Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mustafa Soruşur Yazılma Tarixi:10.06.2021 12:17:11

Salam her vaxtiniz xeyr Sualim bundan ibaretdir. Men 2015 ci ilde Turkuyede Osmaniye şeheri Korkut Ata Universtetinde ali tehsil almağa başlamışam ve her il universtetden senedimi Qazax rayon herbi çağırış menteqesine teqdim etmişem ve 2015den mene 4 illik ali tehsil mohleti veribler indi ise menm Universtetim 1 daha uzandı . Təhsil aldığım universtet 8 illik haqq verir mene ve bu 8 il içinde men univertetde derslerimin hamsin verb ele mezun ola bilerem sozum bunda deyil. Indi menm derslermin bitmesi avgust ayınin sonlarına temas edir ve Qazax Rayon herbi çağırış menteqesi bu avgust ayina qeder mene mohlet tanımır universteti bitirmeden herbi xidmete goturmeye cehd edirler. Mən 8 ay evvel pandemiya zamani artiq Turkyede is yerleri baglandiginda Azerbaycana geldim ve geldiyimde Herbi Çağırış menteqesine teqdim etmeye Universretden sened aldım apostil etdirdim Valilikde ve bu senedi teqdim etmeyime baxmayaraq yenede mene mohlet vermirler . Verdikleri Cavab budu bura Azerbaycandi Azerbaycanda 4il mohlet verirler 4 ilin bitdi herbi xidmete getmelisen bunu mende bilirem ve qaçmıram yayinmıramda sadece yolun sonuna gelmişem burda son 3 ay qalb unin bitmesine Ve onuda demek isteyirem ki menmle eyni Universtetde Ali Tehsil alan Azerbaycan vetendaşlı telebeler var ve 7 ci 8 ci illerini oxuyurlar Universtetden uzatdıqlarina dair sened alıb Bakıda Qubada Sumqaytda Herbi çağırış menteqelerine teqdim edirler ve heç bir problem yaşamırlar bir men yaşayıram Qazax Rayon Herbi Çağırış menteqesinde sizden xahişim mene bu probleme dair bir melumat veresiz ve mende bunu Qazax Rayon Herbi Çağırış menteqesine teqdim edim çox şağolun

Bildiririk ki, ödənilməmiş akademik kreditləri olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Tural Soruşur Yazılma Tarixi:09.06.2021 20:37:27

salam mən 2020 iyul çağırışçısıyam. diaqnozum haqqında məlumat almaq istəyirəm. Suraxanı rayonu

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar təsdiq olduğu üçün, Siz S/X-632517 nömrəli hərbi biletlə təmin olunmusunuz.
Rəşad Soruşur Yazılma Tarixi:09.06.2021 12:38:55

Salam. Mən bir məsələni aydınlaşdırmaq üçün sizə müraciət edirəm. Bakalavr dərəcəsini bu il bitirirəm və çağırışçıyam. İyul ayının 3 ü üçün çağırış vərəqəm verilmişdir. Amma mən Polşadan magistr dərəcəsi üçün şərti qəbul almışam. Tam qəbul almaq üçünsə Bakalavr dərəcəsini bitirməyim təsdiq olmalıdır, bununla bağlı Sərəncam çıxmalıdır. Universitetin mənə verdiyi məlumata görə hal-hazır ki şəraitdə universiteti bitirməyimin sərəncamı iyul ayında veriləcəkdir. Daha sonra mən həmin sərəncamı Polşa universitetinə təqdim edib tam qəbul alacam. Amma Sumqayıt Hərbi Komissarlığından mənə bildirilir ki biz sizə möhlət verə bilmərik. Şərti qəbulu qəbul etmirlər. Magistr dərəcəsi üçün qəbul almışam və təhsil almaq mənim haqqımdır. Nəyə görə tam qəbulu təqdim etməyim üçün möhlət verilmir ki mənə? Zəhmət olmasa bu sualları cavablandırardız və mənə nə edə biləcəyimlə bağlı məlumat verərdiz. Təşəkkür edirəm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Bunun üçün xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli baş idarə, idarə, şöbə və bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Rauf Soruşur Yazılma Tarixi:08.06.2021 21:53:05

