Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
HƏSƏNƏLİ Soruşur Yazılma Tarixi:21.11.2020 16:15:12

Salam mən könülü olaraq qeydiyyatdan keçmişdim. Ama məni çağırmadilar. İndi isə həribdə işləmək istəyirəm..necə edə bilərəm.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Mətanət Soruşur Yazılma Tarixi:19.11.2020 16:20:08

Salam menim yoldasimi ilk seferberlik elan olunannan aparilib .Bizim 1 ovladimiz var mende islemirem ozumde ovladimda talasemiya dasiyicisiyiq .Biz Ucar rayonu yuxari silyan kendinde qeydiyatdayiq .Bize hec bir yardim edilmedi .Men hal hazirda ovladimla Bakida kiraye yasayiram. Seferberliye geden esgerlerimizin ailesine yardim edilmir? Hal hazirda yoldasim esgerlik cekir bes men bu barede kime muraciet edim ucar rayonu yuxari silyan kendinin kend sovetliyine bildirdik muracietimize baxmir usdelik telefonu uzumuze sondurdu .Bes men kime muraciet edim axi?

Sizin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçtuna ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələ Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyəti xaricində olduğu üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etməyiniz tövsiyə olunur.
Nurlan Soruşur Yazılma Tarixi:19.11.2020 16:06:49

Seferberliye cagirilan esgerlere mais verilecek? Eger dovlet isinde islemirse hemen geden esgerede mais verilecek?

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 5.2.6-cı maddəsinə əsasən, səfərbərlik hazırlığı və səfərbərlik tədbirlərinin maliyyələşdirilmə qaydasını və mənbəyini Azərbaycan Respublikasının Nazirlər Kabineti  müəyyən edir.  “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən, səfərbərlik elan olunarkən hərbi xidmətdə olan bütün şəxslər onlar üçün müəyyən edilmiş normada pul və natural təminat saxlanılmaqla xüsusi sərəncam verilənədək hərbi xidmətdə saxlanılırlar (maddə 21). Həmin Əsasnamənin 147-ci maddəsinə əsasən, təlim və yoxlama toplanışlarına çağırılmış hərbi qulluqçular və hərbi vəzifəlilər dövlət hesabına Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş normalara uyğun olaraq pul və natural təminat (və ya pul kompensasiyası) alırlar. Əlavə məlumat almaq üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Toğrul Soruşur Yazılma Tarixi:18.11.2020 20:43:07

Salam.Mən tibbi müayinədən keçmişəm. Barəmdə qəbul olunan qərarın təsdiqi üçün hərbi həkim kamisiyasına nə vaxt göndəriləcəm?

Qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə müraciət etməyiniz məqsədəuyğundur.
Vüsal Soruşur Yazılma Tarixi:18.11.2020 18:38:45

Salam mən xidmət etmək işləmək üçün portaldan qeydiyatdan keçdim ama elektron poçtuma məktub gəlmir ki aktivləşdirəm . Belə halda mən nə edə bilərəm hara müraciət edim sənədlərdən nə lazımdı yaşım 33-dü. Köməklik göstərə bilərsiz?

Müraciətinizi info@seferberlik.gov.az elektron poçtumuza göndərə bilərsiniz.
Tural Soruşur Yazılma Tarixi:16.11.2020 14:47:29

Salam, mene umumvetendas xarici passportlarinin deyisdilmesi ile bagli sizin bas idareden arayis almali oldugum bildirildi. Noyabr ayinin 13 sizin bas idareden mene bildirildiki arayis verilmesi dayanib ve passport alinmasi 16 noyabrdan etibaren evvelki qaydada kecirilecek. Bu gun ASAN xidmet merkezlerinde ise arayis yene teleb olunur.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət və qismən səfərbərlik elan olunması ilə əlaqədar, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və dəyişdirilməsinə məhdudiyyətlər qoyulmuşdur. Mövcud vəziyyəti və Vətən müharibəsinin Azərbaycan Respublikasının qələbəsi ilə başa çatmasını nəzərə alaraq, qeyd olunan məhdudiyyətin aradan qaldırılması məqsədəuyğun hesab edilmiş və bu barədə 12.11.2020-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktub ünvanlanmışdır.           Odur ki, ümumvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi ilə əlaqədar aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
elcan Soruşur Yazılma Tarixi:16.11.2020 12:37:22

