Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Seman Soruşur Yazılma Tarixi:07.05.2021 19:07:35

Mən hal-hazırda 2-ci kursda bakalavr üzrə oxuyuram. 2 il sonra yenidən ölkə xaricində bakalavr oxumaq istəsəm, hərbi xidmətə gedib sonra oxumalıyam? Yoxsa ikinci bakalavr bitdikdən sonra gəlib hərbi xidmətə getməliyəm?

Bildiririk ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş elmi təşkilatda təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.  
Şıxməmməd Soruşur Yazılma Tarixi:05.05.2021 19:41:30

Salam Mənim qardaşım hal-hazırda Hərbi xidmətdədir,sualım o olacaq ki,o gələnə qədər məni hərbi xidmətə aparmaya bilərlər.?

Nəzərinizə çatdırırıq ki, rayon (şəhər) çağırış komissiyalarında öyrənilmə zamanı ailə vəziyyətində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi ilə təsbit olunan xüsusatlar aşkar edilən çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.    Əlavə olaraq bildiririk ki, müddətli həqiqi hərbi xidmətdə olan qardaşın xidmət müddəti bitənədək digər qardaşa çağırışdan möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Vəzirxan Soruşur Yazılma Tarixi:02.05.2021 02:18:51

Salam.Ödümdə 4.5mm polip var.Xidmətə yararll sayılıram?

Bildiririk ki, “Həzm orqanlarının qidalanma pozulması ilə müşayiət olunmayan xoşxassəli yenitörəmələr” olan çağırışçılar Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Rövşən Soruşur Yazılma Tarixi:01.05.2021 00:27:33

Yazaraq sizdən öyrənmək isdərdik ki 02.07.2019 cu il tarixdə həqiqi hərbi xidmətə çağrılmış əsgərlər nə vaxt buraxılacaq .Belə çıxır ki əsgərlik 2 illik olub... Hansı ki Həmin vaxtlarda əsgəri xidmətə gedən əsgərlər Yanvar ayında tərxis olunmalıydı müəyən vəziyətlərə görə dayandırıldı . Bunu bildik bəs nə vaxt tərxis başlayacaq

Bildiririk ki, mövcud vəziyyətlə əlaqədar yalnız 2020-ci ilin oktyabr ayında xidmət müddəti bitmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında müvafiq sərəncam verilmişdir. 2021-ci ilin yanvar və aprel aylarında qanunla müəyyən edilmiş xidmət müddəti başa çatan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə xüsusi sərəncam verildikdən sonra ehtiyata buraxılacaqlar.
Zaminəli Soruşur Yazılma Tarixi:30.04.2021 09:42:04

Salam, Mən Hematologiya Qan İnstutuna yOxlanışa Göndərilmişdim.bilmək istəyirəm Hərbi Xidmətə Yararlıyam Ya yox . Muradov Zaminəli Etibar Oğlu Sabirabad

Məlum olmuşdur ki, 2021-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Sabirabad rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, səhhətiniz ilə əlaqədar Milli Hematologiya və Transfuziologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Müayinələr nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz. Bildiririk ki, Siz 2021-ci ilin iyul çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqsınız.
Tural Soruşur Yazılma Tarixi:29.04.2021 16:27:16

Salam. Bilmək istəyirəm iyul ayında olan çağırışda nə zaman tibbi yoxlanış üçün xəbər edəcəklər?

Bildiririk ki, Xidmətin struktur bölmələrində 2021-ci ilin iyul çağırışına hazırlıq may ayından etibarən başlanılır.  
Mövləddin Soruşur Yazılma Tarixi:28.04.2021 13:33:19

Men esgerliy muddetinede yararsiz olaraq texris elediler men kompensasiya ve pensiyani nece duzelde bilərəm

Portala daxil olan müraciətinizə baxılmışdır.   Bildiririk ki, əlillik qrupları, əlilliyin səbəbləri, habelə onların başvermə müddətinin müəyyən edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyəti daxilindədir. Pensiya təminatı əlillik təyin olunduqdan sonra sosial təminat orqanları tərəfindən həyata keçirilir. Bu səbəbdən aidiyyəti üzrə müraciət etməniz məqsədəuyğundur.             Əlavə edirik ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmət dövründə xəstəliyə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək ehtiyata buraxılan hərbi vəzifələrə üç il müddətində əlillik təyin olunduqda sığorta ödənişləri verilir.
Zahid Soruşur Yazılma Tarixi:28.04.2021 09:56:35

Mən hərbi xidmətə yararlıyam amma ozumde heç bir ağrı zad yoxdu

Bildiririk ki, Siz Xidmətin Ağdaş rayon şöbəsi tərəfindən müvafiq göndərişlə əlavə tibbi müayinədən keçməyiniz üçün Elmi Tədqiqat Hematologiya və Transfuzialogiya institutuna müayinəyə göndərilmisiniz. Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Ağdaş rayon şöbəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Şaban Soruşur Yazılma Tarixi:27.04.2021 17:32:37

Son zamanlar əhali arasında hərbi xidmət müddətlərinin uzadılması və ya uzadılacağı xəbəri yayılıb. Deyilir ki, ali təhsillilər 1 il yox, 1 il 6 ay hərbi xidmətdə olacaq. Bu yayılmış xəbərlər nə dərəcədə doğrudur bilmək olar? Yaxın zamanda belə birşeyin olması mümkündürmü ?

Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, dinc dövrdə ali təhsili olanlar 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən belə bir layihənin hazırlanması nəzərdə tutulmamışdır.
Zülfüqar Soruşur Yazılma Tarixi:27.04.2021 13:57:24

2020 mezunuyam kecen il imtahandan kesildim bu yeniden imtahan vermey isteyirem mohlet huququ nece almaq olar ki men bu il imtahanda istirak edim

Bildiririk ki, 2020-ci ilin məzunu olan çağırış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə 2021-ci ildə keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
Cədvəldə sətir sayı :14897