18 yaşı iyulun 9-da tamam olan Vətəndaşlara Dövlət imtahanında iştirak icazə verilirmi?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır.    Bildiririk ki, 2020-ci ilin məzunu olan çağırış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə növbəti ildə keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
Kənan Soruşur Yazılma Tarixi:08.06.2021 19:38:48

Salam mən 01.07.2021-ci il çağrişcısıyam.Təhsilimi Avropada davam elətdirmək istəyirəm və Çexiyada universitetlərdən birindən tam qəbul sənədi almışam.Lakin qeydiyatda olduğum vaenkomat həmin sənədi şərti qəbul hesab edərək qəbul etmir.Mənim 4 cü kursu tam şəkildə bitirib diplomu almadıgımı və ona görə onlara istədikləri sənədi verə bilməyəcəyimi başa salmagıma baxmayaraq,yenədə həmin sənəd qəbul edilmədi.Bu halda nə etməliyəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Bunun üçün xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli baş idarə, idarə, şöbə və bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.  
Tərlan Soruşur Yazılma Tarixi:05.06.2021 19:14:30

Salam mənim səhətimdəki problemə göre hərbi həkim komisiyası 2 dəfə 6 aylıq (ümumi 12 ay) müddətində möhlət veriblər. Möhlət oktyabrda bitir. Sualım ondan ibarətdi ki mən (hərbi xidmətə yararsız) hərbi bileti tələb edə bilərəm?

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, müraciətinizdə hərbi biletlə əlaqədar qeyd etdiyiniz məsələnin dəqiqləşdirilməsi və Sizə qanunvericilik çərçivəsində müvafiq köməklik göstərilməsi üçün şəxsiyyətinizi təsdiq edən sənədlə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Leysan Soruşur Yazılma Tarixi:04.06.2021 20:31:43

Salam. Mən 2 aprel 2021-ci il tarixində Zərifə Əliyeva adına göz klinikasında göndərişə əsasən müayinədə olmuşam. Müayinənin nəticəsi Ağdam rayon hərbi komissarlığına və oradan da Ağdam rayon xəstəxanasına rəy üçün göndərilmişdir. 15 aprel 2021-ci ildə verilən rəyə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişəm. Sonra Ağdam rayon hərbi komissarlığında mənə deyildi ki, qərar verilmək üçün sənədlər hospitala göndəriləcək. Verilən qərarı bilmək istəyirəm. Çox sağolun.

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Bu barədə Sizə Xidmətin Ağdam rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Toğrul Soruşur Yazılma Tarixi:03.06.2021 16:11:24

Salam.Xaiş edirəm sualıma cavab verin.Ağ ciyər xəstəliyi xəstəliklər cədvəlinin neçənci maddəsidir?

Çağırışçıların tənəffüs orqanlarının xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 2-ci maddəsinə əsasən aparılır.
Toğrul Soruşur Yazılma Tarixi:01.06.2021 19:34:39

Salam ağciyer xesteliyi xestelikler cedvelinin neçenci maddesidir

Çağırışçıların tənəffüs orqanlarının xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 2-ci maddəsinə əsasən aparılır.
Oktay Soruşur Yazılma Tarixi:30.05.2021 09:30:32

Mənim boyum 180, çəkim isə 120 kq-dır. Çəkimin artıq olması mənim üçün hərbi xidmətə getməkdə hər hansı bir problem yaratmayacaq ki? İyul çağırışçısıyam və mütləq qaydada hərbi xidmətə yollanmaq istəyirəm

Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən çəkisinin indeksindən (BÇİ) istifadə olunur. Boy ölçüsü - 180,0 sm, bədən çəkisi – 120,0 kq olduğu halda bədən çəkisi indeksi (BÇİ) 35,0-39,9 bərabər və 18-25 yaşlı şəxslər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “ç” və “b” bəndlərinə əsasən “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları III (üçüncü) dərəcəli alimentar piylənmə”yə aiddir. Hərbi xidmətə çağırış zamanı ilk dəfə III (üçüncü) dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar “ç” bəndi ilə “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər, lakin müalicə səmərəsiz olduqda, onlar “b” bəndi üzrə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Cədvəldə sətir sayı :14897