Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
ZƏKƏRİYYƏ Soruşur Yazılma Tarixi:21.10.2020 20:08:24

salam. könüllü herbi xidmete getmek olur bu barədə hansi üzvə müraciyət edək

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. qeyd edirik ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Emil Soruşur Yazılma Tarixi:21.10.2020 20:05:28

Salam Aleykum Men 2013 de Herbi xitmetde olmusam 2 ay ondan sonra texris oldum ve burun çeper xesteliyine göre. Ve Herbi biletime Muharibe dovrunde mehdud yararlı yazilib.Men bu xesteliyimi aradan . Qaldirmisam. Hardasa 15 gün evvel Herbi komisarliga Yaxinlasdim her 3 ilden bir yoxlaniş üçün Bakida Muayineden kecdim Şükür Bİr problem olmadi. Əsgerliye gede bilerem ? Birde ki Muayinenin cavabini nece öğrenim zehmet Olmasa Melumat versez sevinerem.

Portala daxil olan müraciətinizə baxılmış və səhhətinizlə əlaqədar Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxılmanız məlum olmuşdur.
Bildiririk ki, həqiqi hərbi xidmətdən səhhəti ilə əlaqədar ehtiyata buraxılan hərbi vəzifəlilərin yenidən müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əlavə məlumat üçün Xidmətin Lənkaran rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.  

Mayıl Soruşur Yazılma Tarixi:21.10.2020 19:30:24

Salam.Torpaqlarimizi işğaldan azad etmək üçün gedən döyüşlərdə iştirak etmək istəyirəm.

           Daxil olan müraciətiniz üçün təşəkkür edirik.            Bildiririk ki, ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar ilk növbədə mövcud qanunvericiliyin tələblərinə əsasən (yaş kateqoriyası, qoşun növü, vəzifəsi və s.) nəzərə alınmaqla hərbi vəzifəlilərin səfərbərliklə hərbi xidmətə çağırılması həyata keçirilir.             Könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyən   vətəndaşlar   www.seferberlik.gov.az  saytında  (https://exidmet.seferberlik.gov.az/Volunteer/Service) keçid vasitəsilə və ya yaşadıqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşların şəxsi məlumatları qeydə alınır və zərurət yarandığı halda ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeydiyyata alındığı Xidmətin yerli idarə, şöbə və ya bölməsi tərəfindən çağırılaraq müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Elşən Soruşur Yazılma Tarixi:21.10.2020 18:49:21

Salam.Mən hərbi xidmətə yararsızam amma Həqiqi Hərbi Xidmətə getmək istəyirəm.Bunun üçün hara müraciət etməliyəm ?

Məlum olmuşdur ki, 2020-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Qaradağ rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, səhhətiniz ilə əlaqədar ET Hemotologiya və Transfuziologiya institutuna əlavə müayinəyə göndərilmisiniz.
Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” qeydiyyatda olduğunuz Qaradağ rayon şöbəsinə daxil olduqdan sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.

Səbuhi Soruşur Yazılma Tarixi:21.10.2020 18:36:06

Salam. Mən bir neçə dəfə könüllü olaraq müraciət etmişəm amma hələdə bir xəbər yoxdur.1983 təvəllüdəm fiziki cəhətdən tam sağlamam.

           Daxil olan müraciətiniz üçün təşəkkür edirik.            Bildiririk ki, ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar ilk növbədə mövcud qanunvericiliyin tələblərinə əsasən (yaş kateqoriyası, qoşun növü, vəzifəsi və s.) nəzərə alınmaqla hərbi vəzifəlilərin səfərbərliklə hərbi xidmətə çağırılması həyata keçirilir.             Könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyən   vətəndaşlar   www.seferberlik.gov.az  saytında  (https://exidmet.seferberlik.gov.az/Volunteer/Service) keçid vasitəsilə və ya yaşadıqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşların şəxsi məlumatları qeydə alınır və zərurət yarandığı halda ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeydiyyata alındığı Xidmətin yerli idarə, şöbə və ya bölməsi tərəfindən çağırılaraq müvafiq tədbirlərə cəlb edilə bilərlər.
elməddin Soruşur Yazılma Tarixi:21.10.2020 17:54:11

