Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Yaqut Soruşur Yazılma Tarixi:03.07.2023 13:55:48

Dövlət İmtahan Mərkəzi subbakalavrların ali təhsil almaq imkanı yaradaraq ərizə qəbulunu 31.07.2023 tarizə qədər təyin etmişdir.Lakin hərbi komissiyadan keçmiş və müvəqqəti azad möhləti almış subbakalavrların vaxtında Vahid Dövlət Portalında sistem üzərindən qeydiyyat edilməməsi səbəbindən ali təhsil almaq hüququndan məhrum olurlar.Belə ki, həmin subbakalavrlar ərizə qəbuluna buraxılmırlar.Bilmək istəyirəm ki, istisana hal olaraq möhlət almış subbakalavrların qeydiyyatı niyə vaxtında edilmir və bununla da onların ali təhsil almaq imkanı yaradılmır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə tərəfimizdən baxılmış və müraciətin xüsusatları barədə Xidmətin Sumqayıt şəhər baş idarəsinə məlumat verilmişdir. Odur ki, Sumqayıt şəhər çağırış komissiyası tərəfindən barəsində həqiqi hərbi xidmətə müvəqqəti yararsızlıq qərarı qəbul edilmiş çağırışçının aidiyyəti üzrə hərbi qeydiyyatda olduğu struktur bölməyə gəlməsi tövsiyə olunur.
Vüsal Soruşur Yazılma Tarixi:03.07.2023 13:17:32

Salam, xaricdə doktorantura qebul alan biri komisarliga hansı sənətləri təqdim etsə kifayətdir((xaricdən gələn qebul senetinin hansi ki pdf formatinda elktron variantda göndərilib bu senetin notariat təsdiqi ve azerbaycan diline tercumesi kifayətdirmi?)) Komisarliq elave sənətlər tələb ede bilər ? ya bu sənətlər kifayətdirki təhsil üçün möhlət hüququ götürə bəlsən

Müraciətinizlə əlaqədar bildiririk ki, xarici ölkənin ali təhsil müəssisəsində doktorantura təhsil səviyyəsi üzrə qeydiyyatdan keçmiş və həmin səviyyə üzrə təhsil alan çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ əldə etmək üçün müəyyən olunmuş qaydada hazırlanmış sənədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli struktur bölməsinə təqdim etməlidirlər. Çağırışçılara verilən möhlət müddətinin rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərdə təhsilin başlama və bitmə tarixi, təhsilalma forması və müddəti, təhsilalma kursu barədə məlumatlar dəqiq qeyd edilməli, həmçinin arayış apostil olunmaqla, tərcümə və notarial qaydada təsdiq olunmalıdır.
Fərid Soruşur Yazılma Tarixi:03.07.2023 11:35:56

Salam.Mən iyul ayı çağırışçıyam hara düşməyimlə bağlı nə sms gəlib nədə ki saytda adım çıxmır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Tərtər rayon şöbəsi tərəfindən tibbi şəhadətləndirilmiş, öyrənilmiş və hərbi xidmətə yararlı hesab edilmisiniz. Sizin iyul çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur. Qeyd edirik ki, vətəndaşların 2023-cü ilin iyul çağırışı üzrə hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixlərində Xidmətin saytında  yerləşdiriləcəkdir. Əlavə olaraq bildiririk ki, çağırışçılar hərbi hissələrə təyin olunmaları barədə qeyd olunan tarixdə SMS vasitəsilə məlumatlandırılacaqlar.
Ülvi Soruşur Yazılma Tarixi:03.07.2023 11:07:48

Salam mən sizin 9100 xidmətinə zəng edirəm 15 dəqiqə gözlədikdən sonra zəng ləğv edilir. Mən Hepatit B xəstəsiyəm 1 ay bundan qabaq Azərbaycana gələndə mənə stop qoyulduğunu öyrəndim və Semaşka xəstəxanasında yoxlamalardan keçdim və sənədlərim Şamaxı hərbi komissarlığına göndərildi bir keçməsinə baxmayaraq mənim stopum götürülməyib və 15.07.2023 tarixdən sonra sistemə islenecekdir deyirlər mən həkim işləyirəm Rusiyada əgər gedə bilməsəm işimi itirəcəm xahiş edirəm köməklik edəsiniz.

