Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İbrahim Soruşur Yazılma Tarixi:19.07.2020 15:05:24

Salam mən iyul çağırışçısıydım təzyiq prablemi vardı yuxarı təyziq 160 aşığı təyziq 90 olanda əsgərliyə yararlı sayılıram ?

Bildiririk ki, “Arterial təzyiqin yüksəlmiş. (sakit vəziyyətfə: sitolik təzyiqin 160-dan 179 mm civə sütununa qədər, distolik təzyiqin 95-dən 104 mm civə sütununa qədər yüksəlməsi) göstəriciləri ilə I (birinci) dərəcəli hipertoniya” xəstəliyi olan çağırışçılar Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Nuriyyə Soruşur Yazılma Tarixi:19.07.2020 13:53:26

Salam. Hərbi Xidmətə Çağırılmış əsgərlərimiz niyə karantin rejiminde 15gün saxlamadılar.Bəlkə onların içində covid-19 virusuna yoluxmuş xəstələr vardı. Analiz belə edilmədən bir başa hərbi xidmətə göndərilə bilərmi?

Pandemiya dövründə ölkəmizdə tətbiq olunan qayda və təlimatların icra təcrübəsi nəzərə alınaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə göndərilən vətəndaşlardan, hərbi hissələr tərəfindən qəbulun 1-ci günündə burun-udlaq nahiyəsindən nümunələrin götürülməsi və TƏBİB tərəfindən koordinasiya edilən laboratoriyalara göndərilməsi, o cümlədən qəbul olunan yeni heyətin ayrı və yaxud təcrid olunmuş binada 14 gün müddətinə karantin rejimində izoliyasiya edilməsi və test cavablarının nəticələrinə uyğun olaraq, şübhəlilərin müvafiq qaydada mobilizasiyası aparılır.
Kamran Soruşur Yazılma Tarixi:19.07.2020 11:08:18

Salam. Mən könüllü olaraq ön cəbhədə xidmət etmək istəyirəm. Lakin burada qeydiyyat bölməsini tapa bilmirəm. Zəhmət olmasa qeydiyyat linkini qeyd etdiyim E-mail ünvanıma göndərə bilərsiz?

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
NİZAMİ Soruşur Yazılma Tarixi:19.07.2020 03:24:02

Salam seferberlik üçün ve Azerbaycanın bütövluyu üçün mende çağrın keşfiyatda olmuşam

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
Tural Soruşur Yazılma Tarixi:19.07.2020 02:08:43

Salam. Mene hərbi xidmətə çağırış iyulun 20 ə verilib. Mən bilmək istəyirəm ki hansı hərbi hissəyə təyin olunduğum 20ə kimi bilinəcək?

Bildiririk ki, 20.07.2020-ci il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
İsmayıl Soruşur Yazılma Tarixi:19.07.2020 00:18:08

Mənim Milli Təhlükəsizlik Nazirliyinin mühafizə taborunda xidmət etməyim könüllü olaraq döyüşlərdə xidmət etmək istəməmə problem yaratmaz ki?

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
Eltac Soruşur Yazılma Tarixi:19.07.2020 00:11:24

Salam, mən iyul çağırışçıyam ,lakin hələ mənə sms gəlməyib , bilmək isdəyirəm sms nə vaxt gələcək?

Bildiririk ki, 20.07.2020-ci il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Nurlan Soruşur Yazılma Tarixi:18.07.2020 17:36:42

Salam. Men Aprel priziviyem Hərbi Həkim Ekspertizisiyasından keçdim. Yoxlanışdan sonra göndərdilər evə sənə Xəbər verəcəklər dedi.indi mən yararlı sayılıram ya yararsız?

Bildiririk ki, Sizin barənizdə yekun qərarın qəbul edilməsi üçün şəxsi işiniz Xidmətin Göyçay rayon şöbəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına təqdim olunub. Şəhadətləndirilmənin nəticəsinə uyğun olaraq, Sizin müddətli həqiqi hərbi xidmətə  yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin Xəstəliklər cədvəlinin I qrafasının tələblərinə əsasən qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Qənaət Soruşur Yazılma Tarixi:18.07.2020 15:37:10

Hərbi xidməti keçdiyim yeri bilmək istəyirəm

Bildiririk ki, 20.07.2020-ci il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Amid Soruşur Yazılma Tarixi:18.07.2020 15:35:10

salam mən Təcili Tibbi Yardımda sürücü işləyirəm könüllülərə yazılsam müharibəyə getsəm əgər salamatçılıq olub ölməyib qayıtsam öz işimə avtomatik geri götürəcəklərmi yoxsa sonra işsiz qalıb yer boşalmagını gözləyəcəm?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 52.1-ci maddəsinə əsasən, toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz. Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir. Həmin Qanununun 52.2-ci maddəsinə uyğun olaraq, toplanış dövründə xəstələnmiş hərbi vəzifəlinin iş yeri (vəzifəsi) müalicə müddəti ərzində saxlanılır, ona Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada müavinət ödənilir.
Cədvəldə sətir sayı :14506