Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan Soruşur Yazılma Tarixi:11.07.2023 14:28:58

Salam Mən Qacarov Orxan Sabir oğlu Sumqayıt Dövlət Universitetində oxuyuram bu il 4 krusu bitdi amma kəsr olduğuna görə diplom ala bilmdim UNİVERSİTETDƏ dediləe hərbi kamisarlıq sorğu göndərsi biz arayış verək ki hələ oxuyur amma nə hərbi komisarlıq arayış verir nə də ki Universitet xahiş edirəm mənə köməklik edin təhsilimi bitirim hərbiyə sonra gedim.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz çağırış yaşına çatmağınızla əlaqədar Xidmətin Sabunçu rayon idarəsi tərəfindən 2020-ci ilin oktyabr çağırışına cəlb olunmuş və Azərbaycan Turizm və Menecment Universitetində təhsil almağınızla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinin tələbləri ilə 01.07.2023-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət əldə etmisiniz. Siz verilmiş möhlət müddətinin bitməsi ilə əlaqədar Xidmətin Sabunçu rayon idarəsi tərəfindən qanunamüvafiq qaydada 2023-cü ilin iyul çağırışına cəlb olunmuş, tibbi şəhadətləndirilmiş, öyrənilmiş və öyrənilmə zamanı rayon çağırış komissiyasına hər hansı təhsil müəssisəsində təhsil almağınızı təsdiq edən rəsmi sənəd təqdim etməmisiniz. Tibbi şəhadətləndirmənin və öyrənilmənin nəticələrinə əsasən, barənizdə 2023-cü ilin iyul çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməyinizə dair qərar qəbul olunmuşdur. Nəzərə almağınızı xahiş edirik.
Rahil Soruşur Yazılma Tarixi:11.07.2023 11:53:03

Mən Zülfüqarlı Rahil Fazil oğlu 13 iyun Tarixində zəif görmə ilə bağlı Zərifə Əliyeva adına göz xəstəxanasında müayinədəm keçmişəm, ancaq nəticə barədə mənə məlumat verilməyib. Nəticəni öyrənmək istəyirəm. ( Laçın rayon şöbəsi )

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Laçıni rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz. Möhlət hüququ bitdikdən sonra, Siz təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə yekun qərar qəbul ediləcəkdir

Vaqif Soruşur Yazılma Tarixi:10.07.2023 23:06:40

Salam mən Bayraməliyev Vaqif 2006-cı il təvəllüdüyəm,öyrənmək istəyirəm ki mən hərbi xidmətə yararlıyam ya yox

Bildiririk ki, Sizin 18 yaşınız tamam olduqdan sonra qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi tərəfindən tibbi müayinələrdən keçirilib müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Nahid Soruşur Yazılma Tarixi:10.07.2023 16:06:32

elle ola biler ki od kisesi lazerne emleyat olani herbiye yararli sayilsin

Müəyyən edilmişdir ki, çağırışçıların “Öd kisəsinin çıxarılmasından sonrakı vəziyyət” diaqnozu ilə tibbi şəhadətləndirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 58 “b” maddəsinin I qrafasının tələblərinə əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı çıxarılır.    
Xaliq Soruşur Yazılma Tarixi:10.07.2023 11:10:15

Salam hərbi xidmətə getmək isdyirəm xayiş edərəm sizdən mənə kömək edin mənə kömək edin gedim lerik rayon vayon komat məni aparılır mən könlü hərbi xidmətə getmək isdyirəm mənə xəbər edin?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıq dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən tibbi şəhadətləndirilmiş, öyrənilmiş və sağlamlıq vəziyyətinizlə əlaqədar zərurət yarandığı üçün 01 iyun 2023-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əlavə tibbi müayinəyə göndərilmisiniz. Bildiririk ki, Sizin tibbi müayinə nəticələrinizin Xidmətin Lerik rayon şöbəsinə daxil olmaması səbəbindən barənizdə hərbi xidmətə yararlılığınıza dair hər hansı qərar qəbul edilməsi mümkün olmamışdır.
Kənan Soruşur Yazılma Tarixi:09.07.2023 01:52:08

Salam mən iyul çağırışçısıyam 19 iyul üçün gedirəm amma hələ bilinmir hansı qoşun növünə düştüyüm nə vaxt bilinəcək?

