Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
Fizuli Soruşur Yazılma Tarixi:21.07.2023 14:43:05

Salam hərbi ekspertizayanin rəyini bilmək istəyirəm

Məlum olmuşdur ki, Siz Xidmətin Xaçmaz rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan, çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 08.06.2023-cü il tarixdə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyasının qərarı Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təsdiq edildikdən sonra Siz hərbi biletlə təmin olunacaqsınız.
Fizuli Soruşur Yazılma Tarixi:21.07.2023 14:41:37

Vahid Soruşur Yazılma Tarixi:21.07.2023 14:16:01

Salam xaiş edirəm mənim sualımı cavablandırasınız

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almağınızla əlaqədar Naxçıvan Müxtar Respublikası Ordubad rayon çağırış komissiyası tərəfindən 01.07.2026-cı il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinin tələbləri ilə vətəndaşların ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə ilə təmin olunması işinin həmin şəxslərin hərbi qeydiyyata alındığı Xidmətin yerli struktur bölməsi tərəfindən həyata keçirildiyini nəzərə alaraq, Sizin aidiyyəti üzrə Xidmətin qeydiyyatda olduğunuz Naxçıvan Müxtar Respublikası Ordubad rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.  
Rahid Soruşur Yazılma Tarixi:21.07.2023 09:52:03

Salam.Sualım budur ki, özüm magistraturaya qəbul olmuşam amma dondurub hərbi xidmətə getmək istəyirəm.Öz qeydiyyatda olduğumuz vaynkomanta yaxınlaşıram deyirlər bu mümkün deyil təhsildən imtina etməlisən və bu halda ən tezi oktyabrda gedə bilərsən.Çağırış iyulun 30-na kimi var nəyə görə oktyabra saxlayırlar.Zəhmət olmasa cavab yazardız.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.           Bildiririk ki, Sizə magistratura səviyyəsinə qəbul olmağınızla əlaqədar Lənkəran rayon çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Qeyd edirik ki, Siz hazırda qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən akademik məzuniyyət verildiyi və ya təhsil müəssisəsindən xaric olunduğunuz halda müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb oluna bilərsiniz. Əlavə olaraq bildiririk ki bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində hər növbəti çağırışa hazırlıq dövründə həmin çağırışa cəlb olunmuş vətəndaşlar tibbi şəhadətləndirilir, öyrənilir və onlardan hərbi xidmətə yararlı hesab olunan çağırışçılar müddəti həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissələrə təyin olunaraq, əvvəlcədən tərtib olunmuş qrafik əsasında xidmət yerlərinə göndərilirlər.
Ömər Soruşur Yazılma Tarixi:20.07.2023 20:21:37

Cənab Ali Baş Komandanin əmrinə əsasən dəmir yumrug əməliyyatı adı altında 27 sentyabirdan başlayan 44 günlük Veten müharibesinde 6 Ordu Korpusun 282 285 saylı hərbi hissənin əmri girişi çıxışı pecatdari seferberlik xidmetinin serencamı ile Veten müharibesinde Qubadlı rayonunun azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərde iştirak etmişəm vetaranniq statusu ala bilmirəm müharibe vaxtı xəstə anamı qoyub getmisem Xalq uğrunda Millət uğurunda canımi qoymuşam müharibede 4 ay əziyetim olub şaxtada qarda olmuşam mende veteranam sizdən xahiş edirəm mənə köməklik edəsiniz

Bildiririk ki, müraciətiniz baxılması və nəticəsi barədə Sizə məlumat verilməsi üçün aidiyyəti üzrə Müdafiə Nazirliyinə ünvanlanmışdır.
Ömər Soruşur Yazılma Tarixi:20.07.2023 20:19:12

Nahid Soruşur Yazılma Tarixi:20.07.2023 16:38:20

Nıgodnu vayenı bıletı ne vaxt goture bılerem

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz barənizdə Xaçmaz rayon çağırış komissiyası tərəfindən qəbul olunmuş qərara müvafiq qaydada baxıldıqdan sonra hərbi biletlə təmin oluna bilərsiniz.
Həmid Soruşur Yazılma Tarixi:20.07.2023 16:20:52

Salam, hörmətli Mürsəl müəllim. Mən, Mütəlibov Həmid Ceyhun oğlı, 10 fevral 2005 il təvəllüdlü, Xətai rayonu qeydiyyatındayam. 2023-cü ilin mayında Xətai rayon hərbi xidmət və səfərbərlik üzrə dövlət idarəsinin çağırış komissiyasının tibbi baxışından keçmişəm və keçirilmiş kəskin ensefalomiyelitdən sonra səhhətimdə olan şikayətlərimi nəzərə alaraq Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmişəm. Xətai rayonu hərbi xidmət idarəsindən aldığım məlumata görə sağlamlıqla bağlı hərbi xidmətə yarasız hesab olunmuşam. Mən 2023-cü ilin kollec məzunuyam və ali təhsil müəssisəsinə qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə (DİM) elektron ərizə ilə müraciət etmək istəyirəm. Portalda hərbi xidmət idarəsi tərəfindən qoyulmuş məhdudiyyətə görə iyul çağırışçısı kimi portalda elektron ərizə verə bilmirəm. Xətai rayon hərbi xidmət və səfərbərlik üzrə dövlət idarəsi bütün sənədləri və raportu Baş İdarəyə göndərib. Ərizənin qəbul müddətinin bir neçə günə sona çatmasını nəzərə alaraq Sizdən DİM-in saytında hərbi xidmət idarəsi tərəfindən qoyulmuş blokun çıxarılmasını xahiş edirəm.

Müraciətinizlə əlaqədar bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən 2023-cü ilin iyul çağırışına cəlb edilmiş, hərbi həkim komissiyasında tibbi müayinədən keçirilmiş və sağlamlıq vəziyyətinizlə əlaqədar Sabunçu Tibb Mərkəzinə əlavə tibbi müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsində müayinə olunduqdan sonra barənizdə tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən rayon çağırış komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 22-ci maddəsinin “b” bəndinin l qrafasına görə “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.         “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  23.0.2-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.          Qeyd olunanlara əsasən bildiririk ki, Siz Xətai rayon çağırış komissiyasının qərarı ilə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi vəzifəlilərin qeydiyyatına verilmisiniz.           Nəzərə almağınızı xahiş edirik.
Rəvan Soruşur Yazılma Tarixi:20.07.2023 15:33:41

Yenede sorusuram adim revandi men herbi xidmete yararaliyam, yararsiz.Mene hele mesaj gelmeyib.

Məlum olmuşdur ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar qeydiyyatda olduğunuz Xidmətin Quba rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən (qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafik müayinələr) keçirilmiş və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsız” qərar qəbul edilmişdir. Barənizdə qəbul edilmiş qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən təsdiq edildikdən sonra Sizə bu barədə məlumat veriləcəkdir.
Rəvan Soruşur Yazılma Tarixi:20.07.2023 14:51:41

Salam.Men herbi xidmete yararliyam yararsiz.

Cədvəldə sətir sayı :14897