Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tural Soruşur Yazılma Tarixi:23.07.2021 12:57:13

Salam. Mən hərbi xidmətə yararlıyam ya yox ?

Məlum olmuşdur ki, 2021-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin İsmayıllı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, səhhətiniz ilə əlaqədar zərurət yarandığına görə akademik C.M.Abdullayev adına ET Kardiologiya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz.
Mehman Soruşur Yazılma Tarixi:22.07.2021 17:57:17

Salam. Mən övladımı ilkin qeydiyyatdan keçirmək üçün Abşeron rayonu hərbi səfərbərlik şöbəsinə aparkən ,bizdən tibbi müayinədən keçməyiniz tələb etdilər. Sizin saytda bu haqqda məlumatda tibbi arayış haqqında heçnə qeyd olunmayıb. Və bu durum artıq neçə gündür davam edir,artıq bu gün məcbur olub Xırdalan şəhər mərkəzi klinikasına gedəsi olduq. Sualım budur ki, həqiqətən lazımdır bu arayışlar ya yox? Əgər lazım deyilsə mən orada çalışan əməkdaşlar haqqında kimə şikayət bildirə bilərəm ? Öncədən təşəkkür edirəm.

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və olduqları yer üzrə Xidmətin struktur bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar. İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin struktur bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. doğum haqqında şəhadətnamənin surəti;         2. ailə tərkibi haqqında arayış; 3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 5. tərcümeyi-hal; 6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil. İlkin hərbi qeydiyyata götürülən vətəndaşlar diaqnostiq müayinələrdən keçərək aşağıdakı müayinə analizlərini təqdim etməlidir:                   -döş qəfəsi orqanlarının flüoroqrafiyası (rentgenoloji müayinə)         -qanın ümumi analizi         -sidiyin ümumi analizi         -elektrokardioqrafiya (EKQ)         -qarın boşluğunun ultrasəs müayinəsi (USM) Əlavə olaraq bildiririk ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan Xidmətin struktur bölmələrinə gəlməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsinə əsasən 30 ( otuz ) manat məbləğində cərimə edilirlər.
Nihad Soruşur Yazılma Tarixi:22.07.2021 16:50:57

Mende 2- dereceli Skalioz Var Meni Bakiya Gönderdiler Rengene kecdim geldim iyun ayinin 5 kecmişdim sora voyinkamata dedim yararliyam gedecem esger Mene deyir men sene deyende gelersen Sizce men gedecem Mene müalice vermiyibler Sadece gozde deyir 1 ay kecib Men cavab bilmek isdiyirem

Müraciətinizlə əlaqədar araşdırma aparılmış və müəyyən edilmişdir ki, Siz Xidmətin qeydiyyatda olduğunuz Xaçmaz rayon şöbəsi tərəfindən 2021-ci ilin iyul çağırışına cəlb edilmiş və sağlamlıq vəziyyətinizlə əlaqədar ET Travmatologiya və Ortopediya İnstitutuna əlavə tibbi müayinəyə göndərilmisiniz. Tibb müəssisəsindən müayinəni cavabları Xidmətin Xaçmaz rayon şöbəsinə daxil olduqdan sonra nəticələrə əsasən barənizdə müvafiq qərar qədul ediləcəkdir.
Sadıq Soruşur Yazılma Tarixi:22.07.2021 11:42:34

950 nömrəli hərbi hissə hansı bölgədə yerləşir?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
Qabil Soruşur Yazılma Tarixi:22.07.2021 01:01:59

Salam. Mən hazırda Rusiyda əyani şəkildə aspiranturada oxuyiram. Əsqarlikdən oxuyan zaman azad ola bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Bunun üçün xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını çağırışa hazırlıq dövründə öyrənilmə zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli baş idarə, idarə, şöbə və bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Müşfiq Soruşur Yazılma Tarixi:19.07.2021 17:28:15

Salam Mən iyun ayının 16 sı Bakıda Zərifə Əliyeva adına göz klinikasında gözlə bağlı müayinədən keçmişəm və müayinənin nəticələri yaşadıqım Şirvan Şəhər hərbi səfərlkik şöbəsinə gəlməyib və bilmək istərdim ki nəticələrin bu qədər gec gəlməyi normal haldı? yən hər dəfə sorusuram deyirlər ki hələ gəlməyib gözümnən baglı məlumatı bilmək istəyirəm xais edirəm köməklik göstərin

Məlum olmuşdur ki, 2021-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Şirvan şəhər şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, səhhətiniz ilə əlaqədar zərurət yarandığına görə akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
orxan Soruşur Yazılma Tarixi:18.07.2021 23:27:11

salam men orxan ehmedov 2015-2019 ci ilde odlar yurdu universitetinde oxumusam.2019 ci ilde heqiqi herbi xidmete cagirilmisam Ismayilli rayon vainkomati.amma qolumda olan deri xesteliyine gore,mehdud yararli yaziblar.25.07.2022 ci ilde yeniden yoxlanisa cagiriblar.amma men vaxtinan evvel mualice almisam konullu olaraq erize yazib getmek isteyirem yanliz vainkomatin teyin etdiyi hekim mene bezi sebeblere gore prablem yaradir ve 2 defe hekim yoxlanisina getmisem bakida deri zohrevide prablem yaradir.lakin Ismayilli vainkomati teyin etdiyi hekim heyyeti ise mene saglam herbiye yararli oldugunu deyir xahis edirem bu barede mene komek edesiniz.sizden xahisim budur men xidmet etmek isteyirem.dovlete millete faydali olaram4 dil bilirem(ereb fars turk ingilis) sizden xahisim budur ki menle elaqe saxlayasiniz.sizden de cavab almasam bezi qurumlara muraciet edecem.diqqetinize gore cox sagolun

