Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elzamin Soruşur Yazılma Tarixi:16.12.2020 10:51:00

Salam,mənim sualım odur ki, mənim yaxın qohumum 2-ci Qarabağ müharibəsinə könüllü gedib.Hal-hazırda Allaha şükür ki, qələbə xəbərini eşitdik.Könüllü olaraq Vətən müharibəsinə gedənlər nə vaxt geri qayıdacaqlar?

Bildiririk ki, “bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.12.2020-ci il tarixli sərəncamına əsasən hərbi xidmətə çağırılmış aşağıda qeyd olunan kateqoriyadan olan hərbi qulluqçular səfərbərlik üzrə hərbi xidmətdən təxris edilirər: 1. üç və ya daha çox uşağı olan; 2. himayəsində I dərəcəli əlilliyi müəyyən edilmiş şəxs olan; 3. himayəsində yetkinlk yaşına çatmayan bacısı və ya qardaşı olan; 4. ailənin tək övladı olan; 5. ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş; 6. döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan; 7. yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş; 8. əyani təhsil alan. Əlavə olaraq bildiririk ki, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 186-cı maddəsinin “a” bəndinə əsasən səfərbərlik elan edildikdə həmin müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər, o cümlədən toplanışlara çağırılmış hərbi vəzifəlilər xüsusi sərəncam alınanadək saxlanılırlar.  
Qədir Soruşur Yazılma Tarixi:15.12.2020 17:52:46

Salam. Oktyabr ayında xidmət müddəti bitmiş müddətli hərbi xidmət edən hərbi qulluqçuların tərxis olunması ilə bağlı cənab prezidentin sərəncamı var idi. Hərbi vəziyyətə görə həmin sərəncam dondurulmuş hesab olunurdu. Bəs niyə hərbi vəziyyət bitdikdən sonra sərəncam avtomatik qüvvəyə minmir?

Bildiririk ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 186-cı maddəsinin tələblərinə əsasən səfərbərlik elan edildikdə: həmin müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər, o cümlədən toplanışlara çağırılmış hərbi vəzifəlilər xüsusi sərəncam alınanadək saxlanılırlar (bu Əsasnamənin 21-ci maddəsi). Hərbi hissələrin heyətləri siyahısından çıxarılmamış hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları barədəki əmrlər, xəstəliklərinə görə istefaya buraxılanlardan başqa ləğv edilir.             Odur ki, qanunla müəyyən edilmiş xidmət müddəti başa çatan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları xüsusi sərəncam verildikdən sonra ehtiyata buraxılacaqlar.
Nail Soruşur Yazılma Tarixi:14.12.2020 13:42:07

Mənim də sualımı cavablandırardız zəhmət olmasa.

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təşkil ediləcək növbəti “Ehtiyat zabit hazırlığı kursu”nda oxumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli hərbi vəzifəlilər sırasından namizədlər seçilir. Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə müraciət etməlisiniz. Nəzərinizə çatdırırıq ki, SQ TTM-də keçiriləcək “Ehtiyat zabit hazırlığı kursu”nun vaxtı və müddəti Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.   
İbrahim Soruşur Yazılma Tarixi:14.12.2020 12:18:00

Zəhmət olmasa sualımı cavablandırardınız.

Məlumat üçün bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda, təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər.  
Ayxan Soruşur Yazılma Tarixi:12.12.2020 21:46:03

Salam mən könülü olaraq ordu sralarna daxil olmaq isdəyrəm.ama DG xidmət etdiyim üçün məni qarabağ uğrnda gedən döyşlərə çağrlmadm.məndə öz börcmu qaytarmaq istəyrəm

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
İbrahim Soruşur Yazılma Tarixi:12.12.2020 12:48:20

Salam mənim 20 yaşım var universitetdə oxuyuram. Sualım odur ki, mən Universiteti dondursam və ya universitetdən çıxsam nə vaxta çağrılacam hərbi xidmətə? Məsələn Aprel ayı Çağrışı üçün Universitetdən nə vaxt çıxmalıyam? Çünki hərbiyə getmək istəyirəm. Əvvəlcədən təşəkkürlər.

Bildiririk ki, Siz oxuduğunuz təhsil müəssisəsindən xaric olunmağınız barədə sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.          Məlumat üçün bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
İsmayıl Soruşur Yazılma Tarixi:12.12.2020 11:51:57

salam mən konullu xidmete yazilmişdim. ehtiyyatda olan baş leytinant. sonra mene cagri mərkəzindən sms gələrək bildirildiki yaşadığınız ünvanda SHXÇDX-ya gedib qeydiyyata duşmək tələb olundu. lakin qeydiyyata düşşəm də çağırılacağımı bildirsələrdə çağırılmadım. Sualım odur ki men yenidən ordu sıralarına daxil olub xidmətimi davam etdirmək üçün hara müraciət etməliyəm. 20.11.1980-cı ildə Tərtər şəhərində anadan olmuşam.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar qəbul edilirlər.
Odur ki, qeyd etdiyiniz  məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Famil Soruşur Yazılma Tarixi:10.12.2020 19:18:55

Salam. BDU-nu bitirmişəm. SHXCX-də işləmək istəyirəm. 26 yaşım var. Hərbi xidmətdə olmuşam. İşə qəbul necə həyata keçirilir? Test mərhələsi olubmu? Zəhmət olmasa ətraflı məlumat verin.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müddətli həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə (test imtahanı) və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə işə qəbul oluna bilərlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla bağlı müraciət etmiş vətəndaşlar müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçdikdən sonra ixtisaslarına uyğun vakant vəzifələrə yaşadıqları şəhər (rayon) üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə işə qəbul olunurlar. Məlumat üçün bildiririk ki, test imtahanında ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Həmin alt bölümə özünüz barədə daxil etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı müraciətinizə baxıla bilər.
İbrahim Soruşur Yazılma Tarixi:09.12.2020 15:35:32

Salam Mənim belə bir sualım var. Mən Universitetdən azad edilsəm və ya Universitetdən çıxsam, nə vaxt çağrılıram həqiqi hərbi xidmətə?

Bildiririk ki, Siz oxuduğunuz təhsil müəssisəsindən xaric olunmağınız barədə sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.          Məlumat üçün bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Elmidar Soruşur Yazılma Tarixi:08.12.2020 16:34:36

Salam.Mən hərbi xidmətdə olmaq üçün dəfələrlə müraciət etmişəm, amma nəticə cixmiyib. Mən tam saglamam və, hərbi xidmətə haziram xahiş edirəm müraciətimə cavab verəsiniz

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər yalnız hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Cədvəldə sətir sayı :14897