Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mətin Soruşur Yazılma Tarixi:22.07.2023 22:46:53

Mudafiyə Nazirliyi Hərbi hissənin nomresi 950 Haradi harfa yerlesir

       Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.        
Hüseynağa Soruşur Yazılma Tarixi:22.07.2023 21:41:33

Salam, mən yararlı yararsız olduğumu öyrənmək istəyirəm,təvəllüdüm 05.06.2002 qeydiyyat Saatlı rayon şöbəsi

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Abşeron rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, səhhətiniz ilə əlaqədar ET Ağciyər Xəstəlikləri İnstitutuna və Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Müayinələrin nəticəsinə əsasən rayon çağırış komissiyası tərəfindən Siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.  
Vahid Soruşur Yazılma Tarixi:22.07.2023 20:37:38

Salam mənim çağırışım iyulun-3 nədir lakin hara düşdüyüm barədə heçə bilmirəm.9100 da və portalda axtarış edəndə belə bir çağırışçı olmadığnl deyir.Səbəbi nədir?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Ağcabədi rayon şöbəsində tibbi şəhadətləndirilmiş, öyrənilmiş və sağlamlıq vəziyyətinizlə əlaqədar zərurət yarandığı üçün 20 iyun 2023-cü il tarixli göndərişlə Respublika Kliniki Xəstəxanasına tibbi müayinəyə göndərilmisiniz. Tibb müəssisəsində müayinənin nəticəsinə uyğun olaraq barənizdə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən müvafiq qərar qəbul edilmiş və qəbul edilmiş qərarın baxılması üçün Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmağınız nəzərdə tutulmuşdur. Bildiririk ki, Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmənin nəticələri Xidmətin Ağcabədi rayon şöbəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:22.07.2023 20:29:15

Salam mən yararlı yararsız olduğumu öyrenmek isteyirəm Təvvəlüdüm15.01.2002 Qeydiyyat Bakı səhəri sabuncu rayonu

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Sabunçu rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Müayinələrin nəticəsinə əsasən rayon çağırış komissiyası tərəfindən Siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.
Əhliman Soruşur Yazılma Tarixi:22.07.2023 18:47:01

Salam.mənim sualımı zəhmət olmasa cavablandırasınız

Müəyyən olmuşdur ki, 2023-cü ilin iyul çağırışına cəlb edilərək qeydiyyatda olduğunuz Xidmətin Şəki rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na uyğunluğu yoxlanıldıqdan sonra Siz hərbi biletlə təmin olunacaqsınız.
Rişad Soruşur Yazılma Tarixi:22.07.2023 17:54:51

Salam, mən iyun ayının 5 də komisya prosesimi bitirməyimə baxmayaraq hələdə sms gəlməyib.

Müraciətinizə cavab olaraq bildiririk ki, Sizin hərbi xidmətə yararsızlığınıza dair Balakən rayon çağırış komissiyası tərəfindən verilmiş qərarla tanış olmağınız və müddətli həqiqi hərbi xidmətə göndərilməməyinizin əsasını dəqiqləşdirməyiniz üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi ilə əlaqə saxlamağınız xahiş olunur.
Rahid Soruşur Yazılma Tarixi:22.07.2023 16:58:50

Salam.Zəhmət olmasa sualıma cavab verərdiz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.           Bildiririk ki, Sizə magistratura səviyyəsinə qəbul olmağınızla əlaqədar Lənkəran rayon çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Qeyd edirik ki, Siz hazırda qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən akademik məzuniyyət verildiyi və ya təhsil müəssisəsindən xaric olunduğunuz halda müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb oluna bilərsiniz. Əlavə olaraq bildiririk ki bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində hər növbəti çağırışa hazırlıq dövründə həmin çağırışa cəlb olunmuş vətəndaşlar tibbi şəhadətləndirilir, öyrənilir və onlardan hərbi xidmətə yararlı hesab olunan çağırışçılar müddəti həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissələrə təyin olunaraq, əvvəlcədən tərtib olunmuş qrafik əsasında xidmət yerlərinə göndərilirlər.
Tural Soruşur Yazılma Tarixi:22.07.2023 16:58:47

Salam mən yararlıyam yoxsa yararsız?

Bildiririk ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Qaradağ rayon idarəsi tərəfindən 2023-cü ilin oktyabr çağırışına cəlb ediləcək, çağırış komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Zəfər Soruşur Yazılma Tarixi:22.07.2023 16:31:16

555 nömrəli hərbi hissə harada yerləşir?

       Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.        
Orxan Soruşur Yazılma Tarixi:22.07.2023 15:28:40

Salam mənə ayın 1 ə cağırış verilib sora akt geldi getdim yoxlanışa onan sora mene bir xəbər gəlmədi mən indi nətər bilərəm gedəcəm ya getmiyəcəm

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Sabunçu rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Müayinələrin nəticəsinə əsasən rayon çağırış komissiyası tərəfindən Siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14897