Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elnur Soruşur Yazılma Tarixi:16.10.2020 18:27:57

Salam Men Bilmek Isdeyirem Esgerliye ne vaxt gedecem ?

Bildiririk ki, 2020-ci ilin oktyabr çağırışına cəlb edilmiş çağırışçılar oktyabr ayının 30-dək müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları hərbi hissələrə təhvil veriləcəklər.
Elgiz Soruşur Yazılma Tarixi:16.10.2020 17:48:34

Salam iki ildi mən ürək xəstəliyindən əziyyət çəkirəm .(anadangəlmə problemdir ,mitral qapaq taylari miksamatoz,ön tayının 2-ci dərəcəli prolapsı)mən hərbi xidmətə yararsız olduğum halda məni sıradan kenar deyə hərbi xidmətə çağırıblar .Bununla bağlı sizden məlumat almaq istəyirəm ki ne derecede düzgündür ? Zəhmət olmasa sualımı cavablayin

Məlum olmuşdur ki, Siz nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42 “ç” maddəsinin I qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Bildiririk ki, sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər. 

Nurlan Soruşur Yazılma Tarixi:16.10.2020 14:58:19

Salam. Mən hərbi xidmətə yararlıyam yoxsa yox? Çıxdı mərkəzi komisyanın cavabları? Zəhmət olmasa baxıb deyərdizdə bu ay xidmətə gedə biləcəm yoxsa yox?

Məlum olmuşdur ki, Siz nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Mərkəzi Çağırış Komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz. 
Siz 2021-ci ilin yanvar çağırışına cəlb olunacaqsınız.

Seymur Soruşur Yazılma Tarixi:16.10.2020 10:24:27

Salam. Mən Ehtiyyatda olan Zabitəm (leytenant). Xidmətimi cəbhə bölgəsində, Xocavənddə başa vurmuşam. Xidməti müddətim başa çatdığına görə ehtiyyata buraxılmışam. (156. A bəndi). Tovuz döyüşlərində, həmçinin bu sonuncu əməliyyatlarda SHXÇDX-in Qazax rayon şöbəsinə müraciət etmişəm. Xidmətə qayıtmağım üçün Mudafiə Nazirliyinə müraciət etdim. Dedilər Səfərbərliyə müraciət edin. Mən yenidən xidmətə qayıtmaq istəyirəm. Bir başa döyüş bölgəsinə getmək istəyirəm. Sizin vasitənizlə bu mümkündür? Yoxsa Mudafiə Nazirliyinə yenə müraciət edim?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etdiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur.
Əvəz Soruşur Yazılma Tarixi:16.10.2020 02:38:44

Salam men Əsgərliyə bu ay gedib getmeyeceyimi yararlı olub olmadigimi bilmək istyerdim

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
Orxan Soruşur Yazılma Tarixi:15.10.2020 23:05:40

Mən ehtiyatda olan gizirəm ve könüllü olaraqda yazılmışam ayın 2 si çağırdılar aparırdılar amma son anda bildirdikər ki, yer yoxdu. Ne vaxt aparacaqlar məni?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.         Bildiririk ki, səfərbərliklə bağlı könüllü müraciət edilənlərin siyahısında adınız qeyd edilmişdir. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərə cəlb ediləcəksiniz.  
Orxan Soruşur Yazılma Tarixi:15.10.2020 23:04:43

Mən ehtiyatda olan gizirəm ve könüllü olaraqda yazılmışam ayın 2 si çağırdılar aparırdılar amma son anda bildirdikər ki, yer yoxdu. Ne vaxt aparacaqlar məni?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.         Bildiririk ki, səfərbərliklə bağlı könüllü müraciət edilənlərin siyahısında adınız qeyd edilmişdir. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərə cəlb ediləcəksiniz.  
Orxan Soruşur Yazılma Tarixi:15.10.2020 22:56:32

