Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nurəddin Soruşur Yazılma Tarixi:10.07.2021 08:13:04

Salam. Mən əsgərliyi bitirdiydən sonra zabit kimi qalıb işləyə bilərəmmi? Qeyd edimki ali təhsil alıram gələn il bitirəcəm universiteti.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Qeyd etdiyiniz məsələ ilə əlaqədar müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi xidmət keçdiyiniz qoşun növü üzrə komandanlığa müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar (həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada) bağlaşma əsasında könüllü daxil olurlar.
Nurəddin Soruşur Yazılma Tarixi:09.07.2021 08:45:33

Salam. Mən əsgərliyi bitirdiydən sonra zabit kimi qalıb işləyə bilərəmmi? Qeyd edimki ali təhsil alıram gələn il bitirəcəm universiteti.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Qeyd etdiyiniz məsələ ilə əlaqədar müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi xidmət keçdiyiniz qoşun növü üzrə komandanlığa müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar (həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada) bağlaşma əsasında könüllü daxil olurlar.
Zakir Soruşur Yazılma Tarixi:06.07.2021 18:13:01

Məm dövlət sərhəd xidmətinə düşmüşəm bilmək istəyirəm hansı bölgədə xidmət edəcəm AA1365606

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur. 
Rüfət Soruşur Yazılma Tarixi:06.07.2021 15:17:41

Salam. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti İdarəsində mülki işçi kimi işləmək üçün necə müraciət edə bilərəm? Rütbəli işçi kimi işləmək üçün necə müraciət edə bilərəm? Özüm Bakı qeydiyyatındayam və Bakıda da yaşayıram. Rütbəli işçi kimi işləsəm, hərbiçilər kimi öz olduğum bölgədən uzaqdamı işləməliyəm, yoxsa, öz olduğum bölgədə təqaüdə çıxana kimi işləyə bilərəm?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Tərlan Soruşur Yazılma Tarixi:05.07.2021 19:16:08

Salam. Mən bu il yəni 2021 ci ildə universiteti bitirmişəm fərqlənmə ilə. Təhsilimi davam etdirmək üçün Türkiyə universitetlərinə magistratura səviyyəsi üzrə sənəd təqdim etmişəm və qəbul almışam. Qəbulu Türkiyə təhsil müşavirliyində təsdiq elətdirib və azərbaycan dilinə tərcümə təsdiq elətdirmişəm və rayon vayonkomatına vermişəm. Bilmək istəyirdim ki mənə hərbi xidmətdən möhlət hüququ düşürmü? Bunun üçün yeni bir qanun varmı ki, bu ildən xaricə qəbul olan tələbələr əskər getməlidir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Bunun üçün xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli baş idarə, idarə, şöbə və bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Müşviq Soruşur Yazılma Tarixi:02.07.2021 15:37:10

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti İdarəsinə işə gəbulla bağlı toplanması lazım olan sənədlər və imtahan vaxtları barəsində xahiş edirəm mənə məlumat verəsiniz.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər. Əlavə olaraq bildiririk ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu, keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında iştirak edənlərin ümumi bilik səviyyəsi və dünyagörüşü yoxlanılır.
Nailə Soruşur Yazılma Tarixi:30.06.2021 12:53:39

Salam. Mənim oğlum Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq Türkiyədə əyani ali təhsil almaq hüququna yiyələnib. Azərbaycan Respublikasının qanunlarına əsasən ona hərbi möhlət hüququ düşürmü ? Onu da qeyd edim ki, oğlumun daxil olduğu ali təhsil müəssisəsinin diplomu Respublikamızda tanınır .

  Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı (bitirmə müddəti göstərilməklə) Xidmətin qeydiyyatda olduqları yerli baş idarə, idarə, şöbə və bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilə bilər.   Əlavə olaraq qeyd edirik ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5- ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsil alma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Nihad Soruşur Yazılma Tarixi:29.06.2021 12:02:33

Salam. Mənim bu ilin may ayında 15 yaşım tamam oldu. Mart ayında məktəbdən ilkin hərbi qeydiyyata alınma haqqında elan göndərildi. Elanda Nəsimi rayonu qeydiyyatında olanlar üçün 06.04.2021 tarixinə kimi lazımi sənədləri Nəsimi rayonu SHXÇDX-ə təqdim edilməli olduğu qeyd olunurdu. Mən yaşayış üzrə Abşeron rayonunda qeydiyyatdayam. Bəzi sənədləri o zaman bəzi səbəblərə görə hazır edə bilmədim. Həmçinin mənə fərdi çağırış vərəqəsi də göndərilməyib. İndi sənədləri hazır edəndən sonra bu il ərzində hansı SHXÇDX-ə, nə zaman təqdim edə bilərəm? Və proseduru ləngitdiyim üçün məni nə gözləyir?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və olduqları yer üzrə Xidmətin struktur bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar. İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin struktur bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. doğum haqqında şəhadətnamənin surəti;         2. ailə tərkibi haqqında arayış; 3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 5. tərcümeyi-hal; 6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil. İlkin hərbi qeydiyyata götürülən vətəndaşlar diaqnostiq müayinələrdən keçərək aşağıdakı müayinə analizlərini təqdim etməlidir:                   -döş qəfəsi orqanlarının flüoroqrafiyası (rentgenoloji müayinə)         -qanın ümumi analizi         -sidiyin ümumi analizi         -elektrokardioqrafiya (EKQ)         -qarın boşluğunun ultrasəs müayinəsi (USM) Əlavə olaraq bildiririk ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan Xidmətin struktur bölmələrinə gəlməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsinə əsasən 30 ( otuz ) manat məbləğində cərimə edilirlər.
Rüstəm Soruşur Yazılma Tarixi:28.06.2021 18:27:16

Salam,yazib deqiqlesdirmek isterdimki Herbi biletde A3 herbi xidmete yararlidir termininin aciqlamasi nedir?A herbi xidmete yararlidir oldugunu menbelerden oxudum, amma sirf A3 termininin detalli aciqlamasinin ne oldugu mene qaranliq qalib.Zehmet olmasa melumatlandirardiniz.Onceden minnetdaram.

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Zamin Soruşur Yazılma Tarixi:28.06.2021 11:22:23

Mən Türkiyədə Gümüşhane üniversitetinə əyani qəbul olmuşam. İyul çağırışçısıyam. Mənə vayonkomatda möhlət verilirdə, düzdür?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Bunun üçün xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli baş idarə, idarə, şöbə və bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Cədvəldə sətir sayı :14897