Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Surxay Soruşur Yazılma Tarixi:27.06.2021 23:54:41

Men Azerbaycan Dovlet Neft ve Senaye universitetinden mezun oldum amma kesr oldugu ucun diplom verilmedi indi men 1 illik yoxsa 1il6 ay xidmet edecem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay müddətində hərbi xidmət  keçirlər.           Bunun üçün ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsilini bitirməsi haqqında sənədin (diplomun) surətini xidmətdə olduqları hərbi hissənin komandanlığına təqdim etməlidirlər.
Tahir Soruşur Yazılma Tarixi:26.06.2021 16:06:19

Mənə sms gəlibki Azərbaycan Rebpublikasinın hərbi hissəsinə təyin edilmisiz hansı hərbi hissəyə hardan bilim

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Nemət Soruşur Yazılma Tarixi:26.06.2021 15:43:30

Salam, Liken skleroz deri xesteliyi olanlar xidmete yararli sayilir?

Çağırışçıların dəri və dərialtı toxumaların xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 62-63-cü maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbə və ya bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmaması barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Şirxan Soruşur Yazılma Tarixi:26.06.2021 15:20:59

Salam xidmət edəcəyim yer sadəcə Azərbaycan Ordusu yazılıb ama sistemdə dəqiq yer yazılmır.Zəhmət olmasa mənə deyərdiz

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Yusif Soruşur Yazılma Tarixi:26.06.2021 14:17:33

salam mənə Azəbaycan Ordusunun hərbi hissəsisə təyin edilməyi ilə bağlı mesaj gəlib portalda hansı hərbi hissəyə düşməyimlə bağlı məlumatları qeyd edirəm lakin nəticə tapılmır

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Sabir Soruşur Yazılma Tarixi:26.06.2021 14:05:45

Hansi hərbi hissəyə xidmətə dusmusem oyrenmey isdiyirem,mənə mesaj gəlmiyib Allahverdiyev Sabir Əlibəy,16.10.2002,telefon nomrəsi 0558750133

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Pərviz Soruşur Yazılma Tarixi:26.06.2021 13:55:34

Hara düşməyim haqda maraqlanmaq istəyirəm cvb gəlir ki bu məlumata uyğun çağırışçı yoxdu.Əgər yoxdursa niyə msj gəlib msj gəlibsə niyə məlumat verilmir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
MİRYUSİF Soruşur Yazılma Tarixi:26.06.2021 13:47:38

Mən 2021 iyul aynın 14 çağrş gelib men hele bilmirem hara düsmişem bunu nece öyrene bilerem

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Yusif Soruşur Yazılma Tarixi:26.06.2021 13:45:59

Salam. Hara düşdüyüm çıxmayıb mənim. Nə vaxt məlumat gələcək mənə?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Rüstəm Soruşur Yazılma Tarixi:26.06.2021 13:29:08

Hara düşdüyümü öyrənmək istəyirəm

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897