Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan Soruşur Yazılma Tarixi:04.03.2020 20:35:04

Salam, Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti. Bilmək istəyirəm ki, magistratura pilləsində distant(uzaqdan) təhsilə görə hərbi xidmətə 2 illik möhlət verilirmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4 və 21.1.5-ci maddəsinin tələblərinə əsasən, əyani təhsil alma formasında təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Şahin Soruşur Yazılma Tarixi:04.03.2020 19:03:22

birdə mən 26 fevral kardioloji inustitdan yoxlanisdan cixdim vaynkomat gondermisdi onun cavabi bilinir ?

Məlum olmuşdur ki, 2020-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Şirvan şəhər şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı ET Kardiologiya İnstitutuna və akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları qeydiyyatda olduğunuz Şirvan şəhər şöbəsinə daxil olduqdan sonra, Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
MİRZAĞA Soruşur Yazılma Tarixi:04.03.2020 09:50:56

Salam.Mənim oğlum ,Təbriz Ağayev Mirzağa oğlu 06.25.1995-ci il təvəllüd,02.24.2020-ci ildə Mirqasımov adına R.K.X müayinəyə göndərilmişdir.Cavabı bilmək istəyirəm

Məlum olmuşdur ki, 1995-ci il təvəllüdlü Ağayev Təbriz Mirzağa oğlu Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və səhhəti ilə əlaqədar akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına müayinəyə göndərilməsi məqsədəuyğun hesab edilmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ı Suraxanı rayon idarəsi tərəfindən Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edildikdən sonra, T.M.Ağayevin həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Yaşar Soruşur Yazılma Tarixi:03.03.2020 02:34:27

Salam.mən rayonlarin birində vayenkomatda işləmək istiyirem bu sehifede hara daxil olum...??

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Tural Soruşur Yazılma Tarixi:02.03.2020 21:26:35

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinde müddətli herbi xidmət kecməmişəm.Müddətli herbi xidmətə çağrışdan azad edilməmisəm.3 illik mohlet huqum var,3 il tamam olmadan muddetli herbi xidmətə gede bilərəmi?

Portala daxil olan müraciətinizlə bağlı araşdırma zamanı məlum olmuşdur ki, Siz 14.03.2018-ci il tarixdə Xidmətin Daşkəsən rayon bölməsinin hərbi-həkim komissiyası tərəfindən («Xəstəliklər cədvəli»nin 14«b» maddəsi ilə) «dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı» hesab edilərək 14.03.2021-ci il tarixədək həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ almısınız. Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, «dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı» hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
MİRZAĞA Soruşur Yazılma Tarixi:02.03.2020 20:02:08

Oğlum,AĞAYEV Tebriz 1995.06.25.Merkezi herbi hekim komisiyasına gönderilin.Qerarı bilmek isteyirem

Məlum olmuşdur ki, 1995-ci il təvəllüdlü Ağayev Təbriz Mirzağa oğlu Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və səhhəti ilə əlaqədar akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına müayinəyə göndərilməsi məqsədəuyğun hesab edilmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ı Suraxanı rayon idarəsi tərəfindən Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edildikdən sonra, T.M.Ağayevin həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:02.03.2020 16:22:53

Salam, Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti. Mən hal-hazırda Respublika Endokrinoloji mərkəzdə hipotireoz və haşimoto xəstəliklərinə görə müalicə alıram. Qalxanvari vəzimin ölçülərində dəyişilmələr var. Mən oradan xəstə olmağımla əlaqədar olaraq arayış alıb Hərbi Həkim Ekspertizasına təqdim etməliyəm yoxsa orada yoxlanışdan keçilən zaman hər şey aydın olacaq?

Çağırış zamanı Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Elman Soruşur Yazılma Tarixi:02.03.2020 13:14:42

Salam, xahiş edirəm cavablandırın, mən Üniversitet təhsilimi başa vurub, gəlmişəm. Ancaq mənim oktyabr ayına qədər möhlət hüququm var. Bununla əlaqəli komissarlığa müraciət etdim, mənə deyildi ki sən valideynlerinden arayış gətirməlisən ki aprelde əsgər gedebilim. Bunun doğruluğu haqqında məlumat verməyinizi xahiş edirem.

Bildiririk ki, təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və bölməsinə təqdim etdikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Arif Soruşur Yazılma Tarixi:02.03.2020 02:30:22

Salam men Talasemi minorem yeni dawiyicisiyam.Yeni xestelik deyl .Sehetimde hec bir problem yoxdur.Herbi xidmet etmek istediyim halda meni dinc ve muharibe dôvrune yararsiz hesab etdiler. Xayiw edirem bu iwle yaxindan mesgul olardiz mende xidmetmi ederdm.

Nəzərinizə çatdırırıq ki, Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılan vətəndaşların təkrar tibbi müayinədən keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır Bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan vətəndaşlar barələrində çıxarılmış qərara yenidən baxılması məqsədilə ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
Nəsib Soruşur Yazılma Tarixi:01.03.2020 23:00:47

Salam.Hərbi xidmətə qeydiyyatda olduğum şəhərdən minimum neçə km uzağa düşürəm? Birdə ki doktoranturaya qəbul imtahanı dekabr yanvar aylarında olur ancaq magistratura təhsili iyun ayında bitir, əgər doktoranturalara möhlət hüququ varsa, bu necə tənzimlənir? Həmin müddət arasında hərbi xidmətə çağırış olacaq, nəsə bir sənəd təqdim olunanda möhlət verilirmi imtahana qədər? Xaiş edirəm cavablandırardınız.

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr üzrə əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar. Əks ərazi prinsipi dedikdə çağırışçının anadan olduğu yer, valideynlərinin yaşadığı ünvan və qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölməsinin yerləşdiyi ünvandan qanunla müəyyən olunmuş uzaqlıqda yerləşən hərbi hissədə xidmət keçməsi nəzərdə tutulur. Digər sualınızla əlaqədar olaraq bildiririk, ali təhsil pilləsinin doktorantura səviyyəsinə qəbul imtahanlarında iştirak etmələri barədə sənədi Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölməsinə təqdim edən çağırış yaşlı vətəndaşlara imtahanın nəticələri  məlum olanadək şərait yaradılır.
Cədvəldə sətir sayı :13946