Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Süleyman Soruşur Yazılma Tarixi:06.07.2020 17:16:27

Salam iyul çağırışçısıyam Lakin hələ də qoşun növüylə bağlı SMS gəlməyib Həmçinin saytda məlumatlarımı daxil etsəmdə çağırışçı tapılmadı yazısı gəlir Belə olan halda oktyabr çağırışına qalıram?

Bildiririk ki, 29.06.2020-ci il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar. Bundan əlavə vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 30 iyun tarixdən etibarən Xidmətin rəsmi saytında yerləşdirilmişdir.Çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər.  Əks halda qeydiyyatda olduları yerli idarə, şöbə və ya bölməyə müraciət etmələri tövsiyə olunur. 
Əlavə olaraq bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Murad Soruşur Yazılma Tarixi:06.07.2020 12:19:36

Salam men Naxçıvan MR MN düşmüşəm, onu bilmek istiyiremki ne vaxt herbi xidmete yola düşəcəm?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar sizə Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsi tərəfindən əlavə məlumat veriləcəkdir.
İbrahim Soruşur Yazılma Tarixi:06.07.2020 11:51:09

Salam men iyul ayi ucun herbi yoxlanişdan kecmişəm baremde hansi qerar qebul olunub yeni iyul ayinda gedecem herbi xidmete zehmet olmasa cavablandirasiniz.

Bildiririk ki, Sizə 11.06.2020-ci il tarixdə müvafiq tibb müəssisəsində əlavə müayinə olunmağınız üçün göndəriş verilmişdir.  Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz Bərdə rayon şöbəsinə daxil olduqdan sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.  
Rövşən Soruşur Yazılma Tarixi:06.07.2020 10:05:28

Salam Mən Müslümzadə Rövşən Telman Oğlu Ayın 27 si Herbi Kamisarlıqdan 29 isə Tibbi Müayinədən Keçmişəm Müalicənin Cavabları Normal Və Qaydasindi Bilmək İsdiyirdim Ki Mən Herbiyə Yararlı Hesab Edilmişəm Yoxsa Yox ? Zehmet Olmasa Sualima Aydinig Getirerdiz

Məlum olmuşdur ki, 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Füzuli rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ı Füzuli rayon şöbəsinə daxil olduqdan sonra, müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
rəhman Soruşur Yazılma Tarixi:05.07.2020 22:29:30

salam.men bilmek isteyirdim bu ay esger gedecem ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Musa Soruşur Yazılma Tarixi:05.07.2020 22:08:58

Salam mən hal-hazırda kompyuter mühəndisliyində oxuyuram bilmək istərdim mən əsgərliyə getdik də, əsgərliydə ixtisasıma uyğun nəsə iş görəcəm ?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı gələcəkdə xidmət edecəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Fatimə Soruşur Yazılma Tarixi:05.07.2020 20:12:20

Salam. Mən əsgər yolu gözləyirəm 7 aydı gedib quru qoşunlardadı bilmək istəyirdim bu ay məzuniyyət olacaq? Xaiş edirəm məlumat verin

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı vətəndaşın xidmət keçdiyi qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
vüsalə Soruşur Yazılma Tarixi:05.07.2020 18:06:32

salam qadınlar 18 yaşından müddətdən artıq kimi xidmət edə bilərlərmi

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə əsasən, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verdikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olurlar. “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələbinə uyğun olaraq xidmət keçmək istədiyiniz dövlət orqanının kadr aparatına müraciət etməyiniz tövsiyə olunur.
Toğrul Soruşur Yazılma Tarixi:05.07.2020 16:15:56

Əsgərliyə havax gedecem bilmək istəyirəm

Bildiririk ki, Siz Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsi tərəfindən müəyyən edilmiş tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz hərbi hissəyə təhvil veriləcəksiniz.
Azər Soruşur Yazılma Tarixi:05.07.2020 15:36:35

Salam mən həqiqi hərbi xidməti 2015 aprelədə başa vurmuşan bu il 4 cu kursam hərbi xidmət işləmək üçün müraciət eləyə bilərəm

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.  
Cədvəldə sətir sayı :13933