Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Turan Soruşur Yazılma Tarixi:15.10.2020 17:07:14

Her vaxtınız xeyirli olsun. Könüllü olaraq yazılmışam amma öz şəxsi hesabıma daxil ola bilmirəm nədə ki, parolu yeniliyə bilmirəm. Hazırda doyüşlərdə iştirak etmək istərdim, lakin hələdə heç bir çağırış olmayıb. Ümid edirəm tez zamanda çağırışa cəlb olunaram və Azərbaycan Ordusunun sıralarında hazırda gedən haqlı mübarizədə iştirak edərəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.         Bildiririk ki, səfərbərliklə bağlı könüllü müraciət edilənlərin siyahısında adınız qeyd edilmişdir. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərə cəlb ediləcəksiniz.  
Nurlan Soruşur Yazılma Tarixi:15.10.2020 12:08:16

Salam men Esgerliye bu ay gedib getmeyeceyimi ve yararli olub olmamagimi bilmek isderdim

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Laçın rayon bölməsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Laçın rayon bölməsinə çağırılacaqsınız.

Ramil Soruşur Yazılma Tarixi:15.10.2020 11:36:30

Salam. Ehtiyatda olan zabitəm. SQ TTM-dən məzun olmuşam, bilmək istərdim ki mən qismən səfərbərliyə cəlb olunuram?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır.            Daxil olan müraciətiniz üçün təşəkkür edirik.            Bildiririk ki, ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar ilk növbədə mövcud qanunvericiliyin tələblərinə əsasən (yaş kateqoriyası, qoşun növü, vəzifəsi və s.) nəzərə alınmaqla hərbi vəzifəlilərin səfərbərliklə hərbi xidmətə çağırılması həyata keçirilir.             Könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyən   vətəndaşlar   www.seferberlik.gov.az  saytında  (https://exidmet.seferberlik. gov.az/Volunteer/Service) keçid vasitəsilə və ya yaşadıqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşların şəxsi məlumatları qeydə alınır və zərurət yarandığı halda ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeydiyyata alındığı Xidmətin yerli idarə, şöbə və ya bölməsi tərəfindən çağırılaraq müvafiq tədbirlərə cəlb edilə bilərlər.           Əlavə olaraq bildiririk ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən yalnız bağlaşma əsasında hərbi xidmətə qəbul edilə bilərlər.  
Əli Soruşur Yazılma Tarixi:15.10.2020 03:11:09

Salam mən Yevlax rayon qeydiyatındayam. Oktyabrda gedəcəm əsgərliyə? Mərkəzi hərbi həkim komisyasının cavabı necə çıxdı? Yararlıyam yoxsa yararsız?

Bildiririk ki, ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar ilk növbədə mövcud                                         qanunvericiliyin tələblərinə əsasən (yaş kateqoriyası, qoşun növü, vəzifəsi və s.) nəzərə alınmaqla hərbi vəzifəlilərin səfərbərliklə hərbi xidmətə çağırılması həyata keçirilir.    

     Odur ki, müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşların səfərbərliklə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Məhəmməd Soruşur Yazılma Tarixi:14.10.2020 23:58:54

İlk öncə bunu oxuyan hər kəsə allahın salamı olsun.çox xaiş edirəm bu suala cavabı sms olaraq bu nömrəyə(0703250825) atsaz sevinərəm olmasa burda cavab verin.Mən döyüşlərdə iştirak etmək istəyirəm amma istəmirəm ki, çağırış məktubunda və ya hər hansı yolla gələn xəbərdə, mənim könüllü olaraq qeydiyyatdan keçdiyim haqqda məlumat olsun.bunu necə etmək olar?suala cavab versəzdə verməsəz də allah hamınızdan razı olsun.

Bildiririk ki, səfərbərlik üzrə hərbi xidmətə könüllü cəlb olunmaq istəyən vətəndaşlar Xidmətin elektron saytında (seferberlik.gov.az) “Könüllü olaraq ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün qeydiyyat” bölümündə və ya hərbi qeydiyyatda olduqları Xidmətin aidiyyəti struktur bölməsində qeydiyyatdan keçməlidirlər.
Belə ki, müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin göndərilməsinə zərurət yarandıqda, onlar müxtəlif vasitələrlə xəbərdar olunacaqlar.  

