Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Şahlar Soruşur Yazılma Tarixi:10.02.2021 22:26:19

Mən ibrahimov Şahlar Dağlar oğlu 1993 cü ildə oğuz rayon çaldaş kəndində anadan olmuşam 2011 ci ildə hərbi xidmətdə olmuşam 2013 də təxris olunmuşam 2020 ci ilin sentiyab ayında könüllü olaraq cəbhəyə qarabağ döyüşlərində vuruşmaq üçün yollandım. Müraciətim cənab baş nazirin müharibə iştrakçılarına vetira biletləri verilməsi haqında qararı bilmək istərdim mən müharibə iştrakçısıyam Cəbrayıl Qubadlı Laçın rayonların işğaldan azad olumasında iştrak etmişəm mən vetiran vərəqəsini almaq istiyirəm oğuz rayon icra hakimiyətinə və hərbi komissarlığa müraciət etmişəm müraciətimə heç bir məmur baxmır xaiş edirəm bu məsələdə mənə köməklik edəsiz.öncədən sizə öz dərin təşəkkürümü bildirirəm.

Bildiririk ki, vətəndaşlara “Müharibə veteranı“ adı və vəsiqəsi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il            22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən verilir. Belə ki, yuxarıda göstərilən qanunvericilik aktında əlavə və dəyişiklik olduğu təqdirdə müraciətinizdə qeyd etdiyiniz məsələyə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxılacaqdır.
Ülviyyə Soruşur Yazılma Tarixi:09.02.2021 23:19:36

Mən Novruzova Ülviyyə könüllü olaraq Maxe yazılmaq istəyirəm nə etməliyəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Kənan Soruşur Yazılma Tarixi:07.02.2021 23:01:45

Salam. Mən fizuli,xocevənd cəbrayilda muharibədə olmuşam mənə nə medal nədəki. Veteranliq verilib bunun ücün harasa müraciyət etməliyik? Niə bizə verilmir indi şukur Allaha sağ qaldıq niyə baxilmir?

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb.
Bu kateqoriyadan olan şəxslərin qəbulu və müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq (bazar günü istisna olmaqla) saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76) həyata keçirilir
Toğrul Soruşur Yazılma Tarixi:01.02.2021 12:14:33

Salam aleykum.Mən hərbi xidmətə getmək istiyirəm

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli struktur bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Nurlan Soruşur Yazılma Tarixi:20.01.2021 12:34:53

Salam. Mən hal-hazırda ali təhsil alıram. Hərbi xidmətdə olmuşam. Amma təhsilimi dayandırıb yenidən hərbi xidmətə yollanmaq istəyirəm. Bunun üçün hansı lazımi şərtləri ödəməliyəm? və Xüsusi Təyinatlı Qüvvələrə daxil ola bilərəm mi?

Portala daxil olan müraciətinizə baxılmışdır.         Bildiririk ki, hərbi xidmətə qəbul edilməyinizlə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Rəsul Soruşur Yazılma Tarixi:08.01.2021 23:10:22

Salam Müddətdən artıq hərbi quuluqcu kimi işə qəbul varmı

Qeyd etdiyiniz məsələ ilə əlaqədar hərbi qulluqçunun xidmət keçdiyi qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
https://mod.gov.az/az/news/muddetden-artiq-heqiqi-herbi-xidmet-kecmek-isteyenlerin-nezerine-34403.ht...
Tural Soruşur Yazılma Tarixi:08.01.2021 21:40:31

Salam.fevral ayinda 18 yaşi tamam olmuş şexsler muddetli heqiqi herbi xidmete hansi ayda çağrilillar??

Bildiririk ki, 2021-ci ilin fevral ayında 18 yaşı tamam olan çağırışçılar  2021-ci ilin aprel çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəklər.
Məhəddin Soruşur Yazılma Tarixi:08.01.2021 13:01:36

Salam. 24den asagi cagiriscilarin texris olmasinan bagli bilgi vererdizde. 1997ci ilem. Aileliyem. Bu haqda melumat verediz..

Qeyd etdiyiniz məsələ ilə əlaqədar xidmət keçdiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Rəqsanə Soruşur Yazılma Tarixi:05.01.2021 10:08:39

Salam. 2021 ci il qadınların hərbiyə maxe kimi qəbulu olacaq?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.  
Nurlan Soruşur Yazılma Tarixi:03.01.2021 11:14:35

Salam Mən Dövlət sərhəd xidmətində müddətdən artıq həqiqi hərbi xidmətə başlamaq istəyirəm.Ancaq 2017-ci ildə AR CM-nin 177.1 maddəsi ilə cinayət məhsuliyyətinə cəlb edilmişəm . Daha sonra prokuror və Müstəntiqin razılaşması AR CPM 40.2.2 maddəsilə cinayət işinin icraatına xitam verilmişdir . CM-nin 83.2 ci maddəsinə əsasən məhkumluq sayılmır . Bu mənin Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmətə başlamağıma problem yaradarmı ?

Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3-cü maddəsində ətraflı məlumat əldə edə bilərsiniz. Əlavə olaraq bildiririk ki, sözügedən məsələ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897