Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zaminəli Soruşur Yazılma Tarixi:31.03.2021 15:10:01

Suallarıma gec cavab verirsiniz yada heç vermirsiniz. 2 ci partiya Üzrə Düşənlərin siyahısı nə vaxt çıxacaq? Aprelin 21 i əsgər gedirəm. Ama hələ yazılırki çağırışcı tapılmadı

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 22-25 aprel tarixindən etibarən sms vasitəsilə veriləcəkdir. Bununla yanaşı, SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özünüz haqqında məlumatları dəqiq, Xidmətin saytına daxil edərək xidmət edəcəyiniz qoşun növünü dəqiqləşdirə bilərsiniz. Əks halda Xidmətin qeydiyyatda olduğunuz Sabirabad rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Məhəmməd Soruşur Yazılma Tarixi:30.03.2021 20:22:08

Salam. Mən aprelin 5 i çağırışcıyam. Hərbi xidmətə Sərhəd qoşunlarına təyin olunmuşam. Mən öyrənə bilərəm ki hansı bölgəyə təyin olunmuşam?

Salam. Aidiyyəti üzrə Xidmət edəcəyiniz qoşun növünə müraciət edin.
Zaminəli Soruşur Yazılma Tarixi:30.03.2021 08:48:53

Salam Mən Klinikaya Göndərilmişdim Yoxlanışla Bağlı, Adım Çıxmadı Bu Saytda Hara Düşdüyüm ,Və Sms Də Gəlmədi.dedilər 2 ci Partiya Çıxacacaq adın , Bu 2 Ci Partiya Aprelin Neçəsi Çıxacaq? Qeyd edimki 21 Əsgər Gedirəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 22-25 aprel tarixindən etibarən sms vasitəsilə veriləcəkdir. Bununla yanaşı, SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özünüz haqqında məlumatları dəqiq, Xidmətin saytına daxil edərək xidmət edəcəyiniz qoşun növünü dəqiqləşdirə bilərsiniz. Əks halda Xidmətin qeydiyyatda olduğunuz Sabirabad rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Rəmzi Soruşur Yazılma Tarixi:29.03.2021 20:10:21

Salam. 2021 aprel cagiriscisiyam martin 27-si xidmet yerim haqqinda SMS gelmeli idi, ama gelmedi. Bunun haqqinda melumat almaq isteyirem. Həmzəyev Rəmzi Ramiz 01.04.2021 Şirvan

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Şirvan şəhər şöbəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Oqtay Soruşur Yazılma Tarixi:29.03.2021 05:55:50

Mən Türkiyədə ali təhsil pilləsindəyəm.Türkiyənin qanunvericiliyinə uyqun olaraq 4 illik proqramı 7 ilə bitirmək hüququm var. 21.1.5m. əsasən mənim təhsilim 7 ilə bitsə də mənə möhlət verilməlidir? Verilməməlidir sə, səbəbin qanun və maddəsini göstəriniz.

Bildiririk ki, hal-hazırda “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.        Müraciətinizlə əlaqədar bildiririk ki, təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil almağınız barədə arayışı Xidmətin qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməsinə təqdim etdiyiniz halda barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Rəvan Soruşur Yazılma Tarixi:27.03.2021 13:07:38

Salam Mən Aprelin 1 i hərbi xidmətə gedəcəm amma hələ Hara düşmuşəm bilmirəm İnternet səhifəsi hələ yenilənməyib nə zaman yenilənəcək?

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Sabirabad rayon şöbəsinə gec daxil olduğu üçün sizin adınız növbəti sərəncamın verilməsi üçün Xidmətin apartına təqdim ediləcəkdir.
kənan Soruşur Yazılma Tarixi:27.03.2021 11:45:45

herbi xidmetde ferqlenme

Sualınızı daha ətraflı yazın zəhmət olmasa.
Taleh Soruşur Yazılma Tarixi:27.03.2021 04:09:20

Salam. Mənim bədənimdə tattoo var. bunun üçün hər hansisa bir maddə varmı? Əgər bunun üçün hər hansısa bir maddə varsa bunun səbəbini şyrənə bilərəm mi?

Çağırışçılarda döymə (tatuaj) xüsusi qoşun növləri istisna olmaqla digər qoşun növlərində həqiqi hərbi xidmət keçməyə maneçilik törətmir. Xüsusi Qoşun növlərində müddətli həqiqi hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınaraq, bədənlərinin müxtəlif nahiyyələrində tatuaj (döymə) etdirən çağırışçılar “mənəvi-psixoloji durumun” müəyyən edilməsi məqsədi ilə Psixiatriya Xəstəxanalarında stasionar şəraitdə müayinəyə cəlb edilirlər. Əlavə olaraq bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır.
Nail Soruşur Yazılma Tarixi:26.03.2021 01:29:37

Salam. Men döyuş bsşlayanan günden 037 saylı herbi hissədə geydiyatda duşdum ve müharibə bitenekimi könullu iştirak etmiş. Amma herbi biletimde geyd etme diler harada müraciyət edirəm kömek etmirler. Men ne edim?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, barənizdə xidmət etdiyiniz qoşun növü üzrə hərbi hissə komandanlığına və ya aidiyyəti nazirliyə müvafiq sorğu edilməsi üçün hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinə şəxsiyyətinizi təsdiq edən sənədlə şəxsən müraciət etməyiniz məqsədəuyğundur.
Mücahid Soruşur Yazılma Tarixi:24.03.2021 16:14:14

Salam. Məni aprelin 1 ine çağırıblar. Hara düşdüyümü deyə bilərsiz? Ve yaxud bunu nece bilmək olar?

Bildiririk ki, Siz 2021-ci ilin aprel çağırışında müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daxili bölgüsünə əsasən müvafiq saylı hərbi hissəyə təyin edilmisiniz.
Əlavə olaraq bildiriririk ki, SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özünüz haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəyiniz hərbi hissəni dəqiqləşdirə bilərsiniz.
Əks halda Xidmətin qeydiyyatda olduğunuz yerli baş idarə, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897