Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ruslan Soruşur Yazılma Tarixi:18.03.2021 15:36:57

Salam. mən aprel çağırışcısıyam yoxlanışlardan keçmişəm. Dizimin altinda şişlik olduğu üçün məni 3 saylı Sabunçu xəstəxanasına göndərdilər rentgen üçün bilməy isdəyirəmki rentgenin cavabı nə vaxt gedəcəy vaynkomata.

Məlum olmuşdur ki, Siz 2021-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar Xidmətin Qaradağ rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və əlavə olaraq səhhətiniz ilə əlaqədar Bakı şəhəri 3 saylı Şəhər Klinik Xəstəxanasına müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Niyazi Soruşur Yazılma Tarixi:16.03.2021 23:12:41

Salam menim oglum magistr telebesidi ve iyun cagiriscidi,yeniden universite qebul olmaq isteyir xaricde,bunun ucun ona mohlet verilecekmi? Ve xaricden qebul olma hakqinda arayisi ozu getirmelidir ya online gondere biler?

Bildiririk ki, Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət yalnız bir dəfə verilir.
Sadiq Soruşur Yazılma Tarixi:14.03.2021 09:55:06

Salam mən çağrışçıyam, sürücülük vəsiqəm var. Bilmək istərdim ki, hərbi maşınlar xarab olarsa bu xərc dövlət hesabına ödənilir yoxsa sürücü ödəyir?

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 100-101-ci maddələrinə əsasən, sülh və müharibə dövründə alayın (briqadanın) avtotexniki təminatına, avtomobil texnikasının vəziyyətinə, texniki cəhətdən düzgün istifadə olunmasına, ona xidmət edilməsinə, onun saxlanmasına, təmirinə və təxliyəsinə alayın (briqadanın) avtomobil xidməti rəisi cavabdehdir. Alayda (briqadada) olan avtomobil texnikasının sayını və vəziyyətini bilmək, onun texniki cəhətdən düzgün istifadə edilməsini, ona vaxtında qulluq edilməsini, onun saxlanmasını, təmirini və təxliyəsini təşkil etmək, maşınların xidmət müddətinin artırılması üçün tədbirlər görmək və iki ayda bir dəfədən az olmayaraq, maşınların texniki vəziyyətini yoxlamaq onun vəzifəsidir.
Orxan Soruşur Yazılma Tarixi:11.03.2021 21:57:57

Salam mən ali təhsilim var.bununla yanaşı 4 dil bilirəm (ərəb,fars,türk.ingilis).Sənətimdə var dərzi.Əsgərlikdə olmamışam amma olmaq istəyirəm.Sizdən xahişim budur ki, məni uyğun yerə yönəldib hərbi təlimlərdə iştirak edib hərbi biliyə yiyəlib vətənimə xidmət edib.Çox sevinərəm ki mənlə əlaqə saxlayasınız.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, Siz 25.07.2022-ci il tarixdə növbəti təkrar tibbi müayinəyə cəlb ediləcəksiniz.
orxan Soruşur Yazılma Tarixi:11.03.2021 19:09:14

salam. men 12.12.2001 teveludem meni herbi xidmete cagirmirlar xais edirem meni xidmete cagirasiniz.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, Siz 07.01.2023-cü il tarixdə növbəti təkrar tibbi müayinəyə cəlb ediləcəksiniz.
Rahib Soruşur Yazılma Tarixi:09.03.2021 17:03:24

Salam. Mən Aprel ayının 2-si üçün çağırılmışam. Amma öz məlumatlarımı yazıram və harada Xidmət göstərəcəyim haqqda məlumatlar çıxmır. Bunu necə öyrənə bilərəm?

Salam mart ayının sonlarından etibarən çağırışçılar məlumatlandırılacaq.
Nahid Soruşur Yazılma Tarixi:08.03.2021 22:12:53

Salam . Mən əməliyyat olunmalıyam əməliyyat olduqdan sonra 2,3 aydan sonra mənə çağırış gələcək gedə biləcəm həqiqi hərbi xidmətə yəni yoxsa yox ? Zəhmət olmasa baxarsınız.

Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşların 3 ay müddətinədək müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır. Möhlət hüququ bitdikdə Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Pərviz Soruşur Yazılma Tarixi:06.03.2021 18:06:07

Salam Beldə 7mm yırtıq hərbi xidmət üçün yararlıdır yoxsa bu xəstəlik əsgərliyə getməyə imkan vermir?

Bildiririk ki, “Fəqərəarası diskin yırtığı 5,0 mm –dən yuxarı” olan çağırışçılar Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Rövşən Soruşur Yazılma Tarixi:04.03.2021 11:57:45

Salam Mənim oğlum 22.07.2019 əsgəri xidmətə çağrılıb hal hazırdas xidməti müddəti başa çatıb Sizdən öyrənmək istərdik ki Müddəti başa çatması ilə əlaqədar buraxılış yəni tərxisi nə vaxt başlayacaq . 01.04.1019 tarixli əsgərlərin Tərxisi Cənab Prezident Sərəncam Verdi . Bəs 01.07.2019 tarixli çağrışçılara aitdirmi .Sizdən xahiş edirik ki bu haqda bizi məlumatlandırasız

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 02.03.2021-ci il tarixli Sərəncamına əsasən qanunla müəyyən edilmiş xidmət müddəti oktyabr ayında başa çatan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılacaqlar.
Rövşən Soruşur Yazılma Tarixi:04.03.2021 00:31:55

Salam .Mənim iki oğlum var hal hazırda həqiqi hərbi xidmətdədirlər .Böyük oğlum 20 aydır Kiçik oğlum isə 9 aydır xidmətlərini Layiqincəyerinə yetirirlər .Bilmək istəyirəm ki Bunları nə vaxt Məzuniyyətə buraxacaqlar Xidməti müddəti məzuniyyətdə olmayıblar amma cox sevinərdim ki hər ikisini eyni vaxtda məzuniyyət verələr ki biri biriləri ilə görüşsünlər. .Çox hörmətlə Ehtiyatda olan Zabit Zeynalov Rövşən

Qeyd etdiyiniz məsələ ilə bağlı övladlarınızın xidmət keçdiyi qoşun növünün və ya hərbi hissənin komandanlığına müraciət etməyiniz məqsədəuyğundur. 
Cədvəldə sətir sayı :14897