Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Pərviz Soruşur Yazılma Tarixi:22.08.2023 22:08:03

Salam artiq necenci defedirki yaziram zehmet olmasa deye bilersiniz herbi xidmete yararliyam yoxsa yox?

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışı zamanı Siz Xidmətin Abşeron rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan (qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafik müayinələri) keçirilmiş və səhhətiniz ilə əlaqədar Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Siz 12.04.2023-cü il tarixdə rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz.  
Aqilə Soruşur Yazılma Tarixi:22.08.2023 20:28:59

Salam, hərbi həkimlər hansısa şəraitdə ölkədən xaricə çıxa bilir mi? Çıxa bilirsə hansı səbəblərlə çıxır?

Nəzərinizə çatdırırıq ki, hazırda 3 il xidmət etmiş əməkdaşlara mövcud şəraitdən və gediləcəyi ölkədən asılı olaraq Xidmət rəisi tərəfindən xarici ölkələrə getməyə icazə verilir. 
Elnur Soruşur Yazılma Tarixi:22.08.2023 14:21:16

Salam,men 15.07.2023 tarxində təxris olmuşam ve təyinat vərəqəmi itirmişəm hara müraciət etməliyəm?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır.         Məlum olmuşdur ki, qeyd etdiyiniz məsələ ilə bağlı 17.07.2023-cü il tarixdə ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə müraciət etmisiniz.         Müraciətinizə əsasən Xidmətin Kürdəmir rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2051 nömrəli hərbi hissəsinə müvafiq sorğu göndərilmişdir. Göndərilmiş sorğuya cavab alındıqdan sonra Xidmətin Kürdəmir rayon şöbəsi tərəfindən qanunamüvafiq tədbirlər görüləcək.
Pərviz Soruşur Yazılma Tarixi:22.08.2023 10:18:06

Salam.Talesimiyya daşıyıcısı əsgər gedirmi?

Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozla şəhadətləndirilən çağırışçılar “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilirlər.
Sahib Soruşur Yazılma Tarixi:22.08.2023 03:57:12

Salam məndə problemim nədir bilmək isdəyirəm yararsız hesab edilmisiz cvb yazılmışdı burda amma hələki bizə bir məlumat verilmiyib iyul çağrışçıyam artıq avqustdu dəqiq bir məlumat yoxdur hələdə

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Qaradağ rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Akademik C.M.Abdullayev adına ET Kardiologiya İnstitutuna və Sabunçu Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Müayinələrin nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Xidmətin Qaradağ rayon idarəsinə müraciət etməyiniz məqsədəuyğundur.  
TURAL Soruşur Yazılma Tarixi:22.08.2023 02:23:21

Salam.Hərbi biletimi nə zaman alacam?

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Sabunçu rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar 20.06.2023-cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, 30.06.2023-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Müayinələrin nəticəsinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.  
Məhəmməd Soruşur Yazılma Tarixi:21.08.2023 23:36:46

Salam Men 5 ci gün size yazmiştim xaiş edirem yazdığim mektubi diqqete alıb cavab yazasaniz

Müraciətinizlə əlaqədar bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Sizin ölkə sərhədindən sərbəst hərəkətinizə hal-hazırda hər hansı məhdudiyyət tətbiq olunmamışdır.  
Davud Soruşur Yazılma Tarixi:21.08.2023 17:34:52

salam,menim 18 yasim var ve mende duzdabanlig var cagiris zamani men tezeden medkomisiyani kece bilerem?Cunki mende 3 seviye duzdabanligdi

Müəyyən olunmuşdur ki, Siz müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunan zaman qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisələrində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.
Pərvin Soruşur Yazılma Tarixi:21.08.2023 13:31:36

Xahiş edirəm mənim sualıma cavab yazasınız

Müəyyən edilmişdir ki, Siz 2020-ci ilin oktyabr çağırışı zamanı Xidmətin İsmayıllı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan (qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri) keçirilmiş və səhhətiniz ilə əlaqədar Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Müayinələr nəticəsində təyin olunmuş diaqnozlara müvafiq olaraq rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə rayon hərbi həkim komissiyası tərəfindən qəbul edilən qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təsdiq olunmuşdur. Möhlət hüququna malik olduğunuzdan 07.10.2023-cü il tarixdə növbəti təkrar tibbi şəhadətləndirilməyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Namiq Soruşur Yazılma Tarixi:21.08.2023 13:29:00

Salam, mən həkimlərin işə qəbulu ilə maraqlanıram. Göz həkimi BAKI ŞƏHƏRİNDƏ işləmək üçün hara müraciət etməlidi? Sertifikasiyadan keçib təcrübə 15 il. Hərbi həkim komissiyası işini çox yaxşı bilir. Bu sahədə təcrübə var. Yaş 39. Yaşayış yeri Bakı şəhəri. Əıavə nə məlumat lazımdırsa 0702891520 nömrəsi ilə və ya mail ünvan vasitəsi ilə maraqlana bilərsiniz.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tibb idarəsinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun şərq hissəsində yerləşən Xidmətin Mərkəzi Çağırış Məntəqəsi Kompleksinə anket məlumatları (CV) ilə birgə yaxınlaşmağınız məqsədəmüvafiqdir.  
Cədvəldə sətir sayı :14897