Müraciətinizlə əlaqədar bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən 2023-cü ilin iyul çağırışına cəlb edilmiş, hərbi həkim komissiyasında tibbi müayinədən keçirilmiş və sağlamlıq vəziyyətinizlə əlaqədar Kliniki Tibbi Mərkəzə əlavə tibbi müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsində müayinə olunduqdan sonra barənizdə tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən rayon çağırış komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 1-ci maddəsinin “b” bəndinin l qrafasına görə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmisiniz.           Sağlamlıq vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnuzun olduğunu nəzərə alaraq barənizdə tətbiq edilmiş sərhədkeçməyə məhdudiyyət statusu aradan qaldırılmışdır.           Nəzərə almağınızı xahiş edirik.
Məhəmməd Soruşur Yazılma Tarixi:03.07.2023 10:15:23

Mən iyun 6 si tibbi yoxlanişdan keçmişəm xahiş edirəm cavabin deyesiz

Hörmətli Məhəmməd müəllim,     Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Göyçay rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Respublika Psixiatriya Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.
Nicat Soruşur Yazılma Tarixi:01.07.2023 16:59:28

Salam. Mən Hərbi Xidmət Üzrə Dövlət xidmətinin göndərişinə əsasən komissiyalardan keçmişəm. Hərbi xidmətə yararlı olub-olmamağım ilə bağlı məlumat almaq istəyirəm. Təşəkkürlər.

Hörmətli Nicat müəllim,     Müəyyən edilmişdir ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Bakı şəhəri Nizami rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barənizdə qəbul edilən qərarın “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğunluğu yoxlanıldıqdan sonra yekun qərar qəbul ediləcəkdir.
Elvin Soruşur Yazılma Tarixi:01.07.2023 00:00:34

Mən komissarlıq tərəfindən Travmatologiya institutuna göndəriş almışdım. Yoxlanış zamanı 2ci dərəcəli skalioz olduğu aşkarlanıb. Xidmətə yararlı olub olmadığım haqda bilmək istəyirdim. Qərar rayon şöbəsinə nə vaxt qaytarılacaq

Müəyyən olmuşdur ki, 2023-cü ilin iyul çağırışına cəlb edilərək qeydiyyatda olduğunuz Xidmətin Şəki rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə uyğun “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na uyğunluğu yoxlanıldıqdan sonra Siz hərbi biletlə təmin olunacaqsınız.      
Kənan Soruşur Yazılma Tarixi:30.06.2023 17:18:33

Salam mən iyul çağırışçısıyam ama hara düşdüyümü bilmirəm.Saytda yazdım çıxmadı mesaj göndərdim hələ cavab gəlməyib

Müraciətinizlə əlaqədar bildiririk ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Sumqayıt şəhər çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş, öyrənilmiş və hərbi xidmətə yararlı hesab edilmisiniz. Sizin 2023-cü ilin iyul çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur. Qeyd edirik ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 2023-cü il 20-25 iyul tarixlərində Xidmətin saytında  yerləşdiriləcəkdir. Bununla yanaşı, çağırışçılar hərbi hissələrə təyin olunmaları barədə SMS vasitəsilə məlumatlandırılacaqlar.
Rasim Soruşur Yazılma Tarixi:30.06.2023 16:59:22

Salam. Mən Azərbaycanda magistr imtahanı vermişəm. İyul ayında olan çağırışdan azad olmuşam. Magistr nəticəm 65.5 bal olub ancaq kodlaşdırma hələ ki başlamayıb. Sualım ondan ibarətdir ki, İyul ayının sonuna Türkiyəyə bilet almışam. Ölkədən çıxmağıma məhdudiyyət var? Və ya olub olmamasını hardan öyrənə bilərəm?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizə Bakı Mühəndislik Universitetində təhsilinizi davam etdirmək üçün verilmiş möhlət müddəti 05.07.2023-cü il tarixdə başa çatmış, bununla belə, cari ilin məzunu kimi 2023/2024-cü tədris ili üzrə Respublikanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanlarında iştirak etməyiniz üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müvəqqəti olaraq icazə verilmişdir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanının  nəticələrindən asılı olaraq barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Sizin ölkə sərhədindən sərbəst hərəkətinizə hal-hazıradək hər hansı məhdudiyyət tətbiq olunmamışdır.
Məhəmməd Soruşur Yazılma Tarixi:30.06.2023 15:44:51

Salam mən 21.10.2005 ci ildə anadan olmuşam 2024 cü ilin mart,aprel aylarında ali təhsil müəssəsinə imtahan vermək istəyirəm bunun üçün qeydiyyatda olduğum rayon bölməsindən kağız alıb DİM-ə təsdiq etməliyəm ki imtahana buraxılım əgər rayon bölməsinə yaxınlaşsam mənə imtahanlarda iştirak üçün 4,5 aylıq möhlət verilə bilər ?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz 18 yaşınızın 21.10.2024-cü il tarixdə tamam olması ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz Cəbrayıl rayon şöbəsi tərəfindən 2024-cü ilin oktyabr çağırışına cəlb olunacaqsınız.
Cədvəldə sətir sayı :14897