Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Soltan Soruşur Yazılma Tarixi:25.06.2023 18:23:10

Epilepsiya xəstələri hərbi xidmətə yararlıdırmı? Hal-hazırda müalicə alıram. Həkim qəti sürətdə xidməti qadağan edir, qanuna ziddir deyir. Ayın 1.də çağırışım var

Hörmətli Soltan müəllim,   Müəyyən edilmişdir ki, təhsilə görə 30.06.2023-cü il tarixədək verilmiş möhlət hüququ bitdiyi üçün, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar, Xidmətin Göyçay rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar Göyçay rayon Mərkəzi Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “hərbi xidmətə yararlıdır. A-3” hesab edilərək, 12.07.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz.
Əhməd Soruşur Yazılma Tarixi:23.06.2023 17:39:34

Salam. Hər vaxtınız xeyir olsun. Mən Lametov Əhməd Elbrusoviç, Azərbaycan Dövlət Dəniz Akademiyasının bakalavr 2017-2021 illərdə bitirmişəm, sonra 2021-2023 illərində magistr təhsilini almaq üzrəyəm. Öz ixtisasın dəniznən bağlı olduğuna görə, istərdim ki, 1 il hərbi xidmət müddətində hərbi gəmilərində xidmət aparım. Diqqətinizə görə təşəkkür edirəm.

Müraciətinizlə əlaqədar bildiririk ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsi tərəfindən 2023-cü ilin iyul çağırışına cəlb olunmuş, hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələbləri ilə barənizdə hərbi xidmətə yararlı qərarı verilmiş, həmin Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınaraq, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Müdafiə Nazirliyinin daxili bölgüsünə əsasən isə müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissəyə təyin olunmusunuz. Nəzərə almağınızı xahiş edirik.
İbrahim Soruşur Yazılma Tarixi:01.06.2023 02:13:25

Salam Mən sağlamlığımla bağlı problemim olduğu halda Hərbi Komissarlığ, məni hərbi xidmətə çağırır öz isdəyim olmadığı halda mənə (mən əsgərliyə getməyə hazıram ) cümləsini yazdırıblar Mənim problemimə baxılmır bununla bağlı hara müraciət etməliyəm necə sübuta yetirə bilərəm ?

Sağlamlıq vəziyyətinizin tam müayinə edilmədən müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilməyinizə dair müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır.          Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi tərəfindən 2023-cü ilin iyul çağırışına cəlb edilmiş, həbi həkim komissiyasında tibbi müayinədən keçirilmiş və sağlamlıq vəziyyətinizlə əlaqədar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsində müayinə olunduqdan sonra barənizdə tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə görə müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmisiniz.         Öyrənilmə zamanı sizə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş xüsusatlar aşkar edilməmiş, bu səbəbdən Sizin 2023-cü ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur.
Tərlan Soruşur Yazılma Tarixi:25.05.2023 14:45:19

Salam. Mən ötən ilin.Aprel ayında məni əsgər apardılar amma dizimdə puroblem vardı deye geri qaytardlar lakin meni yeniden 6 aydan bir komisiyaya Çağrılar ve əlave olara demey isdeyiremki eyni prablem sağ dizimdədə var iyulun 1i 6 ay mölət başa çatır nece olacağ indi

      2022-ci ilin aprel çağırışı zamanı xəstəliyinizlə əlaqədar hərbi hissədən geri qaytarılmağınız və hər 6 aydan bir müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilməyiniz barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olan müraciətinizə baxılmışdır.                           Müəyyən edilmişdir ki, 2022-ci ilin aprel çağırışı zamanı səthi müayinə edərək xəstəliyinizlə ilə əlaqədar dövlət səhiyyə müəssisəsinə göndərmədən hərbi xidmətə yararlı hesab edilməyiniz barədə qərar qəbul etdiyinə görə Qəbələ rayon çağırış komissiyasının həkim-cərrahı Əsədov Yaşar Rəsul oğlu barəsində müvafiq tədbir görülməsi üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məktub göndərilmişdir.              
Nizami Soruşur Yazılma Tarixi:29.12.2021 16:30:03

Salam men yanvarin 3 herbi xidmete çağrılmışam amma hansı herbi hisseye düşdüyüm haqqında sms gəlməyib. 9100da ve portalda çağırışçı tapılmadı gəlir. Səbəbi nədir?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25-28 yanvar tarixindən etibarən sms vasitəsilə veriləcəkdir. Bununla yanaşı, Siz SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsini daxil edərək xidmət edəcəyiniz qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilərsiniz.         Əks halda Xidmətin qeydiyyatda olduğunuz struktur bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Rəcəb Soruşur Yazılma Tarixi:29.12.2021 00:21:09

Salam mene çaxrışnan baxlı mesaj helede gelmeyib munan baxlı neniye bilerem

Bildiririk ki, Siz sağlamlıq vəziyyətinizlə əlaqədar barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Beyləqan rayon şöbəsi tərəfindən şəxsi işiniz ilə birlikdə Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız.
Osman Soruşur Yazılma Tarixi:28.12.2021 20:27:55

Salam menim 19 yaşım var amma hele de çağırış gəlməyib.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Qanunvericiliyin tələblərini nəzərə alaraq bildiririk ki, Sizin barənizdə 2022-ci ilin yanvar çağırışı müddətində müvafiq qərar qəbul ediləcəkdir.
Məhəmməd Əli Soruşur Yazılma Tarixi:28.12.2021 13:10:37

Salam Mən hansı hərbi hissəyə düşmüşəm 9100 sms göndərirəm ordan gələn cavab bu formadadır (Gonderilen shexsiyyet vesiqesi nomresine uygun chagirishchi tapilmadi. SHXCHDX bugün səhər tezdən müraciət etdim oradan belə cavab verdilər Müdafiə Nazirliyinə TTM duşmusən amma hansı rayon hərbi hissəyə düşmüşəm onu bilmirəm zəhmət olmasa məlumat verərsiniz Əvvəlcədən təşəkkürümü bildirirəm.

Qeyd etdiyiniz məsələnin təmin olunması Silahlı Qüvvələr üzrə təyin olunduğunuz hərbi hissənin səlahiyyəti daxilindədir.
Teymur Soruşur Yazılma Tarixi:28.12.2021 12:51:12

950 hərbi hissə harada yerləşir

: Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
Riyad Soruşur Yazılma Tarixi:26.12.2021 14:18:12

Müdafiə Nazirliyi, Hərbi hissənin nömrəsi 201 hansı rayon oldugunu oyrenmek isdeyirem tapa bilmirem diye bilersiz hansi rayona dusmüsem

Aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897