Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
NİHAT Soruşur Yazılma Tarixi:10.11.2021 19:11:25

Salam.kollecdə oxuyan tələbəyə hərbi möhlət verilir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinə əsasən isə orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Rəşid Soruşur Yazılma Tarixi:09.11.2021 18:42:43

Salam hər vaxtınız xeyirli olsun mən Yardımlı rayon SHXÇDX min Yardımlı rayon bölməsində 2011.cı ildən işləyirəm və hər zamanda öz işimlə qurur duymuşam xitmətimlədə razıyam yazıb sizdən və yuxarı komandanlıq dan xaiş edirəm 01.11.2021.ci il tarixdə xidmətin aparatına çağırılmışdım güya ki mən işlədiyin Yardımlı rayon bölməsindən şikayət etmişəm gəldim olunan şikayətlə tanış oldum və heç də mənim bele bir şeyin edilməsini bildirdim öz izahatlarımı verdim və xahiş edib bildirdim ki bunu mənim adımdan istifadə edən şəxsin araşdırılıb üzə çıxarılmasın xaiş edirəm çümkü etmədiyim bir səfə görə özümə düşmən kin küdrət yaranıb iş yerində neye görə kiminsə yanında utanım ekispert təyin olunsun kimdirsə üzə çıxarılsın mən bir əməkdaş kimi yox bir Azərbaycan vətəndaşı olaraq mənim huququmdur bunu tələb etmək və hərbi pırakraturaya daxili işlər nazirliyinə də müraciyət etmək istəyirəm ki bu mənim adımdan suyi isdifadə edib kiməsə şər böhtan atan şəxsin tapılmasını isdəyirəm.çünkü mənim 1.dayım 1.əmim oğlu şəhidi və qardaşım 1.qarabağ muharbesi vetranıdır bir emimdə aprel qazisidir ehtiyatda olan mayor mən bu insanların üzünə baxa bilmirəm ki bizə bələ şər böhtan atmaq yaraşmaz.o şəxsin tapılıb üzə çıxmasın tələb edirəm bu yükü daşımaq ağırdır.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, müraciətinizdə toxunduğunuz məsələ ilə bağlı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respub­likası Qanununun tələblərini əsas tutaraq müvafiq qərar qəbul edilmişdir.
Samir Soruşur Yazılma Tarixi:05.11.2021 21:38:48

Salam. Mən Təhməzov Samir. Bilmək İsdərdimki Mən Hərbi Yoxlanışdan Nə Vaxt Keçməliyəm

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində hazırda 2022-ci ilin yanvar çağırışına hazırlıq işləri aparıldığı üçün qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qeydiyyatda olduğunuz struktur bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Səbuhi Soruşur Yazılma Tarixi:05.11.2021 19:04:01

Mən oktyabr ayının 28 i həqiqi hərbi xidmətə getməli idim,lakin oktyabr ayının 26 sı verdiyim carona testinin cavabı pozitiv çıxdı.Mən karantin rejimi bitdikdən sonra düşdüyüm hərbi hissəyə göndəriləcəyəmmi? Zəhmət olmazsa cavablandırardız.

Bildiririk ki, COVİD-19 testinin nəticəsi pozitiv olan çağırışçılar TƏBİB-in müəyyən etdiyi karantin müddəti başa çatdıqdan sonra yenidən testdən keçirilərək müddətli həqiqi hərbi xidmətə göndərilirlər. Əlavə olaraq bildiririk ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması prosesi oktyabr ayının 1-dən 30-dək davam etdiyi üçün karantin müddəti həmin zaman çərçivəsində başa çatmayan çağırışçılar 2022-ci ilin yanvar çağırışına cəlb ediləcəklər.
Nahid Soruşur Yazılma Tarixi:05.11.2021 13:08:44

