Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hüseyn Soruşur Yazılma Tarixi:07.12.2020 17:08:15

Salam. Mənim 17 yaşım tamamdı gələn il 27iyun 18tamam olur və mən gələn il imtahan verə bilərəm yoxsa imtahanınan buraxmayacaqlar?

Bildiririk ki, 2020-ci ilin məzunu olan çağırış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə 2021-ci ildə keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
AĞASİF Soruşur Yazılma Tarixi:07.12.2020 08:08:13

Salam hal hazırda hərbi xidmətəyəm Ağdamın Quzanlı kəndində səfərbəyliynən çağrılmşam isdərdim bilim nə vaxd təxris olacığ zəhmət olmasa cavablandrardz sualmı

Portala daxil olan müraciətinizə baxılmışdır.      
Bildiririk ki, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 13-cü fəsilinin (müharibə dövründə hərbi xidmətkeçmənin xüsusiyyətləri) 186-cı maddəsinin (səfərbərlik elan edildikdə) “a” bəndinə əsasən, həmin müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər, o cümlədən toplanışlara çağırılmış hərbi vəzifəlilər xüsusi sərəncam alınanadək saxlanılırlar.
Cəfər Soruşur Yazılma Tarixi:07.12.2020 00:36:46

Salam. Mənim ilkin hərbi qeydiyyata alınma vəsiqəmdə müalicəyə ehtiyacı var və maddə 68 yazılıb o nə deməkdir ?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinə “Yastıayaqlılıq və ayağın digər deformasiyaları” aiddir.
Aslan Soruşur Yazılma Tarixi:06.12.2020 12:53:54

Salam,mən 2 kurs tələbəsiyəm,ve SHXÇX-də işləmək istəyirəm,bunun hara müraciət edə bilərəm?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız ilə bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Nail Soruşur Yazılma Tarixi:05.12.2020 13:31:57

Salam, mən hal-hazırda ali təhsil müəssələrinin birində magistraturada oxuyuram. Bilmək istəyirəm mən magistraturanı bitirdikdən sonra hərbiyə necə yazıla bilərəm? Yəni magistraturanı bitirdikdən sonra hərbçi olmaq istəyirəm. Bildiyim qədərilə ali təhsillilər 2 il müddətində hərbi kurs keçərək leytenant rütbəsi alaraq hərbçi işləyə bilir. Mənim belə kursa müraciət etməyim üçün mütləqdir ki, mən magistrdan sonra əsgər gedim və yalnız bundan sonra həmin kursa müraciət edim?

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təşkil ediləcək növbəti “Ehtiyat zabit hazırlığı kursu”nda oxumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli hərbi vəzifəlilər sırasından namizədlər seçilir. Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə müraciət etməlisiniz. Nəzərinizə çatdırırıq ki, SQ TTM-də keçiriləcək “Ehtiyat zabit hazırlığı kursu”nun vaxtı və müddəti Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.  
Nərmin Soruşur Yazılma Tarixi:05.12.2020 12:08:57

Salam. Səfərbərliklə çağrılan çağırışçıların Cənab Prezidentin onların tərxis olunmaları ilə bağlı müvafiq sərəncamında kateqoriyalar göstərilmişdir.Bildirilmişdir ki ilk olaraq bu kateqoriyaya uyğun gələn çağırışçılar buraxılacaq.Bəs bu kateqoriyaya uyğun olmayan çağırışçılar nə zaman buraxılacaq? Bununla bağlı məlumat verməyinizi xahiş edirəm.

    Portala daxil olan müraciətinizə baxılmışdır.     
   Bildiririk ki, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 13-cü fəsilinin (müharibə dövründə hərbi xidmətkeçmənin xüsusiyyətləri) 186-cı maddəsinin (səfərbərlik elan edildikdə) “a” bəndinə əsasən, həmin müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər, o cümlədən toplanışlara çağırılmış hərbi vəzifəlilər xüsusi sərəncam alınanadək saxlanılırlar.
Ziyad Soruşur Yazılma Tarixi:04.12.2020 11:49:09

Salam. Hərbi komissarlıq mənə C kateqoriyası yazıb. C kateqoriyası sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İndiki zamanda Azərbaycan respublikasında müharibə dövrüdür yoxsa sülh?

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin ölkədə qismən Səfərbərlik elan etməsi haqqında  28.09.2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası ərazisində qismən səfərbərlik elan edilmişdir.             Onu da əlavə edirik ki, 10.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı üçtərəfli bəyanata əsasən vətən müharibəsinin başa çatdığı rəsmən elan edilmişdir.
Abı Soruşur Yazılma Tarixi:04.12.2020 02:20:18

Salam.Ali mekteb diplomu olan,boyu 1.67 cekisi 68 kg olan şəxs.Aprel ayinda hərbi xidmete çağirilarken Fövqalada Hallar Nazirliyine düşe biler?Zehmet olmasa cavablandirasiniz.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə aparılır.
Rəvanə Soruşur Yazılma Tarixi:03.12.2020 10:20:17

Əsgər Allahverdiyevin adından.Salam mən 21 sentyabr səfərbərlik xidmətindən orduya cəlb olunmuşam və 27 sentyabr tarixində başlayan vətən müharibəsinin iştirakçısı olmuşam.Hal-hazırda ordu sıralarındayam.Cənab Prezidentimizin 01.11.2020 ci il tarixində imzaladığı bir qrup hərbiçilərin təxris olunması ilə bağlı sərəncamda göstərilən kateqoriyalara aid deyiləm,amma evin tək oğluyam.Bacılarım ailə qurub və ailəni saxlayan mənəm.Atam 2 ci qrup əlildir və ürək xəstəliyindən əziyyət çəkir.Öyrənmək istəyirəm ki,digər hərbiçilərin təxris olunması nəzərdə tutulurmu? Əgər tutulursa bu hansı tarixdə baş tuta bilər?

Portala daxil olan müraciətinizə baxılmışdır.         Bildiririk ki, 1 dekabr 2020-ci il tarixdə “Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” imzalanmışdır. Sərəncama əsasən siz səfərbərlik üzrə hərbi xidmətdən tərxis olunanlar kateqoriyasına daxil deyilsiniz.         “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1 maddəsinə əsasən səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada və müddətdə həyata keçirilir.
Vasif Soruşur Yazılma Tarixi:02.12.2020 00:26:18

Salam .Mənim hərbi biletim həm sulh həm muharibə şəraitinde yararsiz hesab olunur.Xesteliyimlə bağlı ama indi mən tam sağlamam və hərbi xidmətə baş vurub Hərbi xidmətə getmək istəyirəm

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz məqsədəuyğundur.
Cədvəldə sətir sayı :14897