Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əli Soruşur Yazılma Tarixi:26.12.2020 13:24:30

Səfərbərlik elan olunaraq çağırılan hərbi qulluqçuların tərxis olunmağı barədə verilən sərəncamda sentyabrın 28 verilən sərəncamla çağırılan hərbi qulluqçuların tərxis olunacağı göstərilir. Bu sərəncam sentyabrın 21-i getmiş şəxslərə də aiddirmi. Aid deyilsə həmin şəxslər nə vaxt tərxis olunacaq?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar hərbi qulluqçunun xidmət keçdiyi qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Vaqif Soruşur Yazılma Tarixi:25.12.2020 21:44:22

Salam herbi xidmet keçmək uçun teyin olunduğumuz yer ne vaxt bilinəcək?

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 dekabr tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Cavidan Soruşur Yazılma Tarixi:25.12.2020 07:49:49

Salam. 2015 ci ildə dsx -dan xestelikle elaqədar təxris olmusam . Tekrar tibbi yoxlamadan kecmisem 2 ay oncə və hələdə cavab Gəlməyib Merkezi hekim komisiyasi ile nece elaqe saxlaya bilerem

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, şəxsiyyətinizi təsdiq edən sənədlə Xidmətin Neftçala rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Emin Soruşur Yazılma Tarixi:22.12.2020 23:34:36

Salam, sualım budur ki, cüzi kəkələməsi olan və yaxudda gözə çarpmayacaq dərəcədə kəkələməsi olan hərbi xidmətə işə və yaxud müddətli həqiqi hərbi xidmətə qəbul oluna bilər?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən nitqin kifayət qədər aydın olmamasına səbəb olan mülayim dərəcədə kəkələmə və digər nitq pozulmaları olan çağırışçılar “Sıradankənar hərbi xidmətə yararlıdır” hesab edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nə əsasən ştat üzrə “zabit” hərbi rütbəsi nəzərdə tutulmuş vəzifələrə hərbi xidmətə könüllü daxil olan və çağırış üzrə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara sağlamlıq vəziyyətinə dair tələblər fərqlidir.
İsmayıl Soruşur Yazılma Tarixi:18.12.2020 02:18:42

Salam menim dostum var olke xaricindedi, Esgerlik cagrlma muddetnden artiq 2 il kecir ve ordaki bezi sened problemlerinden dolayi olkeden cixisinda,hemde indiki pandemiyadan dolayi,cetinlikler var,gelmey isteyir, ama alnimir eyer tezlikle serhedler aclsa ve snedlerni duzeldib gelse hansi ayda esgeliye cagrlacaq meselcun( bildiyniz kimi xususi karantin rejimi 18 yanvar 2021 de bitecek yani yanvar fevral ayinda gelse ne etmelidir? Veya ne zaman esgerliye cagrilacaq

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Əlavə olaraq bildiririk ki, dostunuz yanvar ayının 18-dən sonra respublika ərazisinə gəldiyi halda 2021-ci ilin aprel çağırışına cəlb ediləcəkdir.
Ülvü Soruşur Yazılma Tarixi:17.12.2020 23:00:31

Salam. Men bilmek isteyirem 2 ci Qarabag muharibesinde qismen seferberlikle geden konullu ve cagiriscilara veteranliq verilecekmi...? Hemin sexslere her hansi bir pul mevacibi verilecekmi xidmetde oldugu muddete gore ?

Bildiririk ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq tələb olunan sənədlər (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) əsasında Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Əlavə olaraq, hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara aylıq məvacibin verilməsi Xidmətin səlahiyyətləri xaricindədir. Odur ki, bu şəxslərin qeyd olunan məsələlərlə əlaqədar xidmət keçdikləri müvafiq dövlət orqanına müraciət etmələri məqsədəuyğundur.
Tacir Soruşur Yazılma Tarixi:17.12.2020 19:44:26

Salam mən bu il kollecə daxil olmuşam, əyani formada təhsil alıram, hərbi xidmətə çağırılmışam Yanvarda. Bilmək istəyirəm ki, necə edə bilərəm hərbi xidmətə kolleci bitirdikdən sonra gedim?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Elnur Soruşur Yazılma Tarixi:17.12.2020 17:48:09

Salam size sualim odurki bu oktyabrda muddeti bitmis muddetli herbi qulluqcular ne zaman buraxilacaq?

Bildiririk ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 186-cı maddəsinin tələblərinə əsasən səfərbərlik elan edildikdə: həmin müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər, o cümlədən toplanışlara çağırılmış hərbi vəzifəlilər xüsusi sərəncam alınanadək saxlanılırlar (bu Əsasnamənin 21-ci maddəsi). Hərbi hissələrin heyətləri siyahısından çıxarılmamış hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları barədəki əmrlər, xəstəliklərinə görə istefaya buraxılanlardan başqa ləğv edilir.             Odur ki, qanunla müəyyən edilmiş xidmət müddəti başa çatan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları xüsusi sərəncam verildikdən sonra ehtiyata buraxılacaqlar.
Mehriban Soruşur Yazılma Tarixi:17.12.2020 13:12:06

salam, biz 5ci gün rəis müavinin qəbulunda olmaq istəyirik, elektron müraciyəti goöndərmək mümkün olmadı.Qəbula yazilmaq lazımdi? sumqayıtdan icazəynən gələ bilərik? Məlumat vererdiz zəhmət olmasa

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz  müraciətinizə  tərəfimizdən baxılmışdır.    Hal-hazırda koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar karantin rejimi tətbiq edilməsini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vətəndaşların qəbulunun keçirilməsi müvəqqəti olaraq dayandırılmışdır.                Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid hər hansı bir məsələ ilə bağlı 493-06-52 (9100) Çağrı Mərkəzi, 493-79-14, 493-79-26 telefon nömrələri vasitəsilə “Qaynar xətt”lə əlaqə saxlaya, eləcə də info@seferberlik.gov.az Xidmətin elektron ünvanına müraciət edə bilərsiniz.  
Aslan Soruşur Yazılma Tarixi:16.12.2020 15:07:59

Salam,mən əsqərliyə getməmişəm (Universitet 2-ci kurs),lakin könüllü olaraq ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün qeydiyyata yazılmışdım. Mən vətən uğrunda döyüşlərə çağrıla bilərəmmi? Hətda AKM və Makarov sılahlarını sokməyi və onlardan istifadəni öyrənmişəm.(YouTube mənbəsindən) Təşəkkürlər diqqət ayırdığınız üçün.

Bildiririk ki, səfərbərlik üzrə çağırışa ehtiyatda olan hərbi vəzifəlilər, müddətli həqiqi hərbi xidmətə isə Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar. Təhsilə görə möhləti olan vətəndaşlar möhlət müddəti bitdikdən sonra ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilirlər. Eyni zamanda, təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər.
Cədvəldə sətir sayı :14897