ÜLVİYYƏ Soruşur Yazılma Tarixi:14.10.2020 17:03:04

Salam. Mənim tibb bacısı şəhadetnamem var. Könüllü qeydiyyatindan keçmişem. Menim tibb bacısı olaraq çağrılma ehtimalım var?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır.            Daxil olan müraciətiniz üçün təşəkkür edirik.            Bildiririk ki, ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar ilk növbədə mövcud qanunvericiliyin tələblərinə əsasən (yaş kateqoriyası, qoşun növü, vəzifəsi və s.) nəzərə alınmaqla hərbi vəzifəlilərin səfərbərliklə hərbi xidmətə çağırılması həyata keçirilir.             Könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyən   vətəndaşlar   www.seferberlik.gov.az  saytında  (https://exidmet.seferberlik. gov.az/Volunteer/Service) keçid vasitəsilə və ya yaşadıqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşların şəxsi məlumatları qeydə alınır və zərurət yarandığı halda ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeydiyyata alındığı Xidmətin yerli idarə, şöbə və ya bölməsi tərəfindən çağırılaraq müvafiq tədbirlərə cəlb edilə bilərlər.           Əlavə olaraq bildiririk ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən yalnız bağlaşma əsasında hərbi xidmətə qəbul edilə bilərlər.
Ramazan Soruşur Yazılma Tarixi:14.10.2020 15:18:00

Salam. Mən 2011-2012ci il üzrə xidmətdə olmuşam. Və hal hazırda könüllü olaraq səfərbərliklə bağlı qeydiyyatdan keçmişəm. 2dəfə aid olduğum rayonun hərbi komissarlığına könüllü getmək ilə bağlı müraciət etmişəm. Bildirirlərki lazım olan ixtisaslar üzrə lazım olanda çağıracağıq. Mənim ixtisasımda lazınlı ixtisasdı və birmənalı şəkildə mən könüllü getmək istəyirəm. Mən necə edimki tez bir zamanda könüllü olaraq iştirak edim?

Bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 28.09.2020-ci il tarixli müvafiq Sərəncamına və qismən səfərbərik planlarına əsasən tələb olunan hərbi uçot ixtisaslarına uyğun, hərbi xidmət keçmiş hərbi vəzifəlilər səfərbərliyə cəlb olunurlar.  Odur ki, könüllü xidmət keçmək istəyinizi nəzərə alaraq, qeydiyyatda olduğunuz Xidmətin aidiyyəti struktur bölməsi tərəfindən zərurət yarandığı təqdirdə səfərbərlikə hərbi xidmətə cəlb ediləcəksiniz.  
Emin Soruşur Yazılma Tarixi:14.10.2020 10:43:19

salam.Men bilmek isdiyirem men könüllü olaraq qeydiyyatdan kecmisem sistemde varmmi?sexiyyet vesiqemi sizin meile gondermisem

Portala daxil olan müraciətinizə baxılmışdır.         Bildiririk ki, ata adınız, doğum tarixiniz və hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsi göstərilmədiyi üçün Sizi könüllülərin qeydiyyatına almaq mümkün  olmamışdır.          Yuxarıda göstərilən məlumatları tam qeyd edərək yenidən müraciət etməyiniz   tövsüyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:13.10.2020 20:36:36

Salam Mən könüllü olaraq qeydiyyatdan keçmişəm.Amma məni çağırmayıblar.Hərbi xidmətdə olmamışam.Amma təlimlərdə iştirak etmək istəyirəm.Vaxtı gələndə isə döyüşmək vətənin keşiyində dayanmaq istəyirəm. Ali  təhsilliyəm. Xarici dildə (ərəb,fars)bilirəm,həmdə dərzilik sənətinidə bilirəm.Xahiş edirəm mənim portalımada diqqət yetirəsiniz.Vətənimin bu cətin bir dövründə xidmət etmək istəyirəm.Uca Allahdan istəyim budu ki mənidə tez bir zamanda cağırarsınız diqqətinizə görə çox sağolun.

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Sabunçu rayon idarəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Sabunçu rayon idarəsinə çağırılacaqsınız.

ÜLVİYYƏ Soruşur Yazılma Tarixi:13.10.2020 18:02:38

Salam. Mənə universitetde tibb dersi keçirilib. Tibb şehadetnamem var. Könüllü qeydiyatindan da keçmişem. Mənimlə əlaqə saxlanıla biler? Mən də çağırıla bilerem yoxsa tibb işçileri tibb de oxuyanlara üstünlük verilir.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır.            Daxil olan müraciətiniz üçün təşəkkür edirik.            Bildiririk ki, ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar ilk növbədə mövcud qanunvericiliyin tələblərinə əsasən (yaş kateqoriyası, qoşun növü, vəzifəsi və s.) nəzərə alınmaqla hərbi vəzifəlilərin səfərbərliklə hərbi xidmətə çağırılması həyata keçirilir.             Könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyən   vətəndaşlar   www.seferberlik.gov.az  saytında  (https://exidmet.seferberlik. gov.az/Volunteer/Service) keçid vasitəsilə və ya yaşadıqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşların şəxsi məlumatları qeydə alınır və zərurət yarandığı halda ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeydiyyata alındığı Xidmətin yerli idarə, şöbə və ya bölməsi tərəfindən çağırılaraq müvafiq tədbirlərə cəlb edilə bilərlər.           Əlavə olaraq bildiririk ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən yalnız bağlaşma əsasında hərbi xidmətə qəbul edilə bilərlər.
Cədvəldə sətir sayı :14897