Salam.Sizdən xahiş budur ki məni təlimlərdə iştirak etmək və döyüş qabiliyyətinə yiyələnmək istəyirəm.Xahiş edirəm tez bir zamanda mənj çağıraşınız.Vətənin dar günündə məndə xidmət etmək istəyirəm.çox saylı məktublar göndərmişəm.Dəqiq cavab gəlməyib.Əlaqə nömrəm -0503350313 Zəhmət olmasa mənidə cağırın.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.
           Daxil olan müraciətiniz üçün təşəkkür edirik.
           Bildiririk ki, ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar ilk növbədə mövcud qanunvericiliyin tələblərinə əsasən (yaş kateqoriyası, qoşun növü, vəzifəsi və s. nəzərə alınmaqla) hərbi vəzifəlilərin səfərbərliklə hərbi xidmətə çağırılması həyata keçirilir.
Könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyən   vətəndaşlar   www.seferberlik.gov.az  saytında  (https://exidmet.seferberlik.
gov.az/Volunteer/Service) keçid vasitəsilə və ya yaşadıqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşların şəxsi məlumatları qeydə alınır və zərurət yarandığı halda ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeydiyyata alındığı Xidmətin yerli idarə, şöbə və ya bölməsi tərəfindən çağırılaraq müvafiq tədbirlərə cəlb edilə bilərlər.
          Əlavə olaraq bildiririk ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən yalnız bağlaşma əsasında hərbi xidmətə qəbul edilə bilərlər.

Hikmət Soruşur Yazılma Tarixi:15.10.2020 21:45:29

Salam aleyküm, Mən Azərbaycan tibb universitetinin müellimiyəm. İş yerim sabitdir, özüm müvəqqəti olaraq Nizami rayonunda yaşayıram. 2010 2011ci illəri arasında həqiqi hərbi xidmətdə olmuşam. Xidmətim əsgər sanitar olaraq olmuşdur. Könüllü orduda xidmət etmək üçün həm internetdəki linkdə qeydiyatdan keçmiş həmdə Nizami rayon seferberlik idarəsində könüllü olaraq adımı yazdırmışam. Nizami rayon Komisarlığından cephede bir həkim kimi texire salınmaz tibb yardım gösterme xidmətimə ehtiyac duyulduğu söylənmişdir. Lakin seferberlik qeydiyatım Şərur rayonunda olduğu üçün və hərbi qeydiyat yeri deyişdirmək dayandırıldığı üçün məni cəphəyə göndərəbilmirlər. Mən ali təhsilli bir həkim kimi Qarabağ cephesinde yaralılarımıza ilkin tibbi yardım etmək isteyirəm. Xahiş edirəmki mənim bu məsələmi həlledəsiniz..

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır.            Daxil olan müraciətiniz üçün təşəkkür edirik.            Bildiririk ki, ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar ilk növbədə mövcud qanunvericiliyin tələblərinə əsasən (yaş kateqoriyası, qoşun növü, vəzifəsi və s.) nəzərə alınmaqla hərbi vəzifəlilərin səfərbərliklə hərbi xidmətə çağırılması həyata keçirilir.             Könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyən   vətəndaşlar   www.seferberlik.gov.az  saytında  (https://exidmet.seferberlik. gov.az/Volunteer/Service) keçid vasitəsilə və ya yaşadıqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşların şəxsi məlumatları qeydə alınır və zərurət yarandığı halda ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeydiyyata alındığı Xidmətin yerli idarə, şöbə və ya bölməsi tərəfindən çağırılaraq müvafiq tədbirlərə cəlb edilə bilərlər.           Əlavə olaraq bildiririk ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən yalnız bağlaşma əsasında hərbi xidmətə qəbul edilə bilərlər.
Nurlan Soruşur Yazılma Tarixi:15.10.2020 19:20:56

Salam Xayis edirem sualima duzgun cavab verin mene 6 ay Mohlet verilmisdi bilmek isdeyirem bu ay Esgerliye gedecem yoxsa yox yararliyam yoxsa yox

Məlum olmuşdur ki, Siz nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Mərkəzi Çağırış Komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz. 
Siz 2021-ci ilin yanvar çağırışına cəlb olunacaqsınız.

Cədvəldə sətir sayı :14897