Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Siruz Soruşur Yazılma Tarixi:03.03.2021 22:59:02

ailə vəziyyəti ilə əlaqədar möhlət hüququnun verilməsi üçün zəruri olan sənədlərin siyahısını qeyd edin zəhmət olmasa. əlavə edim ki, 3 uşağa görə.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən himayəsində 3 və daha çox uşaq olan çağırışçılara həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət  verilir. Müddətli həqiqi hərbi  xidmətə çağırışa ailə vəziyyətinə görə möhlət verilməsi üçün çağırışçıların ailə vəziyyəti bu məqsədlə yaradılmış komissiya tərəfindən yoxlanılmalı və aşağıdakı sənədlər təqdim edilməlidir:   1.ailə tərkibi haqqında arayış; 2.uşaqların sağlamlığı haqqında arayış; 3.nigah haqqında sənəd; 4.şəxsiyyət vəsiqələrinin surəti; 5.uşaqların doğum haqqında şəhadətnaməsinin surəti;
Murad Soruşur Yazılma Tarixi:03.03.2021 17:52:28

Salam Men universitet bitirenden sonra Müddətli həqiqi hərbi xidmete getdikdən sonra TTM-i bitirib DTX-da zabit (leytenant ) kimi işləyə bilərəmmi?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə xidmət keçmək istədiyiniz quruma müraciət etməyiniz məqsədəuyğundur. 
Mikayıl Soruşur Yazılma Tarixi:01.03.2021 01:33:20

Salam. Bağışlayın narahat etdim mənim 17 yaşım var.Iyun ayının 1 də 18 olacaq mən Moskvaya gedə 2-3 aylıq bilərəm? Hərbi xidmət üçün soruşdum.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinin tələblərinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər. Əlavə olaraq bildiririk ki, 2021-ci ilin iyun ayında 18 yaşı tamam olan çağırışçılar  2021-ci ilin iyul çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəklər.
Taleh Soruşur Yazılma Tarixi:22.02.2021 00:38:04

Salam mən Türkiyədə magistratura oxuyuram bəzi problemlərə görə universiteti dondurmaq istəyirəm möhlət hüququm iyula qədərdir necə edim ki iyulda yox apreldə gedim əsgərə?

Bildiririk ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ın 5.1.1-ci bəndinin tələblərinə əsasən tələbələrə müddətli həqiqi hərbi xidmətə çağırıldıqlarına görə akademik məzuniyyət verilir.
Sabir Soruşur Yazılma Tarixi:21.02.2021 18:26:53

Salam, men Almaniyada magistr tehsili almaga gedirem, Aprelin 1 dersler baslayir. Herbiden narahat edirler. Men hansi dakument teqdim elemeliyem ki mene mohlet verilsin? Tesekkur edirem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Buna görə də xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını Xidmətin qeydiyyatda olduqları yerli baş idarə, idarə, şöbə və bölmələrinə şəxsən təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul edilə bilər.
Rəvan Soruşur Yazılma Tarixi:19.02.2021 16:01:40

Salam, Türkiyədə Bartın üniversitetine daxil olmuşam. Hazırlıq oxumaq istəyirəm ancaq Üniversitet tərəfindən verilen hərbi xidmətdə möhlət şəhadətnaməsi keçərliliyi var?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Buna görə də xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını Xidmətin qeydiyyatda olduqları yerli baş idarə, idarə, şöbə və bölmələrinə şəxsən təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul edilə bilər.
Tamerlan Soruşur Yazılma Tarixi:18.02.2021 21:23:48

Həqiqi hərbi xidmətə çağırış üzrə fiziki normativ çəki nəqədər olmalıdır?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və (və ya) bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Şaban Soruşur Yazılma Tarixi:17.02.2021 06:00:35

Salam. Asan xidmətdən ümumvətəndaş pasportu almaq istəyirəm. Zəruri olan sənədlərin siyahısında 18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli var. Bəli universitet tələbəsi olduğumdan müvəqqəti olaraq hərbi mükəlləfiyyətdən azad edilmişəm. Və yenə, universitetdə oxuduğumdan hazırda qeydiyyatda olduğum rayonda (Zaqatala r.) deyil, Bakı şəhərində yaşayıram. Bilmək istəyirdim ki, bu sənədi rayona getmədən elə Bakıda, hərhansı əlaqədar qurumdan almaq mümkündür mü?

Ümumvətəndaş pasportu almaq və ya dəyişdirmək üçün şəxsiyyətinizi təsdiq edən sənədin və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənizin əsli ilə "ASAN xidmət" mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur. 
Tural Soruşur Yazılma Tarixi:11.02.2021 21:49:29

Salam dinc dovrde yararsiz muharibe dovrundede yararsiz bainkomata 3 ilden bir cagirilacaq yoxsa omurlukdur

Daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz məqsədəuyğundur.
Sərxan Soruşur Yazılma Tarixi:11.02.2021 21:27:35

Dizimdə hərəkətlərimi qismən qısıtlayan bir şişkinlik var. Bu problemin mənim çağırışıma təsiri olacağdır mı? Hərbi xidmət üçün ilk yoxlanışım zamanı yararsız deyildi və xəstəxanaya göndərildim. Problemimlə marağlanan həkim yararsız olduğumu bildirmişdir. Daha ətraflı məlumat almaq üçün sizə buradan müraciət etməyi uyğun gördüm. Diqqətinizə görə təşəkkürlər.

Məlum olmuşdur ki, Siz Xidmətin Şəmkir rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar dövlət tibb müəssisəsinə müayinəyə göndərilməniz məqsədəuyğun hesab edilmişdir. Müayinənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14897