Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Murad Soruşur Yazılma Tarixi:26.06.2021 13:05:48

İyulun 21nə çağrış gəlib sms gəldiki girib bu sayıtdan hara düşdüyümü örgənim

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
səməd Soruşur Yazılma Tarixi:25.06.2021 18:52:38

salam menim vayeni bletim suya dusub yararsiz haldadi onu nece eleye bilerem evelki hakina dusun seferberlikdede olmusam herbi hisselerin pecatdari berpa olunsun

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi bilet etinasız saxlanılması nəticəsində korlandığı və ya itirildiyi halda, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) tələb olunan sənədlər (şəxsiyyət vəsiqəsinin surəti, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, DİN-nin müvafiq qurumlarından hərbi biletin tapılmamasına dair arayış) əsasında hərbi vəzifəlinin hərbi qeydiyyatda olduğu yer üzrə Xidmətin struktur bölmələri tərəfindən yeni hərbi bilet verilir.         İtirilmiş  və ya korlanmış hərbi biletin əvəzinə yeni hərbi biletin verilməsi üçün hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə şəxsən müraciət etməlisiniz.
NURLAN Soruşur Yazılma Tarixi:25.06.2021 00:08:34

Türkiyədə doktorantura təhsili alıram. Tələbə bəlgəmin tərcümə mərkəzində tərcümə olunmuş versiyası ilə skan edilərək göndərilmiş sənədin print olunmuş formasını təqdim etmək möhlət hüququ üçün kifayət edirmi, yoxsa bu sənədə Təhsil Müşavirliyi hər hansı bir möhür vurmalıdırmı. Qeyd edim ki, universitetin verdiyi və tərcüməsini etdirdiyim sənəddə imza və universitetin TC möhürü var.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Bunun üçün xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli baş idarə, idarə, şöbə və bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Rövşən Soruşur Yazılma Tarixi:23.06.2021 21:28:59

Salam, mən iyul ayının çağırışçısıyam. Sabunçu rayonunda yaşayıram. Yoxlanış üçün məni 21 saylı hərbi xidmət mərkəzinə çağırdılar. Ünvanı deyə bilərsiz?

Bildiririk ki, Siz 2021-ci ilin iyul çağırışına cəlb olunduğunuza görə öyrənilməyiniz və tibbi şəhadətləndirilərək barənizdə müvafiq qərar qəbul edilməsi üçün Xidmətin qeydiyyatda olduğunuz Sabunçu rayon idarəsinə gəlməlisiniz.
Pərviz Soruşur Yazılma Tarixi:23.06.2021 19:29:55

Salam.ADNSU 4 kurs tələbəsiyəm.Mənə universitetdən arayış verilib ki, 2022 ci ilin iyul ayında məzun olacaq.Bu arayışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon sobesine teqdim olunsun. Mən arayişı təqdim etdikdə bu arayışa baxmadılar.

Bildiririk ki, ödənilməmiş akademik kreditləri olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Niyaməddin Soruşur Yazılma Tarixi:23.06.2021 10:17:42

Mən 27 si Sentyabr başlayan döyüşdə oldum medal və döyüş İşdirakcısı vəsiqəsini vermədilər deyirlə 26 iyun verəcəklər düzdürmü və yaxud adıma medal olub olmadığını necə öyrənə bilərəm

Portala daxil olmuş müraciətinizə  baxılmışdır.            Bildiririk ki, hazırda müddətdən artıq həqiqi hərbi xidmətdə olduğunuz üçün aidiyyəti üzrə hərbi hissə komandanlığına müraciət etməyiniz tövsiyə olunur.  
Kamran Soruşur Yazılma Tarixi:22.06.2021 08:33:21

Mən 1 il əvvəl sağ əlimin baş barmağında ağır tramva əməliyyat olmuşam. Barmağım tamamilə qopmuşdu və plastik taxılaraq əməliyyat olundum. Bunu təstiq edən tibb universitetindən arayışım var. Amma buna baxmayaraq mənə bunun önemi olmadığını deyərək yararlı yazıldım və indi əsgərliyə çağırırlar.

Məlum olmuşdur ki, 2021-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz qeydiyyatda olduğunuz Xidmətin Sabunçu rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar 3 saylı Şəhər Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” qeydiyyatda olduğunuz Sabunçu rayon idarəsinə daxil olduqdan sonra, Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Rüfət Soruşur Yazılma Tarixi:21.06.2021 21:30:28

Salam. Mən bilmək istəyirdim ki, hərbi xidmətə getmək üçün yararlıyam ya yox? Bu rayon hərbi komissarlığında nə kimi qeyd olunub?

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Bu barədə Sizə Xidmətin Şirvan şəhər şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Rəsul Soruşur Yazılma Tarixi:21.06.2021 19:55:21

Salam. Bilmək istəyərdim ki, mən hərbi xidmətə yararlıyam ya yox? Mənə möhlət verilmişdir.

Bildiririk ki, səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə dövlət tibb müəssisəsinə əlavə müayinəyə göndəriləcəksiniz. Müayinənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Sənan Soruşur Yazılma Tarixi:21.06.2021 15:33:37

Salam. Mən həqiqi hərbi xidmətə yararlı olub olmadığımı necə öyrənə bilərəm?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 21.1.4 maddəsinə əsasən əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara-təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Cədvəldə sətir sayı :14897