Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Şahin Soruşur Yazılma Tarixi:27.01.2020 20:51:48

Salam mənim ayaqaltı duzluyum var (yastı pəncəlilik )bir ayaqda 2ci dərəcə digərində 3cu dərəcə olanda hərbi xidmətə yararlıdır?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çox, tağın hündürlüyü 17 mm-dən az) olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Feyzulla Soruşur Yazılma Tarixi:26.01.2020 23:44:16

Mənim 2020ci il 9 fevral 18 yaşım tamam olur mən 2020 qəbul imtahanında iştirak edə bilərəm?

Bildiririk ki, çağırış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrində keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
Anar Soruşur Yazılma Tarixi:26.01.2020 20:11:32

Sizə bildirmək istəyirəm ki,mən 1993-1997-ci ilə kimi Ali herbi Denizcilikə məktəbdə kursant olmuşam.Həmin illərin xidmət illərinin 1-il 1-il kimi hesablanib.Mən bildiyimə görə 1993-cu ildən 1997-ci ilə kimi Bakidaki hərbi hissələr 1-ili 2-il hesablanib.Mən Mudafiə Nazirliyinə muraciət etdim mənə bildirdilər ki Səfərbərlik idarəsinə müraciət etməliyəm.Xahiş edirəm mənə bildirəsiniz bu barədə.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, xidmət illərinin güzəştli şərtlərlə hesablanması qaydası «Hərbi qulluqçuların statusu haqqına» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 12.01.1993-cü il tarixli 450 nömrəli və «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə 01.09.2005-ci il tarixli 977-IIQD nömrəli Qanunları ilə tənzimlənir. Bununla bağlı məsələyə aydınlıq gətirilməsi üçün xidmət etdiyiniz qoşun növü üzrə hərbi hissə komandanlığına və ya aidiyyəti nazirliyə müraciət etməyiniz məqsədəuyğundur.
Rəşad Soruşur Yazılma Tarixi:26.01.2020 16:43:28

Salam bir sual haqqinda məlumata ehtiyacim var mümkünsə cavablayardiz aprel ayinda hərbi xidmətə yolla düşəcəyəm və daxili qoşun növündə xidmət aparmağ isdəyirəm bu mövzü haqinda məlumata ehtiyacim var nəzərinizədə çatdirmağ isdəyirəm ki, idmançiyam

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Nurtay Soruşur Yazılma Tarixi:26.01.2020 14:11:10

Salam. Meni herbi xidmetden saxladiblar 2019 cu ilde, 3 il muddetine. Könüllü gede bileremmi?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı şəxsiyyətinizi təsdiq edən sənədlə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməyiniz məqsədəuyğundur.
Mustafa Soruşur Yazılma Tarixi:26.01.2020 12:22:47

Salam. Mən müraciət etsəm könüllü hərbi xidmət keçə bilərəmmi?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarının 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bağlaşma əsasında xidmət keçmək üçün aidiyyəti üzrə xidmət keçmək istədiyiniz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
İbrahim Soruşur Yazılma Tarixi:25.01.2020 20:29:53

Salam mən qoşun növü müdafiyə nazirliyi Hərbi hissənin nömrəsi isə 999 du yəni haradı bura?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
İlkin Soruşur Yazılma Tarixi:24.01.2020 17:48:52

Salam magistr təhsilimi bitirdikdən sonra təhsilimi PHD üzrə davam etdirmək istəsəm hərbi xidmətdən möhlət almaq icazəm varmi, və əgər varsa hansi sənədləri və hara təqdim etməliyəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.4-cü maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.  Əlavə olaraq bildiririk ki, təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdiyiniz halda barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Novruz Soruşur Yazılma Tarixi:24.01.2020 08:48:57

Hansi herbi hisseye dusduyum barede melumat

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Zaur Soruşur Yazılma Tarixi:24.01.2020 03:58:30

Salam . Harda xidmət edecəyimi öyrənmək isdəyirəm. Zəhmət olmasa cavablandrardiz.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :13946