salam men 18 yanvar 2003 tevelluduyem bilmek isdeyirem ki 2021 cil ilin yanvar ayinda herbi xidmet vaxtimdir yoxsa 2022 18 yas tamam olduqda herbi xidmet vaxtimdir bunu bilmek isdeyirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə  çağırılırlar. Əlavə olaraq bildiririk ki, 18 yaşı 2021-ci ilin yanvar ayında tamam olan vətəndaşlar həmin ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.
Elgün Soruşur Yazılma Tarixi:15.11.2020 13:07:08

Salam.Mən Nəcəfov Elgün Elniyaz oğlu,2011-ci ildən 2018 ci ilə dək Daxili Qoşunlarda (04.10.2011-ci ildən 16.04.2013-ci ilədək )müddətli həqiqi hərbi xidmət,(16.04.2013-cü ildən 15.08.2018 cil ilədək )Müddətdən Artıq Hərbi xidmət )xidmət etmişəm (31.10.2017 ci ildən-16.05.2018 -ci ilədək)Ağ ciyərin ocaqlı Vərəmi diaqnozu ilə Respublika 1 saylı Vərəm Əlehinə dispanerdə müalicə almışam.Müalicəm bitdikdən sonra məni Daxili Qoşunların Hərbi həkim komisyası Silahlı Qüvvələrə ehtiyyata buraxıb.Lakin sağlamlığıma dəymiş zərərə görə heç bir sğorta və pensiya təyin edilmədi.Səbəb isə mənə qoyulan diaqnoza görə pensiya təyin edilə bilməməsidir.Hal hazırda heç bir şirkətə işə düzələ bilmirəm səbəb isə hərbi biletimin yararsız olamsı və hərbidən mənə qoyulan diaqnozdur.Ailəliyəm 1 uşağım var və kirayədə qalıram.Əgərə mən sağlamamsa diaqnozum yüngüldürsə məni niyə təxris ediblər?Xahiş edirəm mənə bu məsələdə köməklik edəsiniz.

Bildiririk ki, ərizədə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Məcid Soruşur Yazılma Tarixi:13.11.2020 21:40:51

Salam. Men Türkiyədə təhsil alıram ve derslerimle əlaqədər Türkiyeye geri dönmek mecburiyyetindeyem ama pasportumun etibarlıdır vaxtı bitib. Bununla bağlı arayış almalıyam ama men Yevlax rayonuna qeydiyyatdayam ve burada yaşayıram men bu sözü geden arayışı poçt veya email vasitesiyle ala bilerem? Ve neçe gün müddetinde?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət və qismən səfərbərlik elan olunması ilə əlaqədar, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və dəyişdirilməsinə məhdudiyyətlər qoyulmuşdur. Mövcud vəziyyəti və Vətən müharibəsinin Azərbaycan Respublikasının qələbəsi ilə başa çatmasını nəzərə alaraq, qeyd olunan məhdudiyyətin aradan qaldırılması məqsədəuyğun hesab edilmiş və bu barədə 12.11.2020-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktub ünvanlanmışdır.           Odur ki, ümumvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi ilə əlaqədar aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.  
Altay Soruşur Yazılma Tarixi:05.11.2020 21:47:35

Salam. Əgər çağırış müddətində xəstəliyi ilə əlaqədar yararsız olduğundan çağırılmayan çağırışcı. Çağırış müddətindən sonra səhətindən olan qüsur aradan qalxarsa həqiqi hərbi xidmət keçmək üçün növbəti çağırış müddətini gözləməlidir yoxsa səfərbərliyə gedib, təkrar tibbi müayinə keçəndən sonrada gedə bilər?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.  
Cədvəldə sətir sayı :14897