Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elsevər Soruşur Yazılma Tarixi:13.07.2023 18:57:27

Salam .Sualım ondan ibarətdirki menim onurğamda L5-S1 diskdə oral kisəni sıxan 8.5 mm ölçüdə arxa-mərkəzi yırtıq var Herbi xidmətə yararlı sayılırammı??

Bildiririk ki, “Fəqərəarası diskin yırtığı 5,0 mm –dən yuxarı” olan çağırışçılar Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.

Xəyal Soruşur Yazılma Tarixi:13.07.2023 12:42:08

Salam mən Məmmədov Xəyal səhətimdə olan problemlə bağlı Bakı şəhər Milli ankologiya şöbəsinə göndərilmişdim və ödümdə polip aşkarlandı ancaq mənə hələ hərbiyə yararlı və ya yararsız olduğum haqda heç bir bildiriş gəlməyib və sistemdə adım yoxdu mən hərbi xidmətə yararlıyam ya yox?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə Sizin təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) yerli baş idarə (idarə, şöbə və bölmə) göstərilməlidir.


İbrahim Soruşur Yazılma Tarixi:13.07.2023 03:48:27

Salam mən Nəsimi rayon səfərbərlik xidmətinnən həkimlərə göndərildim və cavablarımı öyrənmək istəyirəm.

Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Bakı şəhəri Nəsimi rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, səhhətiniz ilə əlaqədar Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə və Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına əlavə tibbi müayinələrə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.
Nicat Soruşur Yazılma Tarixi:12.07.2023 20:09:35

Salam.Mən 20gunden coxdur defelerle size yazmışam.Niye menim sualıma cavab vermirsiz.Mən Vaenkomatindan verdiyi qərarla razi deyiləm.Məndən pul umub get gələ salir meni.Mənim işimə niyə baxılmır?cox xahiş edirəm mene bir cavab veresiniz.Məhkəməyə müraciət etmek mecburiyetinde qalacam yoxsa bu halda və digər qurumlara,öncədən təsəkkurler.

Məlum olmuşdur ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar qeydiyyatda olduğunuz Xidmətin Sabunçu rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən (qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafik müayinələr) keçirilmiş və 05.06.2023-cü il tarixdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunan diaqnoza müvafiq olaraq, rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz. Əlavə olaraq bildiririk ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra təkrar çağırışa cəlb olunacaq və barənizdə müddətlin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul olunacaqdır.
Asiman Soruşur Yazılma Tarixi:12.07.2023 19:44:20

Salam. Mənim bağırsaqda xoralı kolit xəstəliyi var. Mən hərbiyə yararlı sayılıram

Hörmətli Asiman müəllim,     Bağırsağın xora xəstəliyi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) yerli baş idarə (idarə, şöbə və bölmə) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Orxan Soruşur Yazılma Tarixi:12.07.2023 16:49:22

Salam. Bir məlumat almaq istərdim. 169 sm boy və 50 kq çəki (17.5 BKİ 20 yaş) ilə hərbi həkim komissiyasından keçən şəxs hərbi xidmət üçün yararlıdırmı?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və (və ya) bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilirlər.
Sədail Soruşur Yazılma Tarixi:12.07.2023 14:58:11

Salam. Çağırışçı çağrılan tarixdə xəstədirsə neyləmək lazımdı? Yaşayış yeri ilə qeydiyyatda olduğu rayon arasında 262 km məsafə var.

Bildiririk ki, vətəndaşlar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları hərbi hissələrə iyul ayının 1-dən 30-dək Xidmətin qeydiyyatda olduqları baş idarə, idarə, şöbə və bölmələri tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndərilirlər. Çağırışçılar hərbi xidmətə göndərilən zaman rayon (şəhər) çağırış komissiyalarında tibbi baxışdan keçirilirlər. Tibbi baxış zamanı səhhətində problem aşkar olunan çağırışçılar sağlamlıqları bərpa olunduqdan sonra çağırış ayı ərzində növbəti günlərdə xidmət yerlərinə göndərilirlər.
Rəvan Soruşur Yazılma Tarixi:11.07.2023 22:37:05

Quba rayon 25.08.2004 tevelludluyem men bilmek isteyirem esgerliye yararlıyam yoxsa yox?

Məlum olmuşdur ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar qeydiyyatda olduğunuz Xidmətin Quba rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən (qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafik müayinələr) keçirilmiş və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsız” qərar qəbul edilmişdir. Barənizdə qəbul edilmiş qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən təsdiq edildikdən sonra Sizə bu barədə məlumat veriləcəkdir.
Elbəy Soruşur Yazılma Tarixi:11.07.2023 18:33:26

Salam. Mən 2022-ci ilin iyul ayı üçün komissiyaya çağırılmışam. Ayaqlarımda yastı pəncə əlamətləri olduğu üçün müayinəyə göndərilmişəm. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət komissiyasının Ağdam rayon şöbəsində öz təşəbbüsümlə dəfələrlə komissiyadan keçmişəm. Nəhayət qış aylarında şöbə tərəfindən Qobu rayonunda yerləşən məntəqədə daha bir yoxlanışdan keçmişəm. Artıq bu proseslərin 1 il müddətində davam etməsinə baxmayaraq hələ də mənə dəqiq məlumat və ya sənəd verilmir. Bu məsələ ilə bağlı nə etməliyəm? Əvvəlcədən təşəkkür edirəm.

Müəyyən edilmişdir ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək, 18.07.2023-cü il tarixdə SX № 0761020 hərbi biletlə təmin olunmusunuz.  
Sənan Soruşur Yazılma Tarixi:11.07.2023 14:55:55

Salam, mən yararlı, yararsız olduğumu öyrənmək istəyirəm. Təvəllüdüm 29.08.2000 Qeydiyyat İsmayıllı rayon şöbəsi.

Müəyyən olmuşdur ki, 2023-cü ilin iyul çağırışına cəlb edilərək qeydiyyatda olduğunuz Xidmətin İsmayıllı rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na uyğunluğu yoxlanıldıqdan sonra Siz hərbi biletlə təmin olunacaqsınız.  
Cədvəldə sətir sayı :14897