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilir və sağlam olduğu halda, müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilirlər. Bildiririk ki, Sizin növbəti tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin İsmayıllı rayon şöbəsinə təqdim edildiyi halda mümkündür. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan ehtiyatda olan hərbi vəzifəlilər barələrində çıxarılmış qərara yenidən baxılması məqsədilə, ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
Tamerlan Soruşur Yazılma Tarixi:17.07.2021 14:58:46

Salam mən bu il magistr üzrə Türkiyə universiteti Gümüşhane auniversitetindən qəbul almışam və qəbul kağızımı Baku Büyükelçiliği Eğitim Müşavirliyində təsdiq olunaraq tərcümə elətdirib Sumqatıt vayonkonatına təqdim etmişəm . Mənə 2021 ci il iyul ayı 22 üçün çağırış verilib və verdiyin kağız keçərsizdir deyilibdi. 22 si mütləq şəkildə hərbi xidmətə yola düşməyim əmr olunubdu bu nə dərəcə düzgündür mənim rəsmi verdiyim qəbul kağızı Müşavirlikdə təsdiq olunubdur axı Vayonoomata təqdim etdiyim kağızın üzərində qeyd olunduğu kimi iyul ayının 1 dən oktyabr ayının 1 nə kimi möhlət verilməlidirki kayıt işləmlərimi apara bilim və ödəniş ödəyə bilim çünki hal hazırdı ödəniş ödəyəcəyimiz hesab açılmayıbdı avqusta açılacaqı güman edilir . Xaiş olunur tədbir görəsiniz .

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.   Əlavə olaraq bildiririk ki, xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını çağırışa hazırlıq dövründə öyrənilmə zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli baş idarə, idarə, şöbə və bölməsinə şəxsən təqdim etdikləri halda, barələrində müvafiq qərar qəbul edilir.
Nural Soruşur Yazılma Tarixi:17.07.2021 11:26:02

2-ci Qarabağ müharibəsi iştirakçısıyam veteran vəsiqəsini haradan əldə etməliyəm və müharibədə iştirak etdiyim rayonların medallarını haradan almalıyam

Bildiririk ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara – müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Odur ki, döyüş əməliyyatlarında iştirakınızı sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar olduğu təqdirdə (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) Sizə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər.
Murad Soruşur Yazılma Tarixi:13.07.2021 11:22:04

Salam,mən Rzayev Murad iyulun 1 i 2021 ci il tarixinə əsasən mən hərbi xidmətə yollanmalı idim amma məni saxladılar.Mayda həkim yoxlanışına görə məni qeydiyyatda olduğum Masallı rayon hərbi komissarlığına çağırdılar bütün həkimlərdən keçdim heç bir qüsur çıxmadı, gözüm yoxlanıldığı zaman 8 ay bundan əvvəl gözümdən əməliyyat olundugumu bildilər.Məni Zərifə Əliyeva adına göz institutuna yoxlanışa göndərdilər.Mən Bakı şəhərində həmin yoxlanışdan keçdim və mənə müayinələrimin nəticəsini özləri vayenkamata göndərəcəklərini dedilər.Mənə isə iyul ayının 1 nə çağırış vərəqəsi vermişdilər.Mən ayın 1 nə Masallıya getdim lakin mənə bildirildiki mənim müayinə kağızım hələdə gəlib çıxmayıb.10 gün sonra həmin kağız vayenkamata gəldi və mənə bildirdilər ki, sənə 6 ay möhlət veririk.Mən isə səbəbini soruşanda mənə tutarlı cavab vermirlər və üstəlik sənin görmə qabiliyyətin 100 faizdir deyirlər. Əməliyyat olunduğum həkim isə deyirki əməliyyat olunduqdan 1 ay sonra fiziki iş olmaz mən isə artıq 8 aydır əməliyyat olmuşam.Çox xahiş edirəm mənim müraciətimə baxasınız.Mən ən azından oktyabr ayı hərbi xidmətə getmək istəyirəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır.  Bildirilir ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. Əlavə olaraq bildiririk ki, Xidmətin qeydiyyatda olduğunuz Masallı rayon şöbəsi tərəfindən 2021-ci ilin iyul çağırışına cəlb edilmiş, hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və səhhətinizlə əlaqədar müvafiq tibb müəssisəsinə əlavə tibbi müayinəyə göndərilmisiniz. Tibb müəssisəsində Sizə təyin olunmuş diaqnoza əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 6 (altı) ay müddətinə sağlamlıq vəziyyətinizə görə çağırışdan möhlət verilmişdir.
Cədvəldə sətir sayı :14897