Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Şaban Soruşur Yazılma Tarixi:21.10.2021 19:36:52

Salam. 2021-ci il İyul ayına çağırışa düşürdüm. Tibbi yoxlanış zamanı məndə Hidronefroz 4-cü dərəcə aşkarlandığından əməliyyat olunmuşam, ona görə məni iyul ayında çağırışla aparmadılar. Sonradan əməliyyat nəticəsini, yəni faktiki sağlamlığımı yoxlamaq üçün rayon komisarlığı məni sentyabr ayında Respublika Xəstəxanasına göndərdi və oradan təkrar tibbi müayinədən keçdim. İndi axır vəziyəti öyrənmək istəyirəm. Mən hərbi xidmətə yararlı sayılıram yoxsa yox? Cavab xəstəxanadan poçt ilə göndəriləcək deyildi, artıq üstündən kifayət qədər vaxt keçib amma hələdə yekun qərar yoxdur. Faktiki vəziyətim sağlamlıq cədvəlinə əsasən D dərəcəsinə düşür ama komisarlıqdan rəsmi heçbir məlumat yoxdur. Rayon Zaqatala

Məlum olmuşdur ki, Siz Xidmətin Zaqatala rayon hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq olunması üçün şəxsi işiniz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim ediləcəkdir.
Nurlan Soruşur Yazılma Tarixi:19.10.2021 17:50:16

Salam vayankumat mənə dedi ki səni hərbi hospitala göndərəcəklər muayinəyə mən bilmək istəyirəm nə vaxt məni hərbi hospitala göndərəcəklər oktyabr ayında yoxsa yanvara zadda qalcam

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır.  Bildirilir ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. Məlum olmuşdur ki, 2003-cü il təvəllüdlü Bəkirli Nurlan Bəkir oğlu Xidmətin Şəki rayon şöbəsi tərəfindən 2021-ci ilin oktyabr çağırışına cəlb edilmiş, hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və səhhəti ilə əlaqədar müvafiq tibb müəssisəsinə əlavə tibbi müayinəyə göndərilmişdir. Tibb müəssisəsində sizə təyin olunmuş diaqnoza əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Əlavə olaraq bildiririk ki, tibb müəssisəsindən Xidmətin Şəki rayon şöbəsinə daxil olmuş müayinə aktına əsasən şəxsi işinizlə birlikdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunduqdan sonra barənizdə yekun qərar qəbul ediləcəkdir.
VÜQAR Soruşur Yazılma Tarixi:19.10.2021 16:13:38

156 e madesi ile texris olmuşam yeniden orduya qayida bilerem ?

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)) əsasən ehtiyata buraxılmısınız. Həqiqi hərbi xidmətinə daxil olma “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” və digər qanunvericilik aktları ilə tənzimlənir. Normativ hüquqi aktların vahid internet elektron bazasına (www.e-qanun.az) və Hüquqi Aktların Dövlət Reyestrinə (www.huquqiaktlar.gov.az) daxil olmaqla hərbi qanunvericiliyə dair normativ hüquqi aktları əldə edə bilərsiniz.
Ramal Soruşur Yazılma Tarixi:19.10.2021 11:11:32

Əvvala salam. Mən Xanlarli Ramal Elsad Oğlu 17.07.2017 ci il hərbi xidmətə getmisəm 1il 6 ay N sayli. Hərbi hissədə xidmət eetmisəm 14.01.2019 cu il təxris olmusam. Təxris oldugdan sora. İsləməy ucun MN sənət verdim. Getdim. Həkim. Yoxlanisinda. Urəyimdə. Prablem cixartdilar prablem anadan gəlmə olub. Məni hərbi xidmətə yararsiz. Saydilar prablem də. Urəydə. Sol qulaxcigin 2mm delatasiyasi mən bilməy istiyirəm məni yararsiz sayiblar bəs 1il 6 ay. Niyə xidmət etdim yararsiz idim sə. Əsgərliyə niyə apariblar həkim mənə dedi. Fiziki is qətti olmaz. Və həkim məsləhət verdi get. Hansi rayonnan əsgərliyə getmisən. Oranin. Səfərbəlliy və Hərbi xidmətə cağiris üzrə dövlət xidmətinin İsmayilli rayon şöbəsini sikayət elə maddi yardim eləsinlər. Belə birsey ola bilərmi?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.08.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də səhhəti ilə əlaqədar şikayət bildirməyən çağırışçılara exokardioqrafiya müayinəsinin aparılması (məcburi) nəzərdə tutulmamışdır. “Anadangəlmə ürək qüsuru: Ürəyin sol qulaqcığının dilatasiyası” xəstəliyi exokardioqrafiya müayinəsi zamanı mümkündür. Bildiririk ki, əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra aşkar olunubsa, müddətli həqiqi hərbi xidməti tam başa çatdırmış vətəndaşlara sığorta ödənişinin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Nicat Soruşur Yazılma Tarixi:15.10.2021 21:31:11

Salam Valdeyinin usdunde cinayet işi olan Şex orduda işleye bilermi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4.10-cu yarımbəndinə əsasən, bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə (qulluğa) könüllü daxil olmaq istəyən şəxsin yalnız özünün məhkumluğunun olub-olmaması barədə arayış tələb olunur.
Nicat Soruşur Yazılma Tarixi:15.10.2021 07:14:16

Salam Sual odur ki Valdeyinim icbari İş alib 3 il Artiq cezasi bitib Aldigi iş Afdo qezayla bagli Ama men təmizəm silahli quvellerde İşleye bileremi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4.10-cu yarımbəndinə əsasən, bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə (qulluğa) könüllü daxil olmaq istəyən şəxsin yalnız özünün məhkumluğunun olub-olmaması barədə arayış tələb olunur.
ümid Soruşur Yazılma Tarixi:12.10.2021 00:25:09

salam ayin 20 si esger gedirem amma hələdə hansi hərbi hissəyə dusduyum barədə məlumatim yoxdu 9100 qisa mesaj gonderirem hec bir melumat tapilmir saytin ozundede axtaris edirem cagirisci tapilmadi yazilir

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəşad Soruşur Yazılma Tarixi:11.10.2021 21:52:33

Salam mən oktyabrın 18 i 18 yaşımı tamamlayiram 19 da isə paviska gəlib lakin mən harda xidmət edəcəyim barədə məlumat yoxdur yoxlayırıq lakin yazılır ki GÖNDƏRİLƏN MƏLUMATA UYĞUN ÇAĞIRIŞÇİ TAPILMADI biz necə edə bilərik xais edirəm köməy edesiz

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Ramazan Soruşur Yazılma Tarixi:11.10.2021 17:36:01

Salam.Dissertanturaya qəbul olanlara möhlət verilirmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.  
Rüstəm Soruşur Yazılma Tarixi:05.10.2021 15:49:03

Salam mən hərbi xidmətə hara düşdüyümü bilmək istəyirdim

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14897