Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fərid Soruşur Yazılma Tarixi:19.07.2023 10:20:07

Salam. Mən APU-də Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə təhsil alıram. İstəyirəm ki gələcəkdə zabit rütbəsi alım və xidmətimi davam etdirim. Leytenant rütbəsi almaq üçün nə etməliyəm? Xahiş edirəm sualımı cavablandırın.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, təhsilinizi bitirdikdən və müddətli həqiqi hərbi xidmət keçdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla əlaqədar ərizə ilə müraciət edə bilərsiniz.       Əlavə olaraq nəzərinizə çatdırırıq ki, ilk zabit rütbəsinin verilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 40-cı, 58-62-ci maddələrinə əsasən tənzimlənir.  
Firudin Soruşur Yazılma Tarixi:19.07.2023 10:09:42

Salam. Sualım təşkilatda işləyən işçilər barədə hərbi uçot vərəqəsinin hazırlanması ilə əlaqədardır. Xahiş edirəm aşağıdakı sualları cavablandırasınız. 1. Neçə yaşadək işçilər üçün hərbi ucot vərəqəsi doldurulmalıdır ? 2. Ehtiyatda olmanın son yaş həddində olanlar üçün hərbi uçot vərəqi doldurulmalıdr? 3. Bu vərəqədlər işçilər tərəfindən şəxsən gətirilməlidir Xidmətin rayon şöbələrinə yaxud məktub formasında göndərmək olar?

Portala daxil olmuş müraciətinizə baxılmışdır.            Məlumat üçün bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”a dair 08.05.2013-cü il tarixli 76 nömrəli qərarında öz əksini tapmışdır.            
Nicat Soruşur Yazılma Tarixi:19.07.2023 00:26:12

Salam.Mən möhlət arayişini ne zaman və hardan ala bilərəm??

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz barənizdə Sabunçu rayon çağırış komissiyası tərəfindən qəbul olunmuş qərara müvafiq qaydada baxıldıqdan sonra həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsini nəzərdə tutan arayışla təmin oluna bilərsiniz. Odur ki, Sizin sağlamlıq vəziyyətinizlə əlaqədar barənizdə qəbul olunmuş qərarla tanış olmağınız üçün Xidmətin qeydiyyatda olduğunuz Sabunçu rayon idarəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
Nicat Soruşur Yazılma Tarixi:19.07.2023 00:25:15

Salam.Mən möhlət arayişini ne zaman və hardan ala bilərəm??

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz barənizdə Sabunçu rayon çağırış komissiyası tərəfindən qəbul olunmuş qərara müvafiq qaydada baxıldıqdan sonra həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsini nəzərdə tutan arayışla təmin oluna bilərsiniz. Odur ki, Sizin sağlamlıq vəziyyətinizlə əlaqədar barənizdə qəbul olunmuş qərarla tanış olmağınız üçün Xidmətin qeydiyyatda olduğunuz Sabunçu rayon idarəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
Zülfüqar Soruşur Yazılma Tarixi:18.07.2023 23:51:10

Salam Sehetimle bagli Meni Herbi xidmete aparmadilar Yararsiz herbi blet verdiler 80b maddesi Onu bilmek isterdim ki, men Konullu olaraq Herbiye gedsem Mene Teze yeni yararli herbi blet vereceyler yoxsa yararsiz blet olacag?

Müəyyən edilmişdir ki, Siz 2021-ci ilin oktyabr çağırışı zamanı Xidmətin Ağsu rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar 20.09.2021-ci il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz 25.10.2021-ci il tarixdə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təsdiq olunmuşdur. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşı tamam olana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.  
Aytac Soruşur Yazılma Tarixi:18.07.2023 23:19:23

Salam. Bu il İyul ayının 5i Fövqaladə hallar nazirliyinə düşərək səngəçalda əsgərlikdə olan (mahir musayev məmməd) əsgərlərə and içmə mərasimi tarixi nə zaman olacaq? Bu barədə necə məlumat əldə edə bilərəm?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Musayev Məmməd Mahir oğlunun müddətli həqiqi hərbi xidmət keçdiyi hərbi hissənin komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
AZAD Soruşur Yazılma Tarixi:18.07.2023 20:02:44

