniz..

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
Hakim Soruşur Yazılma Tarixi:17.07.2020 13:39:33

Mən Əli Bayramlı qeydiyyatıyam ama hal hazırda Bakıdayam , səfərbərliyə könüllü yazılmaq istəyirəm ama əsgərliydə olmamışam nevrasteniyaya görə Maştağada 4 aya yaxın müalicə almışam. yenədə getməyə istəyirəm hara müraciət edim?

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
Valeh Soruşur Yazılma Tarixi:17.07.2020 13:11:32

Salam seferberlikle bağlı qeydiyyatdan keçmək isdeyirem online mümkündür birdeki hərbi komisarliq Sabunçu r.nu iş qrafikini bilmek isderdim

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
Zülfüqar Soruşur Yazılma Tarixi:17.07.2020 11:24:47

Salam Men Online Seferberliye qeydiyata alina bilerem,?

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
Ceyhun Soruşur Yazılma Tarixi:17.07.2020 11:18:42

....salam online qaydada Səfərbərlik xidmətində necə qeydiyyatdan keçə bilərəm?(karantin qaydalarına görə yaşadığım yeri tərk edə bilmirəm ki,gedim qeydiyyata düşüm Kəlbəcər rayon hərbi komissarlığında qeydiyyatdayam)...(öncədən təşəkkür)...

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
Cədvəldə sətir sayı :13933