Salam.Mən könüllü olaraq döyüşlərə qatılmaq üçün bir neçə dəfə müraciət etmişəm.Ancaq çağırış gəlməyib.Torpaqlarimizi işğaldan azad etmək üçün gedən döyüşlərdə iştirak etmək istəyirəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır.            Daxil olan müraciətiniz üçün təşəkkür edirik.            Bildiririk ki, ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar ilk növbədə mövcud qanunvericiliyin tələblərinə əsasən (yaş kateqoriyası, qoşun növü, vəzifəsi və s.) nəzərə alınmaqla hərbi vəzifəlilərin səfərbərliklə hərbi xidmətə çağırılması həyata keçirilir.             Könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyən   vətəndaşlar   www.seferberlik.gov.az  saytında  (https://exidmet.seferberlik.gov.az/Volunteer/Service) keçid vasitəsilə və ya yaşadıqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşların şəxsi məlumatları qeydə alınır və zərurət yarandığı halda ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeydiyyata alındığı Xidmətin yerli idarə, şöbə və ya bölməsi tərəfindən çağırılaraq müvafiq tədbirlərə cəlb edilə bilərlər.
elməddin Soruşur Yazılma Tarixi:21.10.2020 17:53:39

Ayxan Soruşur Yazılma Tarixi:21.10.2020 12:06:07

cox xays edrəm muracyət etmədiyim orqan qalmayib her gösterilen yerdən könülü olaraq qeydiyatdan keçmişəm ama daxili qoşunlarda xidmət etdiyim üçün məni döyüşlərə aparmlar mən neynəməliyəm xayü edrəm bir yol göstərin məndə gedib vətənimi qoruyaraq borcumu qaytarım.könülü olaraq qeydiyatdan keçmşəm əlaqə nömrəm 0555638027 xayş edrəm mənidə çağırın

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.         Bildiririk ki, səfərbərliklə bağlı könüllü müraciət edilənlərin siyahısında adınız qeyd edilmişdir. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərə cəlb ediləcəksiniz.  
Zaur Soruşur Yazılma Tarixi:20.10.2020 17:58:37

Salam. Cəbhəyə getmək üçün könüllü yazılmışam. Hərbi xidmətə yararlıyam. Universiteti dondurmağ üçün getdim. Ordan bildirdilərki dondurmağ(akademik məzuniyyət) üçün gərəy çağırış gəlsin sənə. Ancağ çıxa biləcəymi dedilər. Məndə universitetdən çıxmağa hazıram. Ərizəmidə yazmışam artığ. Ancağ deyirlərki 6 ay möhlətin olacağ. Həmin 6 ay möhləti ləğv etmək üçün hara ərizə yazmalıyam? Xaiş edirəm kömək edin.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun  21-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Ziya Soruşur Yazılma Tarixi:20.10.2020 17:19:52

Salam. Mən, torpaqlarızın azad olması üçün döyüşlərə qöşulmaq istəyirəm. Qeydiyyatdan keçmişəm. Ərazilərimizi tam azad etdikdən sonra, Əskər olaraq, nəqədər ordumuzda qalmalıyam.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.
           Daxil olan müraciətiniz üçün təşəkkür edirik.
           Bildiririk ki, ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar ilk növbədə mövcud qanunvericiliyin tələblərinə əsasən (yaş kateqoriyası, qoşun növü, vəzifəsi və s. nəzərə alınmaqla) hərbi vəzifəlilərin səfərbərliklə hərbi xidmətə çağırılması həyata keçirilir.
Könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyən   vətəndaşlar   www.seferberlik.gov.az  saytında  (https://exidmet.seferberlik.
gov.az/Volunteer/Service) keçid vasitəsilə və ya yaşadıqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşların şəxsi məlumatları qeydə alınır və zərurət yarandığı halda ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeydiyyata alındığı Xidmətin yerli idarə, şöbə və ya bölməsi tərəfindən çağırılaraq müvafiq tədbirlərə cəlb edilə bilərlər.
          Əlavə olaraq bildiririk ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən yalnız bağlaşma əsasında hərbi xidmətə qəbul edilə bilərlər.

Cədvəldə sətir sayı :14897