Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Taryel Soruşur Yazılma Tarixi:29.05.2021 14:00:48

Salam sualım belədir .Mənim atam 1-ci qrup əlil olduğu üçün mənə əsgərlikdən möhlət verdilər özümdə 4-cü kurs tələbəsiyəm .Mən dövlət qulluğuna imtahana hazırlaşıram və dövlət qulluğuna imtahan vermək üçün vayenni bilet lazımdır .İndi mənim ağ biletimə vurulacaq ailə vəziyyətinə görə möhlət vayenni bileti əvəz edəcək ?

Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə əsasən himayəsində I qrup əlil ata, yaxud anası olan çağırışçılar ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malikdirlər. Qeyd olunan Qanunun 6.5-ci maddəsinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara forması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir. Məlumat üçün bildiririk ki, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə ehtiyata buraxılmaya qədər hərbi bileti əvəz edir.  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır.
Tural Soruşur Yazılma Tarixi:28.05.2021 23:18:27

Salam. Mənim üst dişlərim yoxdur. Ailəliyəm bir övladim var 1 yaş 7 aylıq. Ailəmə baxan yoxdu özum baxiram orda burda işləyib hərbi xidmətə möhlət istəyirəm mümkündür?

Məlum olmuşdur ki, 2021-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Qəbələ rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və nəticədə rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Yusif Soruşur Yazılma Tarixi:28.05.2021 15:04:00

Salam. 3 təxris, yəni 2021 yanvar, 2021 aprel, 2021 iyul təxrisləri eyni vaxtda buraxılacaq? Yoxsa yenə 6ay gec?

Bildiririk ki, mövcud vəziyyətlə əlaqədar yalnız 2020-ci ilin oktyabr ayında xidmət müddəti bitmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında müvafiq sərəncam verilmişdir. 2021-ci ilin yanvar, aprel və iyul aylarında qanunla müəyyən edilmiş xidmət müddəti başa çatan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə xüsusi sərəncam verildikdən sonra ehtiyata buraxılacaqlar.
Yusif Soruşur Yazılma Tarixi:26.05.2021 15:42:34

Salam mən bu il İyul üçün hərbi xidmətə çağırılmışam. İyun ayinda 24 yaşım tamam olur. Bakalavr və magistr təhsili almışam. Mən bilmək iətəyirdim ki hərbi xidmətimi kadrdan kənar zabit kimi edə bilərəm mi? Əgər mümkündürsə tələbləri nələrdir?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Zaman Soruşur Yazılma Tarixi:23.05.2021 16:11:41

Mən 2020 iyul çağırışçısıyam.Və hərbi xidmətim 2021 iyul ayında başa çatır.Mən nə vaxt təxris olacağam.Xidmət müddətim uzadılacaq yoxsa iyul ayında təxris olacam?

Bildiririk ki, mövcud vəziyyətlə əlaqədar yalnız 2020-ci ilin oktyabr ayında xidmət müddəti bitmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında müvafiq sərəncam verilmişdir. 2021-ci ilin yanvar, aprel və iyul aylarında qanunla müəyyən edilmiş xidmət müddəti başa çatan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə xüsusi sərəncam verildikdən sonra ehtiyata buraxılacaqlar.
Yusif Soruşur Yazılma Tarixi:23.05.2021 13:46:56

Salam Men Univertetde 4-cu kursda oxuyuram lakin 5-ci kursa qalmişam universtet ise mene may ayinda tehsili bitirecyimi deyir 5-ci kursun senedini almağim ucun sentiyyabiri gozlemeliyem Lakin iyul ayinda cağiriş olduqda hec bir sened teqdim ede bilmirem ne ede bilerem ?

Bildiririk ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş elmi təşkilatda təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Rahim Soruşur Yazılma Tarixi:20.05.2021 10:00:15

Salam həqiqi həerbi xidmətə işə qəbul üçün yaş həddi neçə olmalıdır?

Portala daxil olan müraciətinizə baxılmışdır.          Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Turan Soruşur Yazılma Tarixi:17.05.2021 14:51:42

Salam. Men 2-ci dərəceli skaliozam. Öz hesabıma həkim müayinəsindən keçmişəm lakin hərbi komisarliğda baxmirlar və skalioz muayinəsinə göndermirlər. Indi nə edə bilərəm?

Məlum olmuşdur ki, 2021-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Masallı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, səhhətiniz ilə əlaqədar Masallı rayon Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Müayinələr nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz.  
Vəzirxan Soruşur Yazılma Tarixi:17.05.2021 01:37:42

Salam.1ci dərəcəli skolioz hərbi diaqnozu qoyulan çağırışçı hərbi xidmətə yararlıdır?

Hərbi xidmətə çağırış zamanı “I mərhələ skolioz” aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66 “ç” bəndi ilə “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.
Tural Soruşur Yazılma Tarixi:08.05.2021 00:01:42

Salam. Mən 29.09.2020 ci ildə başlayan vətən müharibəsində 27.12.2020 ci ilə qədər iştirak eləmişəm. Cəbrayıl, Qubadlı və Laçin istiqamətində iştirak eləmişəm müharibədə, veteran vəsiqəsi və medallar barədə soruşmaq istəyirəm nə vaxt veriləcək?

Bildiririk ki, vətəndaşlara “Müharibə veteranı“ adı və vəsiqəsi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən verilir. Belə ki, yuxarıda göstərilən qanunvericilik aktında əlavə və dəyişiklik olduğu təqdirdə Sizə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxılacaqdır. Əlavə olaraq bildiririk ki, orden və medallarla təltif edilməsi məsələsi ilə əlaqədar Müdafiə Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur.
Cədvəldə sətir sayı :14897