Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kənan Soruşur Yazılma Tarixi:01.12.2020 23:34:30

Salam bilmek isdeyirem ki oktyabrin 9 dan geden ehtiyatda olan zabitler ne vaxt texris olunacaq artiq muharibe demek olar ki bitib helede texris olunmayiblar

Bildiririk ki, “Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.12.2020-ci il tarixli sərəncamına əsasən hərbi xidmətə çağırılmış aşağıda qeyd olunan kateqoriyadan olan hər qulluqçular səfərbərlik üzrə hərbi xidmətdən təxris edilirər:
1. 3 və daha çox uşağı olan;
2. Himayəsində əlilliyi müəyyən edilmiş şəxs;
3. Himayəsində yetkinlk yaşına çatmayan bacısı və qardaşı olan şəxs;
4. Ailənin tək övladı olan; 
5. Ataları və qardaşları döyüş əməliyyatlarında, habelə hərbi     xidmət üzrə vəzifəsinin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;
6. Yaxın qohumları hərbi təxribatlar və Azərbaycan Respublikasını atəşə tutması nəticəsində həlak olmuş şəxs;
7. Əyani təhsil alan. 
Əlavə olaraq bildiririk ki, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 186-cı maddəsinin a bəndinə əsasən səfərbərlik elan edildikdə həmin müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər, o cümlədən toplanışlara çağırılmış hərbi vəzifəlilər xüsusi sərəncam alınanadək saxlanılırlar.

Hüseyn Soruşur Yazılma Tarixi:01.12.2020 19:04:29

Salam. Mənə bildiyim qədəri ilə A-3 kateqoriyası diaqnozu qoydular yoxlanışda. Bu diaqnozun açılımı, mənası nə deməkdir ?

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Amid Soruşur Yazılma Tarixi:01.12.2020 15:16:25

Salam. Men MAHHQ kimi islemisem. Meni 156 E bendi ile isden azad edibler. Men yeniden islemek isteyirem. Cox xahis edirem mene komeklik edesiniz men yeniden isleye bileremmi?

Portala daxil olan müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Qeyd etdiyiniz məsələ ilə bağlı müvafiq qoşun növü üzrə aidiyyəti nazirliyə və ya hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Toğrul Soruşur Yazılma Tarixi:28.11.2020 18:05:21

Salam aleykum. Üç il tamam olmamış təkrar tibbi müayinədən keçmək olar?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 6.3-cü bəndinə əsasən,  hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. 
Abı Soruşur Yazılma Tarixi:27.11.2020 20:40:53

Salam. Sizden yene cox xais edirem bu sualimada cavab yazasiniz. Men vayenkomada neçe aydan sonra yaxinlasmaliyam?

Bu barədə dəqiq məlumatı Xidmətin qeydiyyatda olduğunuz yerli struktur bölməsindən almaq üçün birbaşa həmin idarə, şöbə və ya bölməyə müraciət etməlisiniz. 
Abı Soruşur Yazılma Tarixi:26.11.2020 23:16:43

Salam. Men sual yazmisam yazmisinizki bundan evvelki sualiniza uygun cavabi nezere almaginiz xais olunur. Mene hec bir cavab gelmeyib axi xais edirem sualimi cavablandirasiniz.

Bildiririk ki, Siz 21.07.2020-ci il tarixdə qeydiyyatda olduğunuz Xidmətin Masallı rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Masallı rayon şöbəsinə təqdim edildiyi halda mümkündür. Bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan ehtiyatda olan hərbi vəzifəlilər, barələrində çıxarılmış qərara yenidən baxılması məqsədilə, ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
Rəfiqə Soruşur Yazılma Tarixi:26.11.2020 13:49:10

Salam. Sizdən xahiş edirəm cavablandırasınız. 28 sentyabrdan hal hazırda cəbhədə olan var. Könüllü olaraq müraciət etməmişdi hənmin adam çağırışçı sayılır ya könüllü? Digər sual təxris olunma nə vaxt olacaq?

Portala daxil olan müraciətinizə baxılmışdır.          Bildiririk ki, 28 sentyabr 2020-ci il tarixdə elan olunan qismən səfərbərliyə cəlb olunan şəxslər səfərbərlik üzrə hərbi xidmətə cəlb olunmuş sayılır.           Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinə əsasən səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aiddir. 1 dekabr 2020-ci il tarixdə imzalanan “Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən sərəncamda qeyd olunan kateqoriyadan olan hərbi qulluqçuların səfərbərlik üzrə hərbi xidmətdən tərxis olunmasına əsas verən sənədlər ümumiləşdirilərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmişdir.
Orxan Soruşur Yazılma Tarixi:25.11.2020 23:15:55

Salam seferberliye cagirilan esgerler ne vaxt evlerine qayıdacaqlar.? Menim atam rehmete gedib evdede isleyen qardasim di. Müharibeden evvel cagirildi sentiabirin 27. Getdi ancaq indi bitib muharibe bilmek isteyerdim ne vaxt eve qayıdacaq?

Portala daxil olan müraciətinizə baxılmışdır.        Bildiririk ki, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 13-cü fəsilinin (müharibə dövründə hərbi xidmətkeçmənin xüsusiyyətləri) 186-cı maddəsinin (səfərbərlik elan edildikdə) “a” bəndinə əsasən, həmin müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər, o cümlədən toplanışlara çağırılmış hərbi vəzifəlilər xüsusi sərəncam alınanadək saxlanılırlar.
Abı Soruşur Yazılma Tarixi:25.11.2020 22:23:36

Salam. Sizden xais edirem cavablandirasiniz. Sağlamliğla bağli herbi bileti, dinc dövr üçün yararsiz,muharibe dövrü üçün mehdud yararli olan şexs. Hal hazirda sağlamliği amma tam yerindedir mualice olunub tam sağlamdir yeniden herbi xidmete gede biler? Yararsiz herbi biletde bu il 2020 ci ilin avqustunda teyin olunub. Xais edirem bu haqda melumat veresiniz.

Bundan öncə etdiyiniz müraciətinizə verilmiş cavabı nəzərə almağınız xahiş olunur.
Ceyhun Soruşur Yazılma Tarixi:21.11.2020 22:01:21

Salam mən hərbi xidmətdə olarkən , yaralanmışam. 2-ci qrup əlillik vermişdilər mənə. Bu ay əlilliyim ləğv olunub. Ancaq hərbi biletimdə yararsızdı yazılıb. Onu necə yararlı edim?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə əsasən, əvvəllər “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış ehtiyatda olan vətəndaşların tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün şəhadətləndirilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir. 
Odur ki, qeyd olunan məsələ ilə əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin aidiyyəti struktur bölməsinə müraciət etməyiniz məqsədəuyğundur. 

Cədvəldə sətir sayı :14897