Müraciətinizlə əlaqədar bildiririk ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Sumqayıt şəhər çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş, öyrənilmiş və hərbi xidmətə yararlı hesab edilmisiniz. Sizin 2023-cü ilin iyul çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur. Qeyd edirik ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 2023-cü il 20-25 iyul tarixlərində Xidmətin saytında  yerləşdiriləcəkdir. Bununla yanaşı, çağırışçılar hərbi hissələrə təyin olunmaları barədə SMS vasitəsilə məlumatlandırılacaqlar.
Nihad Soruşur Yazılma Tarixi:08.07.2023 20:32:43

Salam İyul ayı cagrisciyam .Yastı penceliye görə 2 dəfə rentgennen keçmişəm.Yararli və yaxud yararsız olmaq barədə məlumat verilməyib Qərarı öyrənmək istəyirəm.

  Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunduqdan sonra hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Müzəffər Soruşur Yazılma Tarixi:08.07.2023 18:40:10

Salam, mən bu ilin may ayında komisarlığa çağrılaraq təşkil olunmuş həkim komissiyasından və keçdim. Bu zaman məlum oldu ki, sol tərəfimdə böyrək izlənilmir. Buna görə də mənə dövlət xəstəxanalarından birinə göndəriş verdilər. Dövlət xəstəxanasında məlum oldu ki, sol tərəfimdə böyrək ümumiyyətlə yoxdur. Sağ tərəfimdə isə iki ədəd böyrək bir-birinə nəzərən L şəkilli dayanmışdır. Ötən ayın sonun da mənə birbaşa məlumat göndərildi ki, n saylı hərbi hissəyə təyin olunmuşam. Hərbi-həkim ekspetizası haqqında əsasnamənin 80 maddəsində deyilir ki, böyrəklərin ikiləşməsi hallarında vətəndaş sülh dövründə yararsız, müharibə dövründə isə qismən yararlıdır. Sualım budur ki, bu maddənin bəndi mənə aiddirmi? Yəni mövcud şəraitdə mən yararlı hesab edilirəm yoxsa yararsız?

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar, qeydiyyatda olduğunuz Xidmətin Ağdam rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən (qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri) keçirilmiş və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, Ağdam rayon Ruhi-Əsəb Dispanserinə əlavə müayinələrə göndərilmisiniz. Aparılmış müayinələr nəticəsinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun “hərbi xidmətə yararlıdır. A-3” hesab edilmiş və 18.07.2023-cü il tarixdə təyin olunduğunuz Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Əlavə olaraq bildiririk ki, “Böyrəklərin anadangəlmə anomaliyaları, funksiyalrın pozulması olmayan” olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun “hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.    

Sənan Soruşur Yazılma Tarixi:08.07.2023 10:58:03

Mənə çağırış vərəqəsi gəlib, düşdüyüm yer də iyun ayının 25-ində məlum olmuşdur. Amma mənimlə bir yerə düşənlər artıq göndərilib. Sualım ondan ibarətdir ki, çağırış vərəqəsi iyul ayının 1-inə yazıldıqdan sonra indi yox, 3 ay sonra aparmaları mümkündürmü?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, vətəndaşların iyul çağırışı üzrə müddətli həqiqi hərbi xidmətə çağırışı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında iyul ayının 1-dən 30-dək aparılır. Bununla yanaşı, çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları struktur bölmələri tərəfindən təyin olunmuş qrafikə əsasən xidmət yerlərinə göndərilirlər.
sənan Soruşur Yazılma Tarixi:07.07.2023 19:07:32

salam, mənim hərbi xidmətə yararlı və ya yararsız olmağım haqqında qərar nə vaxt çıxacaq?

Müəyyən olmuşdur ki, 2023-cü ilin iyul çağırışına cəlb edilərək qeydiyyatda olduğunuz Xidmətin İsmayıllı rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na uyğunluğu yoxlanıldıqdan sonra Siz hərbi biletlə təmin olunacaqsınız.  
Cədvəldə sətir sayı :14897