Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ramid Soruşur Yazılma Tarixi:19.06.2021 22:37:58

Salam 2021 ci il iyul ayinda herbi xidmete gedenler ali tehsilliler nece il xidmet edeceyler ?

Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.
Sahil Soruşur Yazılma Tarixi:19.06.2021 07:26:31

Hara dusduymu oyrenmek isdeyirem

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 17-də imzaladığı Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncama əsasən 2021-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar iyunun 25-30 tarixlərində Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  tərəfindən SMS vasitəsilə məlumatlandırılacaqlar. 
Zöhrab Soruşur Yazılma Tarixi:18.06.2021 01:33:21

Salam, men bu il bakalavr tehsilimi bitirirəm, mütləq həqiqi hərbi xidmət üçün müvafiq herbi komissarlığa çağırıldım, gözümdə yüksək dərəcəli miopiya və miopik asiqmatizm olduğuna görə Zərifə Əliyeva adına göz klinikasına müayinəyə göndərildim, 11,06,2021 tarixində müayinə olundum, nəticəni və hansı kateqoriyaya aid olduğumu öyrənmək istəyirəm

Bildiririk ki, Siz təhsilə görə verilmiş möhlət müddətinin bitməsi ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz Sabunçu rayon idarəsi tərəfindən 2021-ci ilin iyul çağırışına cəlb edilmiş, hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və səhhətinizlə bağlı müvafiq tibb müəssisəsinə əlavə tibbi müayinəyə göndərilmisiniz. Tibb müəssisəsindən müayinə aktı Xidmətin Sabunçu rayon idarəsinə daxil olduqdan sonra təyin olunmuş diaqnoza əsasən barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Müşfiq Soruşur Yazılma Tarixi:17.06.2021 18:18:37

Salam mənim sağ gözüm -5 sol isə -3 dür bu halda hərbi xidmətə yararlıyam?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 34-cü maddəsinin I qrafasının tələblərinə əsasən hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi olan çağırışçılar “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.  
Validə Soruşur Yazılma Tarixi:16.06.2021 18:35:25

Salam. Mənim övladım 4cu kurs tələbəsidir iyulun birdə hərbi xidmətə çağırılmışdir .Lakin onun birdənə kəsiri oldu üçün o artıq bir semestr oxumalıdır. ADNS universitet tərəfindən hərbi komissarlığina arayış təqdim etmişik ki bizə möhlət versinlər. Tələbə bitirsin ve ali təhsilli əskərliye geddin. Amma komesarliq arayışı qəbul etmir. Sualım odur ki var mı belə qərar ki uşağ tam universiteti bitirib hərbi qulluğa gedsin?

Bildiririk ki, ödənilməmiş akademik kreditləri olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Rüstəm Soruşur Yazılma Tarixi:13.06.2021 14:39:53

Salam mən 2003 təvəllüdəm. 2012-ci ilin iyul ayında 18 yaşım tamam olacaq amma mən orta məktəbin 10 cu sinifində təhsil alıram və bununla bağlı məktəbdəndə arayış almışam. Bu arayışı səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti nin E-mail ünvanına göndərib nə yazmalı olduğumu mənə deməyinizi xahiş edirəm

Bildiririk ki, təhsil almağınız barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz baş idarə, idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz tövsiyə olunur.
Müşfiq Soruşur Yazılma Tarixi:13.06.2021 09:03:42

Salam məni 23.07.2018 ci ildə herbi xidemete cagirdilar və yoxlanisdan kecende göznən bagli zeyifliyim oldu aparmadilar herbi bilet verdiler bele yazilmisdi herbi xidemete yararsiz muharibe dovrunde mehdud yararlı yaziblar indi bilmek isteyirem ki bu ilki cagrisda men muayneden kecenden sonra neticler yaxsi olsa xidmete gede bilecem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilir və sağlam hesab edildiyi halda, müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilirlər.
Nicat Soruşur Yazılma Tarixi:12.06.2021 14:59:54

Salam hərbi xidmətə çağrılanların müayinəsi zamanı məndə Astiqmatizm aşkarlandı. Bu, halda hərbi xidmətə yararlıyamı?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Mirəli Soruşur Yazılma Tarixi:11.06.2021 21:26:46

Salam.Mənim əmimin anadan gəlmə bir böyrəyi yoxdu. Hərbi xidmətin 1il 6aylıq çəkib.Bir böyrəklə hərbi xidmət çəkən şəxs üçün kompensasiya ödənilməlidir, ya yox.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə əminizin adı, soyadı, atasının adı, təvəllüdü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Murad Soruşur Yazılma Tarixi:11.06.2021 19:50:04

Salam mən bu il iyulun 5-i kolleci bitirirəm artıq subakalavır sayılıram imtahansız ali məktəbə qəbul olunacam. Sadəcə hərbi xidmətə çagırışçıyam .Mən möhlət hüququ arayışı necə ala bilərəm?zəhmət olmasa yolların deyərdiz .Möhlət hüquqi arayış hərbi komisar verməlidirmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Cədvəldə sətir sayı :14897