Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elçin Soruşur Yazılma Tarixi:30.12.2020 20:09:54

Salam.03.01.2021-ci ildə hərbi xidmət keçmək üçün MN N saylı hərbi hissəsinə çağırılmış çağırışçı müalicəsi ilə əlaqədar 19 yanvar 2021-ci il tarixindən sonra (yəni 15 gün müalicə alıb,ondan sonra gedə bilərmi) gedə bilərmi?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
İlknur Soruşur Yazılma Tarixi:30.12.2020 17:17:10

Salam yanvar ayında əsgər gedəcəm, bilmək istəyirəm əsgərliyə özün ilə aparmağa nələrə icazə verirlər?

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət edecəyi hərbi hissə tərəfindən lazımi əşyalarla təmin olunurlar.
Balabəy Soruşur Yazılma Tarixi:28.12.2020 19:43:09

Salam deyiler herbi xidmete yararsilari esger aparacaqlar bu duzdu muraciyət edə bilərem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Zəkəriyyə Soruşur Yazılma Tarixi:28.12.2020 19:22:27

salam xais edrem sualimi cavablandirardizda herbi bileti almisam yararsiz ozum 2002 tevveluduyem 7 ay xidmete getmeliydim aparmadilar usaqlixdan xesdeliyim variydi diye xesdeliyim otub kecib hec bir prablem yoxdu xidmeti borcumu yerine yetirmek isdeyirem bu barede hara muraciyyet edim

Portala daxil olan müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Natiq Soruşur Yazılma Tarixi:28.12.2020 14:30:13

Salam. Menim qohumumda 2 il yarimdi psoriaz xesteliyi var. Onun herbi xidmete yararli olub olmadigini siz deeye bilirsiz ya nece? Umumiyyetle psoriaz xestelikleri yararli hesab edilir ya yararsiz? COX SAGOLUN

Psoriaz xəstəliyi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Nahidə Soruşur Yazılma Tarixi:28.12.2020 12:30:27

Salam, mənim oğlum Abasov Bəhmən Bəhlul oğlu könüllü olaraq müharibəyə gedib. Mən miasteniya qravis xəstəsiyəm, əməliyyat olunmuşam.Oğlumun tez təxris olunması ilə bağlı kimə necə müraciət etməliyəm?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar hərbi qulluqçunun xidmət keçdiyi qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Tərlan Soruşur Yazılma Tarixi:27.12.2020 20:36:35

Salam.Mən qeydiyyatdan keçdim ordu sıralarına yazılmaq üçün.Mən nə vaxd cavab ala bilərəm ?

Portala daxil olan müraciətinizdə doğum tarixiniz və hərbi qeydiyyatda olduğunuz ünvan göstərilmədiyi üçün barənizdə araşdırma aparmaq mümkün olmamışdır.
Əfsər Soruşur Yazılma Tarixi:27.12.2020 19:33:24

Salam bilmək istəyirəm səfərbərliklə gedən yaşı 24 dən az olan əsgərlər aprel ayında tərxis olacaqlar ya bu üç ay ərzində mərhələli şəkildə tərxis olacaq

Qeyd etdiyiniz məsələ ilə əlaqədar hərbi qulluqçunun xidmət keçdiyi qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Tural Soruşur Yazılma Tarixi:27.12.2020 02:10:41

Salam, mədəmdən əməliyyat olunmuşam 6 il əvvəl, deşilmdi mədəm. Məni orduya aparacaqlarını bilmək istərdim? , 4 yanvarda cağırışımdır, yoxlamadan keçdim, ancaq bir xəbər, bir mesaj yoxdur və hazırda problemim yoxdur. Bakıdada yoxlanışdan keçdim, amma xəbər yoxdur

Bildiririk ki, Siz Xidmətin Gədəbəy rayon şöbəsi tərəfindən 2021-ci ilin yanvar çağırışına cəlb edilmiş, hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və səhhətinizlə əlaqədar müvafiq tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz. Göndərildiyiniz tibb müəssiəsindən müayinənin cavabları Xidmətin Gədəbəy rayon şöbəsinə daxil olduqdan sonra barənizdə müvafiq qərar qəbul ediləcəkdir.
PƏNAH Soruşur Yazılma Tarixi:26.12.2020 15:19:52

salam 2021 cı ıl heqıqı herbı xıdmete kımler gedecem. men herbı xıdmet kecmemısem men herbı xıdmete getmek ucun ne etmelıyem ve hara muracıet edım

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 18 yaşı tamam olan, lakin möhlət hüququ olmadığı halda çağırışa cəlb edilməyən vətəndaşlar mütləq şəkildə Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlidirlər.
Cədvəldə sətir sayı :14897