Verilən suallar
Seymur Soruşur
Yazılma Tarixi:01.09.2023 21:22:21
Mən 25.04.2023 cü il tarixində Quba rayon Hərbi komisarlığı tərəfindən hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş 31.08 2023 cü il tarixində yararsız olaraq təxris olmuşam mənə bu problemə görə təzminat ödənməlidirmi əyər ödənməlidirsə necə və nə qədər götürə bilərəm
Sizin müraciətinizə Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır.
Xidmətə yararsız
olma ilə əlaqədar müddətli həqiqi hərbi xidmətdən tərxis zamanı araşdırma
aparılmadan və müvafiq səbəb əlaqələri müəyyən edilmədən mövcud
qanunvericiliyin müddəalarına əsasən təzminat ödənilməsi nəzərdə tutulmayıb.
Bununla yanaşı, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası
haqqında” 20 may 1997-ci il tarixli 296-IQ nömrəli Azərbaycan Respublikası
Qanununa əsasən, Sizin həqiqi hərbi xidmətə yararsız hesab edilməniz sığorta
hadisəsi hesab olunarsa, sığorta ödənişini ödəməli sığortaçı barədə məlumat
verilməsi və ilkin sənədlərin təqdim edilməsi üçün aidiyyəti üzrə Sizə
münasibətdə sığortalı hesab edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə
müraciət edə bilərsiniz.
Cəbrayıl Soruşur
Yazılma Tarixi:01.09.2023 12:36:47
Salam mən müharibə iştirakçısıyam, SHXÇDX- bu yaxında mətbuata bildirdi ki, hərbi vəzifəsi olmayanlar da, təlim toplanışlara cəlb edilirlər mən ehtiyatda olan əsgər və müharibə iştirakçısı kimi bu toplanışlara könüllü şəkildə qatılmaq istəyirəm və ya təyin olunmuş qayda da. Bunun üçün haradan necə qeydiyyatdan keçməliyəm, zəhmət olmasa yardımçı olardınız.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə baxılmışdır. Bildiririk ki, gələcəkdə keçirilməsi nəzərdə tutulan təlim toplanışları ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş sifarişlərə əsasən yaş kateqoriyanız, qöşun növünüz, vəzifəniz, hərbi uçot ixtisasınız və s. tələblərə uyğun olduğu halda, hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli struktur bölməsi tərəfindən müvafiq tədbirlərə cəlb oluna bilərsiniz.
Vüsal Soruşur
Yazılma Tarixi:01.09.2023 00:53:21
Men esger getmek isdeyirem nece gede bilerem?
Hara muraciet edim?
Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş
müraciətinizə baxılmışdır.
Müəyyən
edilmişdir ki, Siz Abşeron rayon çağırış komissiyasının 17.10.2017-ci il
tarixli qərarı ilə “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə
məhdud yararlı” hesab edilmiş və hərbi vəzifəlilərin ehtiyatına keçirilmisiniz.
Sizin
2023-cü ilin noyabr ayında təkrar tibbi müayinədən keçirilməyiniz nəzərdə
tutulmuşdur.
Bildiririk
ki, “Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr
üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək
ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar
tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi
hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi
xidmətə çağırılırlar.
Əlavə olaraq
bildiririk ki, “Dinc dövrdə həqiqi
hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılaraq, ehtiyata
keçirilmiş vətəndaşın barəsində qanunla müəyyən olunmuş müddət (Sizin halda 2023-cü ilin noyabr ayı)
başa çatmadan təkrar tibbi müayinədən keçirilməsi və həqiqi hərbi xidmətə
çağırışa cəlb edilməsi mümkün hesab olunmur.
Toğrul Soruşur
Yazılma Tarixi:31.08.2023 22:34:56
Salam, menim qardasim Warsawa Dovlet universitetine magist derecesine qebul alib. Oktyabr ayinin 1den orada tehsil heyatina baslayacaq. Senedleri mohlet almaq ucun herbi cagiris idaresine verdik.Bele bir meqam ortaya cixdiki qardasimin tehsil metodu part time eyani imis ve bunu da qebul etmirler yeni mohlet verilmir. Biraz arasdirdiqdan sonra melum olur ki hem tehsil nazirliyi hem de nazirler kabineti artiq bizde de buna icaze verilir.. Part time (qismen) eyani tehsil sistemi telebelerin oz proqramlarini qurmagi ucun yaradilmis bir sistemdir. Qardasim eyni zamanda orada islemek istediyi ucun bele sistemi secib. Heftenin 4 gunu yene de tehsil alacaq. Bele bir hal yarandiqda biz ne etmeliyik? Dunyanin top 500 siyahisinda olan universietde olan tehsili yarimciq buraxmaliyiq?
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə
baxılmışdır.
Məlum olduğu kimi, əyani təhsilalma
forması (full time –tədrisə tam cəlb
olunma) dərs və məşğələlərə
müntəzəm surətdə davametmə yolu ilə təhsil alma üsuludur. Part time təhsilalma
forması isə tələbənin müəyyən olunmuş müddət ərzində tədrisə cəlb olunması ilə
yanaşı, iş imkanlarını reallaşdırmasına və icazəli əmək fəaliyyəti ilə məşğul
olmasına da şərait yaradır.
