Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
Nigar Soruşur Yazılma Tarixi:31.08.2023 19:49:11

Hər vaxtınız xeyir. Mənim adım Nigardı və mən ADA üniversitesinin 2ci il tələbəsiyəm. Mənim iki qardaşım var və biri əlil olduğuna görə, bizim ailəmizdə anam, mən, və büyük qardaşım onun qayğısına qalırıq. Amma eyni vaxtdada anam işləyir, məndə universitetə gedirem və balaca qardaşım büyük qardaşıma əmanət qalır. Balaca qardaşımın ağır xəstəliyinə görə, ailə üzvlərindən başqa onun qayğısına heç kim qala bilmir. Lakin, büyük qardaşımın hərbi xidmətə gedəcəyi bizim situasiyamızı çözülməz hala gətirir. Nə anam işə gedə biləcək, nə mən universitetə. Büyük qardaşım, Rövşənin, hərbi xidmətə getməsi bizə daşınılmaz yük verəcək. Ona görədə, bu situasiyanı necə həll edə bilərik deyə, sizə muraciət edirəm. Hörmətlə, Əliyeva Nigar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Qeyd etmək istərdik ki, çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbləri ilə verilir. Bildiririk ki, Sizin qardaşınız müddətli həqiqi hərbi xidmətə çağırıldıqda çağırış komissiyasına cəlb olunaraq, ətraflı öyrənildikdən sonra barəsində müddətli həqiqi hərbi xidmətə göndərilməsinə (göndərilməməsinə) və ya ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsinə dair qanunvericiliyin tələblərinə uyğun qərar qəbul oluna bilər. Nəzərə almağınızı xahiş edirik.
Nigar Soruşur Yazılma Tarixi:31.08.2023 00:05:08

Kənan Soruşur Yazılma Tarixi:28.08.2023 21:56:56

Salam mən LGBTQ fərdiyəm bele deyim ki geyəm oğlanlardan xoşum gəlir bu halda əsgərlik məcburidirmi zəhmət olmasa sualımı cavablandırardız

Müraciətinizlə əlaqədar bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda  olduqları yerli struktur bölmələrində  həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər.
Aparılan tibbi müayinənin nəticəsində yalnız müddətli həqiqi hərbi xidmətə yararlı hüsab olunan və çağırışa  möhlət hüququ olmayan çağırışcılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Nəzərə almağınızı xahiş edirik.
Nicat Soruşur Yazılma Tarixi:28.08.2023 13:43:27

Salam,yazmışdım zəhmət olmasa cavab verərdiniz.Mən həkim yoxlanışlarından keçmişəm,travmagologiyadan da keçmişəm yastıpəncəliyə görə.Bilmək istərdim yararlıyam ya yararsız?

Müəyyən edilmişdir ki, Siz Xidmətin Füzuli rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları Xidmətin Füzuli rayon şöbəsinə daxil olduqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Nicat Soruşur Yazılma Tarixi:28.08.2023 13:42:45

Pərviz Soruşur Yazılma Tarixi:28.08.2023 13:38:45

Salam.Talesemiyya daşıyıcısı xəstəliyiniz çıxdı.Əsgər getdiyim vaxt problem yaradırmı?

Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozla şəhadətləndirilən çağırışçılar “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilirlər.
Vahid Soruşur Yazılma Tarixi:28.08.2023 10:49:28

Salam.Mən keçən səfər sual verəndə cavab deyiıdiki sizin Mərkəzi həkim kamisiyasına təqdim olunmağınıız nəzərdə tutulmuşdur.Mən bilmək istəyirdim yenidən yoxlanışa gedəcəmmi və nə zaman aparacaqlar məni?Əgər yararlı olsam oktyabr çağırışında gedə bilərəmmi?

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Ağcabədi rayon çağırış komissiyasında tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 20.06.2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Müayinənin nəticəsinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.  
Vahid Soruşur Yazılma Tarixi:28.08.2023 10:24:59

Elçin Soruşur Yazılma Tarixi:28.08.2023 03:06:25

Məlumat üçün bildirirəm ki 2016-cı ildən 2017 -ci ilədək 051-saylı hərbi hissədə MAHHXQ-kimi xidmətdə olmuşam.Şərti adı Tər-Tər işi kimi tanınan hadisələr zamanı xidmətdən günahsız və əsassız olaraq 156e (xidmətə uyğunsuzluq)maddəsi ilə çıxarıldım. 2022-ci ildə Tər-Tər hadisələri ilə əlaqədar olaraq yeni istintaq qurupu yaradıldı və məndə istintaq qurupuna çağırılaraq izaahatım alındı İzzahatım alındıqdın bir müddət sonra Baş prokurorluğun müvafiq qərarı və 051-saylı Hərbi hissə komandirinin müsbət rəyindən sonra 28.03.2023 cü ildə hərbi xidmətə bərpa edildim . Mən bilmək istəyirəm ki xidmətə yenidən bərpa olunduqum üçün hərbi xidmətdən buraxıldıqım ilərin maaşını və stajıma yazılmasını bərpa ediblər yoxsa mənim hüququm yoxdur?Azərbaycan Respublikasının qanununda yazılıb ki hərbi qulluqçu qanunsuz işdən çxarılarsa və yenidən xidmətə bərpa olarsan təxris olduqu gündən xidmətə bərpa olduqu günədək bütün illəri hesablanmalı staja yazılmalı və pulları ödənməlidir mən bu suallara cavab tapa bilmirəm aidiyyatı üzrə heç kəs cavan vermir xahiş edirəm ki mənim barəmdə araşdırmalar edib mene nəticəsi barədə bildirəsiniz . Çox sağolun təşəkkür edirəm.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinin ikinci abzasına əsasən, hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr, qeyri-qanuni həbsdə saxlanılma və qeyri-qanuni məhkumluq nəticəsində cəza çəkmə dövrü hərbi qulluqçular üçün hərbi xidmət müddətinə, hərbi rütbədə olma müddətinə, müvafiq vəzifələrdə xidmət illəri müddətinə, pensiya təyin etmək üçün lazım olan illər müddətinə, müddətli xidmət hərbi qulluqçuları üçün isə - hərbi xidmət müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən,  cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya cinayət nəticəsində zərər çəkmiş, habelə təqsirsiz məhkum olunmuş, qanunsuz həbsdə saxlanılmış, yaxud cinayət prosesi gedişində hüquqları digər formada məhdudlaşdırılmış şəxslərin hüquqları bu Məcəllə ilə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada bərpa olunur. Həmçinin vurulmuş ziyanın ödənilməsi məsələsi həmin Məcəllənin 55-63-cü maddələrinə əsasən tənzimlənir. Göstərilənlərə əsasən, müraciətinizdə qeyd etdiyiniz məsələlərlə əlaqədar müvafiq sənədləri təqdim etməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığınız qoşun növü üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz məqsədəmüvafiqdir.
Kənan Soruşur Yazılma Tarixi:27.08.2023 17:46:05

Salam men komisyanin qerarini bilmek isteyitem.Herbi xifmet kecmek ucun yaralıyam yoxsa yox?Xais edirəm cavablandırasız.

Müəyyən edilmişdir ki, Siz Xidmətin Abşeron rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 03.07.2023-cü il tarixdə Sumqayıt Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14897