Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tural Soruşur Yazılma Tarixi:04.08.2021 17:11:43

sual vermişdim cavablamamışdız , bilmək istərdim ki mənim əsgər gedib getməməm ilə bağlı niyə məlumat verilmir ? tam 1 ildir , yoxlanışdanda 2 dəfə kecmişəm və hələdə yararlı ve ya yararsız olduğum deyilmir , zəng ettim qeydiyatta olduğum hərbi komisarlığa dedilər biz məlumat vermişik bizlik deil sonra zəng ettim Səfərbərlik və Hərbi Xidmətə cağırış dövlət xidmətinə , dedilər qeydiyyatta olduğunuz hərbi komisarlığ məlumat verməlidir. 1 ildirki mənim yararlı ve ya yararsız olduğumu təyin edə bilmirlər , müalicə almağ ücün xaricə getməliym günü gündən səhətim pisləşir , sizdən tələbim ciddiyə alasız bu vəziyyəti və mənə məlumat verəsiz

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, 1996-ci il təvəllüdlü Qəmbərov Tural İman oğlu barəsində yekun qərarın təsdiq edilməsi üçün şəxsi işi ilə birgə 22.07.2021-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına müayinəyə göndərilmişdir müayinənin nəticələri Xidmətin Gədəbəy rayon şöbəsinə daxil olduqdan sonra məlumat veriləcəkdir.
NAMİQ Soruşur Yazılma Tarixi:04.08.2021 15:50:31

salam,oktyabr pirizvində haçan hərbi yoxlamadan keçirləcək?

Bildiririk ki, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrində 2021-ci ilin oktyabr çağırışına hazırlıq avqustsentyabr aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 sentyabr  2021-ci il tarixdə başa çatdırılır.  Odur ki, Siz müvafiq sənədlərinizi götürərək qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və bölməsinə gəlməyiniz tövsiyə olunur.
Sənan Soruşur Yazılma Tarixi:03.08.2021 14:45:26

Salam mən kollec bitirmişəm. Məndə olan xəstəliklə əlaqədar hərbi xidmətə yararsız hesab olunuram. Universitetə qəbul olmaq üçün ərizə gondermeliyem ərizənin vaxtı 10 avqusta kimidir. Lakin ərizə göndərərkən mənim hərbi məlumatlarımın sistemdə olmaması ilə bağlı bildiriş gəlir. Bilmək isterdim ki mənim hərbi məlumatlarım nevaxt sistemə qeyd ediləcək?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Rasim Soruşur Yazılma Tarixi:03.08.2021 14:36:27

Salam, məndə zob xəstəliyi var.Surxanı rayonunun səfərbərliyə çağırış bölməni kamisyaya çağıracağlarını dedilər, iyul cağırışı qutardı çağırmadılar.Mən öyrənmək istiyirdim ki, oktyabr çağırışına qalma ehtimalım var?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır.         Bildiririk ki, Siz müvafiq sənədlərinizi götürərək 10.08.2021-ci il tarixdə Xidmətin Suraxanı rayon idarəsinə gəlməyiniz tövsiyə olunur.         Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Suraxanı rayon idarəsinə göstəriş verilmişdir.
Tural Soruşur Yazılma Tarixi:03.08.2021 02:40:07

Salam , mən 1 ildirki cağırışcıyam , Qəmbərov Tural İman oğlu , Gədəbəy rayonu . Bilmək istərdim ki mənə niyə hələdə mənim gedib getməməyim ilə bağlı hec bir məlumat verilmir , xaricə getməliyəm müalicə olmağ ücün sərhəddən kecməliyəm , cağırış yerində isə mənə sərhəddən kecmək olmaz hələ deyilir 1 ildir artıq ,günü gündən isə səhətim pisləşir , bilmək istərdim ki bu 1 ildir ki niyə hələdə mənim ilə bağlı hər hansısa bir qərar verilmir ? Zəhmət olmasa ciddi araştırmaya alasız bu durumu

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, 1996-ci il təvəllüdlü Qəmbərov Tural İman oğlu barəsində yekun qərarın təsdiq edilməsi üçün şəxsi işi ilə birgə 22.07.2021-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına müayinəyə göndərilmişdir müayinənin nəticələri Xidmətin Gədəbəy rayon şöbəsinə daxil olduqdan sonra məlumat veriləcəkdir.
Sənan Soruşur Yazılma Tarixi:02.08.2021 14:12:20

Salam. Mən kollec bitirmişəm. Məndə olan xəstəliklə əlaqədar həqiqi hərbi xidmətə yararsızam. Universitetə qəbul üçün ərizə göndərmək istiyirəm. Ərizənin son vaxtı avqustun 10 na kimidir. Ərizədə hərbi məlumatların sistemə daxil etmək tələb olunur. Bilmək isterdim ki mənə aid məlumatlar avqustun 10 na kimi sistemə daxil olacaq? Cavablandırsaz çox sevinərəm

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Lala Soruşur Yazılma Tarixi:02.08.2021 10:35:14

Salam,mən bilmək istərdim ki,bu il avqust ayında keçiriləcək andiçmə mərasiminda valideynlərin iştirakına icazə veriləcək?

Sualınızla əlaqədar aidiyyəti üzrə hərbi qulluqçunun xidmət keçdiyi qoşun növünün komandanlığına və ya hərbi hissənin rəhbərliyinə müraciət etməyiniz tövsiyə olunur.
Yunis Soruşur Yazılma Tarixi:31.07.2021 14:01:38

Salam. Mənim 17 yaşım var və universitetə yenidən hazırlaşıb 2022-2023 təhsil müddətində daxil olmaq istəyirəm. Eyni zamanda 2022 -ci il may ayında 18 yaşım tamam olur, mənim universitetə yenidən hazırlaşmağımla ələqədar olaraq 18 yaşım tamam olduqda hərbi xidmətə çağırış üzrə möhlət verilə (və ya uzadılma edilə) bilərmi, yoxsa mən 18 yaşım tamam olduqdan dərhal sonra əsgərliyə getməliyəm?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır.    Bildiririk ki, 2021-ci ilin məzunu olan çağırış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə növbəti ildə keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
Vəli Soruşur Yazılma Tarixi:29.07.2021 12:01:22

Salam. Men öğrenmək istiyərdim ki , Xarice oxuyan bir telebe başqa bir üniversitete sıfırdan yəni 1 rinci sinifden başdasa bu qanuna zidirmi ? . Çünki 2021 mezun olacaq hemin gec yeniden üniversitete başdıyacağına göre 2022 mezun olacaq ve mehdudiyeti uzanmaldır. Bu arada bütün sendleride qaydasındadır . Bu halda qanuna zidirmi veyaxud her hansı bir problem yaradarmı ?

Bildiririk ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş elmi təşkilatda təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Məhəmməd Soruşur Yazılma Tarixi:26.07.2021 22:23:49

Salam.Mənim səhhətimdə bəzi problemlerə görə əsgərliyə yararsızam.Gələn ay hərbi biletlər veriləcək lakin mən gələn ay burda olmaya bilərəm.Atama davernus versəm mənim yerimə hərbi biletimi ala bilər?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz Xəzər rayon idarəsinə şəxsən gəlməyiniz tövsiyə olunur.  
Cədvəldə sətir sayı :14897