Part time, yəni tədrisə
qismən cəlb olunma formasında əyani təhsilalma üsulu xarici ölkələrin təhsil
sistemində tətbiq olunmasına, habelə həmin təcrübənin ölkəmizdə ali təhsil və
orta ixtisas təhsili pilləsində sınaqdan çıxarılmasına dair uzunmüddətli
müzakirələrin aparılmasına baxmayaraq,
hal-hazıradək bununla bağlı təhsil qanunvericiliyinə əlavələr təsdiqlənməmişdir.
Qeyd olunanlara
müvafiq olaraq təhsil alan çağırışçılara müddətli həqiqi hərbi xidmətə
çağırışdan möhlət verilməsinin əsaslarını tənzimləyən “Hərbi vəzifə və hərbi
xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində də part
time təhsilalma formasına dair hər hansı norma təsbit edilməmiş və həmin üsulla
təhsil alan çağırışçılara çağırışdan möhlət verilməsi ilə bağlı müddəalar müəyyən
olunmamışdır.
Bununla əlaqədar
bildiririk ki, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə
xarici ölkələrdə təhsil alan çağırışçılar tərəfindən təqdim olunan təhsilalma
haqqında arayışlara mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır və
həmin şəxslərə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun 21-ci maddəsində əks olunmuş əsaslarla müddətli həqiqi hərbi xidmətə
çağırışdan möhlət verilir.
Nəzərə almağınızı
xahiş edirik.
Nigar Soruşur
Yazılma Tarixi:31.08.2023 19:49:11
Hər vaxtınız xeyir. Mənim adım Nigardı və mən ADA üniversitesinin 2ci il tələbəsiyəm. Mənim iki qardaşım var və biri əlil olduğuna görə, bizim ailəmizdə anam, mən, və büyük qardaşım onun qayğısına qalırıq. Amma eyni vaxtdada anam işləyir, məndə universitetə gedirem və balaca qardaşım büyük qardaşıma əmanət qalır. Balaca qardaşımın ağır xəstəliyinə görə, ailə üzvlərindən başqa onun qayğısına heç kim qala bilmir.
Lakin, büyük qardaşımın hərbi xidmətə gedəcəyi bizim situasiyamızı çözülməz hala gətirir. Nə anam işə gedə biləcək, nə mən universitetə. Büyük qardaşım, Rövşənin, hərbi xidmətə getməsi bizə daşınılmaz yük verəcək.
Ona görədə, bu situasiyanı necə həll edə bilərik deyə, sizə muraciət edirəm.
Hörmətlə, Əliyeva Nigar.
Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə
baxılmışdır.
Qeyd etmək istərdik ki,
çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan
möhlət “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun 19-cu maddəsinin tələbləri ilə verilir.
Bildiririk ki, Sizin
qardaşınız müddətli həqiqi hərbi xidmətə çağırıldıqda çağırış komissiyasına cəlb
olunaraq, ətraflı öyrənildikdən sonra barəsində müddətli həqiqi hərbi xidmətə
göndərilməsinə (göndərilməməsinə) və
ya ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsinə
dair qanunvericiliyin tələblərinə uyğun qərar qəbul oluna bilər.
Nəzərə almağınızı xahiş
edirik.
Nigar Soruşur
Yazılma Tarixi:31.08.2023 00:05:08

Kənan Soruşur
Yazılma Tarixi:28.08.2023 21:56:56
Salam mən LGBTQ fərdiyəm bele deyim ki geyəm oğlanlardan xoşum gəlir bu halda əsgərlik məcburidirmi zəhmət olmasa sualımı cavablandırardız
Müraciətinizlə əlaqədar bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli struktur bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Aparılan tibbi müayinənin nəticəsində yalnız müddətli həqiqi hərbi xidmətə yararlı hüsab olunan və çağırışa möhlət hüququ olmayan çağırışcılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Nəzərə almağınızı xahiş edirik.
Nicat Soruşur
Yazılma Tarixi:28.08.2023 13:43:27
Salam,yazmışdım zəhmət olmasa cavab verərdiniz.Mən həkim yoxlanışlarından keçmişəm,travmagologiyadan da keçmişəm yastıpəncəliyə görə.Bilmək istərdim yararlıyam ya yararsız?
Müəyyən edilmişdir ki, Siz Xidmətin Füzuli rayon şöbəsinin hərbi
həkim komissiyası tərəfindən tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş
bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar Elmi-Tədqiqat
Travmatologiya və Ortopediya İnstitutuna, Akademik M.Ə.Mirqasımov adına
Respublika Klinik Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz.
Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq
vəziyyətinin müayinə edilməsi Akt”ları Xidmətin Füzuli rayon şöbəsinə daxil
olduqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim
ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının
tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Nicat Soruşur
Yazılma Tarixi:28.08.2023 13:42:45

Pərviz Soruşur
Yazılma Tarixi:28.08.2023 13:38:45
Salam.Talesemiyya daşıyıcısı xəstəliyiniz çıxdı.Əsgər getdiyim vaxt problem yaradırmı?
Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim
ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən
“Talassemiya xəstəliyinin gen daşıyıcısı”
diaqnozla şəhadətləndirilən çağırışçılar “Həm dinc dövrdə, həm də müharibə
dövründə hərbi xidmətə yararsızdır” hesab edilirlər.