Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elnur Soruşur Yazılma Tarixi:05.05.2020 17:55:06

Salam mənə həqiqi hərbi xidmət keçəcəyim qoşun novu barəsində bildiriş gəldi və elektron xidmətlər bölməsindən yararlanaraq hansi hərbi hissədə xidmət keçəcəyim haqqda məlumat ala biləcəyim yazilmişdi lakin elektron xidmətlər bolməsindən axtariş etdiyim halda məlumatlara uyğun çağırışçı tapilmadi yazısı yazılır başqa necə məlumat ala bilərəm

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Sənan Soruşur Yazılma Tarixi:05.05.2020 17:12:30

Salam Mən komissiyalardan keçmişəm bilmek istirem yararliyam ya yox ve herbi xidmet edeceyim yeri bilmek istirem

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Emin Soruşur Yazılma Tarixi:04.05.2020 23:40:20

Salam men 1 il 6 aydiki 3 aydan bir vaynkomat cagirir yoxlayir diwim olmadiqindan otru esger aparmirlar 2020ci il mart ayinda diwlerimi duzeltdirdim cagirdilar semaşkaya yolladilar yoxlaniwdan kecdim.indi bilmek isdiyiremki men yararliyam ya yox

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Qoşqar Soruşur Yazılma Tarixi:04.05.2020 11:39:34

Salam men xestleikler cedvelinin necenci bendiynen herbiye yarasiz sayilmişam?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə adınız, soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Nurdan Soruşur Yazılma Tarixi:04.05.2020 11:36:53

Yeni bilmek isterdimki meni nie cagirmirlar herbi xidmete

Bildiririk ki, təyin olunduğunuz hərbi hissə barədə sms vasitəsilə məlumatlandırılacaq və 2020-ci ilin may ayının 31-dək müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqsınız. 
Nurdan Soruşur Yazılma Tarixi:04.05.2020 11:16:58

Salam men agdam qeydiyatindayam mingecevirde yasayiram men agdam vaenkamatinda yoxlanisdan kecmisem meni mastagaya yazdi cagirsa gore ordada yatdim 1 gun 82 nen yararli yazdi mene indi mene deyen yoxdu esgere gedecem yoxsa yox

Bildiririk ki, təyin olunduğunuz hərbi hissə barədə sms vasitəsilə məlumatlandırılacaq və 2020-ci ilin may ayının 31-dək müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqsınız. 
Nahid Soruşur Yazılma Tarixi:03.05.2020 15:44:59

Salam mənim 18 yaşım tamam olub . Amma kollec tələbəsiyəm 9 dan çıxıb kollecə getdim və 3 cü kursam hal hazırda. Oxuyub qutarıb elə getmək istəyirəm . Vaynkamat mənə demişdi ki oxuduğun yerdən arayış gətir 1 il möhlət verək. İndi virusla bağlı kollec işləmir yəni arayış ala bilmiyəcəm bu zaman mən xidmətə gedəcəm ?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 25.07.2014-cü il tarixli 65 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili və aparılması qaydaları haqqında Müvəqqəti Təlimat”ın müvafiq bəndinə əsasən, vətəndaşlara təhsilini davam etdirmək üçün çağırışdan möhlət verilməsi haqqında qərar çağırış komissiyaları tərəfindən təhsil müəssisələrinin verdiyi arayış (Forma № 10) əsasında qəbul olunur. Əlavə olaraq qeyd edirik ki, təhsilini davam etdirmək üçün çağırışdan möhlət hüququ verilmiş çağırışçılar hər il oktyabr ayının 1-nə qədər şəxsən Xidmətin idarə, şöbə və bölmələrinə təhsillərini davam etdirmələri haqqında arayış təqdim etməlidirlər.
Rəsul Soruşur Yazılma Tarixi:03.05.2020 03:29:39

Salam. Bu il kolleci bitirirəm. İyul ayında hərbi xidmətə çağırılacağımı bilirəm. Sinif yoldaşımda həmin vaxtda hərbi xidmətə gedəcək. Ona çağırış gəlib amma mənə yox. Bunu necə maraqlana bilərəm?

Bildiririk  ki, Sizə təhsilə görə verilmiş möhlət müddəti bitdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Balabəy Soruşur Yazılma Tarixi:03.05.2020 00:04:10

Salam boğazda zob varsa endokrin pozulma baş vermirse esger aparirlar 13 -c 47 a madesi ile

Çağırışçılarda “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları” və “Qan dövranı sistemi xəstəlikləri” üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.
Nail Soruşur Yazılma Tarixi:02.05.2020 23:08:33

Salam men hərbi xidmətə çağırılmışam yoxlanış neçə dəfə olunur onu bilmək istəyirəm

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :13946