Yazıb sizə bildirmək istəyirəm ki, mən Hüseynov Azad Zaminkər oğlu 16.02.1974 - ci il təvəllüdlüyəm ( ehtiyatda olan, kiçik çavuş hərbi vəzifəli ). Bakı şəhər, Xətai rayonu ərazisində yaşayıram. Oğlum Hüseynov Ariz Azad oğlu ( AA 0432260 ) 04.04. 2002 - ci ildə anadan olub. Mən 2 qrup əliləm sağ ayağın (bud) amputasiya olunub dizdən yuxarı işə yararsız, hipertoniya xəstəsiyəm, nevrozdan əziyyət çəkirəm, tez tez halım pis olur və yenə başqa xəstəliklərim var ... Mənim tək oğlum var və başqa heçkimin yoxdu, keçmiş anasıda biznən yaşamır başqa dövlətdə yaşayır xəbərimiz yoxdu, rəsmi nigahımız olmayıb. Oğlum idman Akademiyasının 4 cür kurs tələbəsidir soçial statuslu aztəminatlı qrupa aid. Mənə o baxır yeməyimi dərmanlarını alır, mən pis olanda hayıma çatır, ondan başqa heç kimim yoxdur. Onuda bildirmək istəyirəm ki iki dəfə özümə qəsr etmişəm, 2016 ildən miqrasiya yolu ilə o, Azərbaycan respublikasının vətəndaşı olub və mənimlə yaşayıb mənə mənəvi indidə maddi dəstək olub. Mənim uşağıma möhlət götürməyə eytiyacım var, xahiş edirəm mənə kömək edəsiniz. Hörmətlə, Hüseynov Azad Zaminkər oğlu ( AZE 14648297 ) . 18.07.2023

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, övladınız – 04.04.2002-ci il təvəllüdlü çağırışçı Hüseynov Ariz Azad oğluna 2023-2024-cü tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanlarında iştirakı ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən icazə verilmiş və barəsində iyul çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməsi ilə bağlı qərar qəbul olunmamışdır. Əlavə olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.5-ci maddəsinə uyğun olaraq, çağırışçılara qanunda nəzərdə tutulmuş əsaslar üzrə (ailə, sağlamlıq vəziyyətinə görə və təhsilin davam etdirmək üçün) müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək rayon (şəhər) çağırış komissiyasının səlahiyyətlərinə aid olduğu üçün övladınız barəsində 2023-cü ilin oktyabr çağırışında Xətai rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Məlumat üçün onu da qeyd etmək istərdik ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinin tələblərinə əsasən, himayəsində başqa övladı olmayan I dərəcə əlilliyi olan ata, yaxud ana olan çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir.    
Nicat Soruşur Yazılma Tarixi:18.07.2023 16:46:30

Salam mene möhlət verilib.Bes mohletden arayis kagizi istiyirem niyə verilmir?Ne zaman götürə bilərəm?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz barənizdə Sabunçu rayon çağırış komissiyası tərəfindən qəbul olunmuş qərara müvafiq qaydada baxıldıqdan sonra həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsini nəzərdə tutan arayışla təmin oluna bilərsiniz. Odur ki, Sizin sağlamlıq vəziyyətinizlə əlaqədar barənizdə qəbul olunmuş qərarla tanış olmağınız üçün Xidmətin qeydiyyatda olduğunuz Sabunçu rayon idarəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
Yusif Soruşur Yazılma Tarixi:18.07.2023 14:14:22

Salam. Sualımın cavabını gözləyirəm. 15 iş günü içində cavablandırılır yazırsız.

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışı zamanı qeydiyyatda olduğunuz Xidmətin Nəsimi rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş və Sabunçu Tibb Mərkəzinə, Respublika Neyrocərrahiyyə Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təsdiq edildikdən sonra Siz hərbi biletlə təmin olunacaqsınız.  
Novruz Soruşur Yazılma Tarixi:18.07.2023 11:50:54

Hərbi biletin seriya nömrəsi və sənədin nömrəsini necə öyrənə bilərəm? Hansının hansı olduğunu necə bilə billərəm?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, hərbi biletlərin bütün səhifələrinin yuxarı orta hissəsində qeyd edilmiş  iki hərf (Məsələn: SX, AO, EZ və s.) hərbi biletlərin seriyasını, seriyadan sonra yazılan rəqəmlər isə hərbi biletlərin nömrələrini bildirir.  
Cədvəldə sətir sayı :14897