Mən Sadıqov Nahid Yusif oglu.Mənə 2021 ci il oktyabırın 24 nə povesqa gəlmişdi.Amma aparmadılar.Defelerle yazmışam sizden bir cavab gelməyib.Artiq dərəcədə xaiş edirəm ciddi yanaşasız, mənə cavab yazasiz məni hansı sebebden aparmadılar.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır.  Məlum olmuşdur ki, Siz 2021-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin qeydiyyatda olduğunuz Ucar rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmisiniz.Lakin dövlət səhiyyə müəssisəsi tərəfindən döş qəfəsi orqanlarının flüoroqrafik müayinəsinin nəticəsi Ucar rayon şöbəsinə gec daxil olduğundan barənizdə 2021-ci ilin oktyabr çağırışı müddətində qanunamüvafiq qərar qəbul edilməsi mümkün olmamışdır. Bununla əlaqədar Sizin Xidmətin Ucar rayon şöbəsi tərəfindən 2022-ci ilin yanvar çağırışına cəlb olunmağınız nəzərdə tutulmuşdur.
Mehrac Soruşur Yazılma Tarixi:05.11.2021 10:20:26

Salam 2004.01.01 Olan adamın çağış vaxtı nə vaxta düşür ?)

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə  çağırılırlar. Əlavə olaraq bildiririk ki, 18 yaşı 2022-ci ilin yanvar ayında tamam olan vətəndaşlar həmin ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.  
Tariyel Soruşur Yazılma Tarixi:04.11.2021 22:51:34

Salam. Mən Türkiyədə magistratura təhsili alıram. Sentyabrda hərbi komisarlıqdan çağırdılar getdim müayinədən keçdim. Daha sonra Bakı şəhərinə getməyimi və orada da müayinədən keçməli olduğumu dedilər. Uşaqlıqdan bəri belimdə əyrilik vardı və skalioz diaqnozu qoyuldu. Daha sonra nəticə barədə məlumat ala bilmədim. İndi imtahanlar üçün getməliyəm ancaq hərhansı bir qadağa varmı, yararlı yoxsa yararsızmı olduğumu necə öyrənə bilərəm?

Bildiririk ki, Sizin barənizdə yekun qərarın qəbul edilməsi məqsədilə şəxsi işiniz ilə birgə Xidmətin Şəki rayon şöbəsi tərəfindən Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmağınız üçün mütləq şəkildə Xidmətin qeydiyyatda olduğunuz Şəki rayon şöbəsinə gəlməlisiniz. Şəhadətləndirilmənin nəticəsinə uyğun olaraq, Sizin müddətli həqiqi hərbi xidmətə  yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin Xəstəliklər cədvəlinin I qrafasının tələblərinə əsasən qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Məhəmmədəli Soruşur Yazılma Tarixi:04.11.2021 15:48:31

Salam.Mən magistr tələbəsiyəm.Hərbi xidmətdə olmamışam.ilkin hərbi xidmətə qeydiyatın alınması barədə ag bilet(hərbi bilet) itirmişəm.Yenisi ilə əvəz olunduqda məni cərimə edəcəklər və yaxud hər hansısa ödəniş etməliyəmmi?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz struktur bölməsinə müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq edilir və ya 50 (əlli) manat məbləğində cərimə edilir.  
Rafiq Soruşur Yazılma Tarixi:04.11.2021 13:11:45

Salam. men herbi xitmete geldikden 8 ay sora Yararsiz olaraq texris oluram, bes men bu 8 aya gore kimi sikayet etmeliyem.

Bildiririk ki, müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsi (idarə, şöbə və ya bölməsi) göstərilməlidir.
Qudrət Soruşur Yazılma Tarixi:04.11.2021 03:12:10

5 ay bundan öncə yəni 2021 iyulda hərbi xidməti başa vurmuşam.bilmek istərdim ki ,hərbidən gəldikdən neçə ay sonra ölkə xaricinə çıxışa icazə var ?

Müraciətinizdə qeyd olunan məsələ ilə əlaqədar bildiririk ki, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 (yeddi) gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməlidirlər. Qeydiyyata alınan vətəndaşın ölkə xaricinə çıxışına məhdudiyyət tətbiq edilmir.
Cədvəldə sətir sayı :14897