Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Şahlar Soruşur Yazılma Tarixi:26.04.2021 16:49:02

Mənim oğlum İsmayılov Tural Şahlar oğlu 2 çi Qarabağ müharibəsində iki dəfə raket partlayışı ilə Papaqlin Hospitalına yerləşdirilib F.07 S.06 Qantuzyali və ağ ciyər nahiyəsine yerimiş iki kor qəlpə biri çıxarılmışdır biri hal hazırda çıxarılması təhlükəli bir kor qəlpədir eyaq sümüyü parçalanmış şəkildə eyaginda 5 qəlpə nəfəs tənəffüsu ağırdır.Hergun gündə 3 saata uzana biləcək yaddaş itkisi boynunda qəlpə olduğu halda nə üçün buna yararlı qərarı verilib ? Azərbaycan respublikasının Paliklinikalarinda müayinə zamanı yararsız Papalin Hospitalı yararlı qərar verir bunu tam izahlı şəkildə 0554021121 nömrəsi mənimdir və bu nömrəme zəng edərək ətraflı məlumat verin zəhmət olmasa

Portala daxil olan müraciətinizə baxılmışdır. Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Tural Soruşur Yazılma Tarixi:23.04.2021 18:48:02

1- Salam mən 2018 ci il Aprel ayında xidmətin Quba rayon şöbəsində 24çA4lə hərbi xidmətə yararlı bilinərək hərbi xidmətdə olmuşam. sizdən qeyd edilən xəstəlik maddəsini ilə əlaqədar bilmirmək istəyirəm ki bu maddənin anlamı nədir? mən 2020-ci ildə 2-ci Qarabağ döyüşlərinin iştirakçısıyam. bizə vetranlıq vəsiqələri və vaxt və nə zman veriləcək mayin 15-nə kimi veriəcəkmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin “ 24-cü maddəsinin “ç” bəndinə aşağıdakılar aiddir: Sinir sisteminin hərəki, hissi, koordinasiya və digər funksiyalarının pozulması olmayan ayrı-ayrı dağınıq üzvi nişanələr, vegetativ-damar davamsızlığı və cüzi astenizasiya əlamətləri ilə keçən baş-beyin və onurğa-beyin travmaları. Anamnezində son 3 il ərzində kəllə-beyin travması olan (tibbi sənədlərlə təsdiq olunmuş) çağırışçılar.
Nihad Soruşur Yazılma Tarixi:23.04.2021 11:49:14

Salam.Mənə9100 dan sms gəlibki herbi hisseye teyin olunmusunuz.Amma elektron xidmətlər bölməsində adım çıxmır.Mümkünsə özünüz yoxlayıb mənə cavab yazın


Bildiririk ki, Siz 2021-ci ilin aprel çağırışında müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daxili bölgüsünə əsasən müvafiq saylı hərbi hissəyə təyin edilmisiniz. Əlavə olaraq bildiririk ki, SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özünüz haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəyiniz hərbi hissəni dəqiqləşdirə bilərsiniz. Əks halda Xidmətin qeydiyyatda olduğunuz Lənkəran rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Səbuhi Soruşur Yazılma Tarixi:22.04.2021 23:04:17

Hara dusduyumu nece oyrene bilerem

Bildiririk ki, Siz 2021-ci ilin aprel çağırışında müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daxili bölgüsünə əsasən müvafiq saylı hərbi hissəyə təyin edilmisiniz.       Əlavə olaraq bildiririk ki, SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özünüz haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəyiniz hərbi hissəni dəqiqləşdirə bilərsiniz. Əks halda Xidmətin qeydiyyatda olduğunuz Ağdam rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Ziya Soruşur Yazılma Tarixi:21.04.2021 14:13:26

Bir böyrəyi olmayan vətəndaşlar hərbi xidmətə çağırılırmı?

Anadangəlmə vahid (sağ və ya sol) böyrək” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Yusif Soruşur Yazılma Tarixi:21.04.2021 14:06:22

Mənim anadan gəlmə daxili orqanlarımın yerdəyişməsi, ürəyimin sağda, qaraciyərin isə solda olmasi və ürək keçiriciliyinin pozulması halları olduğuna görə tez-tez yoruluram, boğulma və təngənəfəslikdən əziyyət çəkirəm. Hərbi komissiyaya çağırılmışdım ve 6 ay möhlət verildi yararsız olmağımla bağlı. Bir müddət keçdikdən sonra yenidən komissiyaya çağırılmış və 42 C maddəsi ilə 01.07.2023-cu ile qədər möhlət verilməyinə baxmayaraq dəfələrlə komissiyaya cagirilmisam. Bu xəstəliyim nəzərə alınmadan və heç bir müalicə almadigim halda 23.04.2021-ci il tarixi üçün hərbiyə çağırış vərəqəsi verilmişdir. Sizdən xahiş edirəm ki, hərbi komissiyanın yenidən şəffaf kecirilməsi üçün göstəriş verəsiniz.

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” hesab edilərək, Müdafiə Nazirliyinin 193 saylı hərbi hissəsinə təyin edilmisiniz.
Rüstəm Soruşur Yazılma Tarixi:21.04.2021 03:06:00

Mən hansı hərbi hissədə xidmət edəcəm?Çağırışçıyam amma heç bir məlumatım yoxdu.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 22-25 aprel tarixindən etibarən sms vasitəsilə veriləcəkdir. Bununla yanaşı, Siz SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özünüz haqqında məlumatları dəqiq, Xidmətin saytına daxil edərək xidmət edəcəyiniz qoşun növünü dəqiqləşdirə bilərsiniz. Əks halda Xidmətin qeydiyyatda olduğunuz struktur bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
TURAN Soruşur Yazılma Tarixi:19.04.2021 20:22:49

Salam,Mən keçən il imtahandan kəsilmişəm yenidən hazırlaşıram Doğum günüm 30.07.2003 Mən Hərbi Xİdmətdən möhlət ala bilərəmmi? möhlet almaq hüququm var? Necə edə bilərəm mənə deyə bilərsiz möhleti necə alım? Dəqiq keçən ilki məzunlara möhlet verirler ya yox?.Təşəkkürlər.

Bildiririk ki, 2020-ci ilin məzunu olan çağırış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə 2021-ci ildə keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
Mirsadiq Soruşur Yazılma Tarixi:19.04.2021 17:25:09

Salam may ayinda 18 yasim tamam olur ve kecen ilin mezunuyam . Artiq 9 aydan coxdurki hazirlasiram mohlet huguguda yasli valideyn olanlara ve saglamliginda prablem olanlara verilir bes men ne etmeliyem ?

Bildiririk ki, 2020-ci ilin məzunu olan çağırış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə 2021-ci ildə keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.  
Nurlan Soruşur Yazılma Tarixi:08.04.2021 14:27:16

Salam. Mənim uzağı görmədə -4 miyopum var, əsgərliyə yararlı hesab edilirəmmi?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 34-cü maddəsinin I qrafasının tələblərinə əsasən hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi olan çağırışçılar “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.
Cədvəldə sətir sayı :14897