Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vüsal Soruşur Yazılma Tarixi:03.11.2021 20:29:49

Salam mən 24 avqust 2021 ci ildə travmatologiya insitununda hərbi komisirliqdan keçmişəm.Amma hələ Sabirabad rayon səfərbərliyi xidmətinin dediyinə görə həkim kağizi gəlməyib? Mən Vaeni Bileti almaq istiyirəm.Hələ həkim ekspertiyazi cavabi gəlməyib.Bu haqda məlumat verərsiniz.Xaiş edirəm

Məlum olmuşdur ki, Siz Xidmətin Sabirabad rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq olunması üçün şəxsi işiniz 02.11.2021-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuşdur. Qərar Mərkəzi hərbi həkim komissiyası tərəfindən təsdiq olunduğu halda Siz hərbi biletlə təmin ediləcəksiniz.
Rasim Soruşur Yazılma Tarixi:03.11.2021 16:17:29

Salam.Qarşıdaki and içmə mərasiminə valideyinlerin görüşməsinə icazə varmı?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar çağırışçının xidmət etdiyi qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Nicat Soruşur Yazılma Tarixi:01.11.2021 15:43:51

SHXÇÜDX-ne ise qubulla bagli qeyydiyyatdan kecmisem bilmek isdeyirem ki imtahan ne vaxt olacaq ? Onceden tesekkurler

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barədə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə və ya işə qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Nahid Soruşur Yazılma Tarixi:30.10.2021 00:11:58

Mən 25.10.2021 tarixində həqiqi hərbi xidmətə cagrilmiwdim.Getdim Ucar rayon herbi komisarlıga adım gedənlər siyahisinda cixmadi.Xaiş edirəm ciddi yanaşasiz bilmək istirem bes men ne vaxt gedəcəm herbi xidmətə?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır.  Məlum olmuşdur ki, Siz 2021-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin qeydiyyatda olduğunuz Ucar rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmisiniz.Lakin dövlət səhiyyə müəssisəsi tərəfindən döş qəfəsi orqanlarının flüoroqrafik müayinəsinin nəticəsi Ucar rayon şöbəsinə gec daxil olduğundan barənizdə 2021-ci ilin oktyabr çağırışı müddətində qanunamüvafiq qərar qəbul edilməsi mümkün olmamışdır. Bununla əlaqədar Sizin Xidmətin Ucar rayon şöbəsi tərəfindən 2022-ci ilin yanvar çağırışına cəlb olunmağınız nəzərdə tutulmuşdur.
Nahid Soruşur Yazılma Tarixi:26.10.2021 12:39:28

Men 25.10.2021 tarixde herbi xidmetə çagırışçıyam.Deyilən vaxtda rayon komısarlıgına getdim.Amma adım gedenlər siyahısında çıxmadı.Bilmek istirem ki,mən oktiyabr çagrışında esger getmiyəcəmmi.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır.  Məlum olmuşdur ki, Siz 2021-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin qeydiyyatda olduğunuz Ucar rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmisiniz.Lakin dövlət səhiyyə müəssisəsi tərəfindən döş qəfəsi orqanlarının flüoroqrafik müayinəsinin nəticəsi Ucar rayon şöbəsinə gec daxil olduğundan barənizdə 2021-ci ilin oktyabr çağırışı müddətində qanunamüvafiq qərar qəbul edilməsi mümkün olmamışdır. Bununla əlaqədar Sizin Xidmətin Ucar rayon şöbəsi tərəfindən 2022-ci ilin yanvar çağırışına cəlb olunmağınız nəzərdə tutulmuşdur.
Şəhram Soruşur Yazılma Tarixi:24.10.2021 23:12:04

Salam.mən sərhəd qosunlar xidmətinə düşmüşəm.Bilmək olar hansı rayona?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.     Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
Qulu Soruşur Yazılma Tarixi:23.10.2021 23:29:27

Sərhədkeçmə məhdudiyyəti, müddətli həqiqi hərbi xidmət çağırışına neçə ay qalmış qoyulur?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Rəsul Soruşur Yazılma Tarixi:22.10.2021 22:30:02

550 sayli herbi cast harda yerlesir

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.     Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
Qulu Soruşur Yazılma Tarixi:22.10.2021 09:55:02

Sərhədkeçmə məhdudiyyəti, müddətli həqiqi hərbi xidmət çağırışına neçə ay qalmış qoyulur?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
MİRHADİ Soruşur Yazılma Tarixi:21.10.2021 21:10:45

Salam Mən, 01.02.2003 ci ildə anadan olmuşam. Türkiyədə universtet oxuduğum üçün 1 illik möhlət verildi mənə.Hal hazirda universtet oxumuram, qeydiyyatimda silinib universtetdən. Sentyabr ayında Lənkəran Rayon Hərbi Kamisarlığda yoxlanışdan keçdim. Sol qolumda kəsiklər və döymə olduğu üçün məni 1 SAYLI RESPUBLİKA PSİXİARİYA XƏSTƏXANASINA göndərildim. Hal hazirda HƏRBİXİDMƏTƏ getmək istəyirəm amma cavab gəlmir.

Məlum olmuşdur ki, 2021-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Siz qeydiyyatda olduğunuz Xidmətin Lənkəran rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan (qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafik müayinələri) keçirilmiş və səhhətiniz ilə əlaqədar 1 saylı Respublika Psixiatriya Xəstəxanasına müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən daxil olan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na əsasən “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Bildiririk ki, dövlət səhiyyə müəssisəsi tərəfindən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” Lənkəran rayon şöbəsinə gec daxil olduğundan Siz 2022-ci ilin yanvar çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqsınız.
Cədvəldə sətir sayı :14897