Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İbrahim Soruşur Yazılma Tarixi:10.10.2020 12:18:37

Salam mənim 20 yaşım var hal hazırda Univeristetdə 4 cü kursda ozuyuram. Mən necə hərbi xidmətə gedə bilərəm?

Bildiririk ki, Sizə təhsilə görə verilmiş möhlət müddəti bitdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Valeh Soruşur Yazılma Tarixi:10.10.2020 12:01:38

Salam hormetli seferberlik idaresi. Iyul doyuslerinden beri men konullu olaraq muraciet etmisem qeydiyyata aliblar meni,melum ermeni hucumundan sonra sentyabrin 28de yenide gedib ozumu 2ci defe konullu olaraq qeydiyyat eletdirdim. Herbi qulluq etdiym zaman tank ver zirehli masinlarda tagim komandirinin muavini olmusam cavusam. her gunde gedirem seferberlik idaresine mene ehtiyyac yoxdu heleki konullu aparmamisiq diyerek basimin altina balish qoyurlar xahis edirem komek edin. cebhede qardaslarim vurusarken men bakida oturub ozumu isden gelen erini gozduyen evdar xanima benzedirem. Sizden xahisim ricam oduki vetencun alovlanib yanan qardaslari aparin Evvelceden tesekkurumu bildirirem

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.
           Daxil olan müraciətiniz üçün təşəkkür edirik.
           Bildiririk ki, ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar ilk növbədə mövcud qanunvericiliyin tələblərinə əsasən (yaş kateqoriyası, qoşun növü, vəzifəsi və s. nəzərə alınmaqla) hərbi vəzifəlilərin səfərbərliklə hərbi xidmətə çağırılması həyata keçirilir.
Könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyən   vətəndaşlar   www.seferberlik.gov.az  saytında  (https://exidmet.seferberlik.
gov.az/Volunteer/Service) keçid vasitəsilə və ya yaşadıqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşların şəxsi məlumatları qeydə alınır və zərurət yarandığı halda ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeydiyyata alındığı Xidmətin yerli idarə, şöbə və ya bölməsi tərəfindən çağırılaraq müvafiq tədbirlərə cəlb edilə bilərlər.
          Əlavə olaraq bildiririk ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən yalnız bağlaşma əsasında hərbi xidmətə qəbul edilə bilərlər.

Ramil Soruşur Yazılma Tarixi:10.10.2020 11:20:28

Mən 2003 cü ildə Xüsusi Təyinatlılarda həqiqi hərbi xidmət keçmiş, 2004 cü ildə isə SQ TTM də ehtiyat zabit hazırlığı kursunu bitirmiş və 20.07.2004 cü ildə Leytenant hərbi rütbəsi almışam. (HQİ- 010502) Səfərbərlik bizə şamil olunur?

Portala daxil olan müraciətinizə baxılmışdır                                                                                  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkür edirik. Zərurət oluqda səfərbərliyə cəlb olunacaqsınız.                                                                                      
Loğman Soruşur Yazılma Tarixi:09.10.2020 22:55:43

Salam.Zəhmət olmasa cavablandırasınız.Mənim işim nə yerdə qaldı?

Bildiririk ki, Sizin hərbi xidmətə yararlılıq dərəcəsinin təyin olunması məqsədilə Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilməniz üçün Xidmətin Lənkəran rayon şöbəsinə göstəriş verilmişdir. Müayinənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
ZAUR Soruşur Yazılma Tarixi:09.10.2020 14:15:21

Salam mən könüllü olaraq müraciət etmişəm. Bir dəfə zəng də gəlib ama sonra bir xəbər olmadı. Mən də namus davamız olan bu döyüşlərdə iştirak etmək istəyirəm. xahiş edirəm köməklik edəsiniz.Ehtiyatda olan cavuşam. Vəzifəm də qumbara atan

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Şəki rayon şöbəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Şəki rayon şöbəsinə çağırılacaqsınız.

Vüsal Soruşur Yazılma Tarixi:09.10.2020 10:35:14

Salam, mən tələbəyəm. Könüllü yazılmışam. Bilmək istəyirdim tələbələr səfərbərlik üçün çağrılacaq?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.
           Daxil olan müraciətiniz üçün təşəkkür edirik.
           Bildiririk ki, ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar ilk növbədə mövcud qanunvericiliyin tələblərinə əsasən (yaş kateqoriyası, qoşun növü, vəzifəsi və s.) nəzərə alınmaqla hərbi vəzifəlilərin səfərbərliklə hərbi xidmətə çağırılması həyata keçirilir.
Könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyən   vətəndaşlar   www.seferberlik.gov.az  saytında  (https://exidmet.seferberlik.
gov.az/Volunteer/Service) keçid vasitəsilə və ya yaşadıqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşların şəxsi məlumatları qeydə alınır və zərurət yarandığı halda ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeydiyyata alındığı Xidmətin yerli idarə, şöbə və ya bölməsi tərəfindən çağırılaraq müvafiq tədbirlərə cəlb edilə bilərlər.
          Əlavə olaraq bildiririk ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən yalnız bağlaşma əsasında hərbi xidmətə qəbul edilə bilərlər.

İsmayıl Soruşur Yazılma Tarixi:08.10.2020 14:39:13

Evdə 2 qardaşıq. 2018-ci ilin oktyabr ayında xidmətimi başa vurub təxris olmuşam. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak etmək üçün dəfələrlə müraciət etmişəm. Təəsüflə ki, müraciətlərimə cavab gəlməyib. Vətəndaşlıq borcum və vəzifəmi yerinə yetirməyə nə mane olur?

Bildiririk ki, Xidmətin Cəlilabad rayon şöbəsində ehtiyatda olan hərbi vəzifəli kimi səfərbərliklə bağlı təhkim edilənlərin siyahısında adınız qeyd edilmişdir. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən müvafiq tədbirlərə cəlb ediləcəksiniz.

Aygün Soruşur Yazılma Tarixi:08.10.2020 12:33:49

Salam. Mən bilmək istərdim sentyabr ayının 21də hərbi təlimə göndərilənlərin xidmət müddətini

Bildiririk ki, 21.09.2020-ci il tarixdə hərbi təlim toplanışlara cəlb olunmuş hərbi vəzifəlilərin buraxılması ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar olaraq dayandırılmışdır.
Sabir Soruşur Yazılma Tarixi:08.10.2020 10:42:33

Salam. Mən könüllü şəkildə qeydiyatdan keçmişəm mənə zəng də edib çağırdılar ammaki aparmadılar heç bir prablemdə yoxdu.Mən hara gedib müraciət edimki aparsınlar?

Salam, zəhmət olmasa info@seferberlik.gov.az özünüz haqqında ətraflı məlumat yazın ( ad, soyad, ata adı, doğum tarixiniz və qeydiyyatda olduğunuz rayon) və yaxud şəxsiyyət vəsiqənizin surətini əlavə edin.
MƏHƏMMƏD Soruşur Yazılma Tarixi:06.10.2020 18:27:52

Salam vayinkamat çağırdı məni keçən ay həkim kamisiyasından keçdim hamsına sağlam yazıldı 18 yaşım yanvarda tamam olub amma mənə mesaj gəlmədi həqiqi hərbi xidmət haqqda nədə bazada yoxdu mən bu ay getməliydim axı həqiqi hərbi xidmətə

Bildiririk ki, Siz 2020/2021-ci tədris ili üçün respublikanın ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyət qazanmadığınıza görə 2020-ci ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndəriləcəksiniz. Əlavə olaraq bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti sərəncam barədə əlavə məlumat veriləcəkdir.
Cədvəldə sətir sayı :14897