Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mirruzuyar Soruşur Yazılma Tarixi:06.10.2020 17:22:58

Salam. Mən könüllü olaraq cəbhəyə getmək üçün onlayn müraciət etmişəm. Hələki çağırmayiblar. Nə etməliyəm getmək üçün. Salyan rayon qeydiyyatındayam. Amma Bakida yasayiram

Portala daxil olan müraciətinizə baxılmışdır.
Bildiririk ki, Siz Xidmətin Salyan rayon şöbəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Salyan rayon şöbəsinə çağırılacaqsınız.

Emin Soruşur Yazılma Tarixi:06.10.2020 13:35:55

salam.Seferberlik xidmeti mene dedi zengimzi gozle amma zeng etmiyibler men daxiliq qosunlarda xidmet elemisem ne vaxt zeng edecekler bilmek iisdiyirem

Portala daxil olan müraciətinizə baxılmışdır. Bildiririk ki, doğum tarixiniz və hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsi göstərilmədiyi üçün Sizi könüllülərin qeydiyyatına almaq mümkün  olmamışdır.Yuxarıda göstərilən məlumatları tam qeyd edərək yenidən müraciət etməyiniz   tövsüyə olunur
Vüsal Soruşur Yazılma Tarixi:06.10.2020 11:28:22

Salam. Orduya könüllü olaraq qeydiyyatdan keçmişəm. Tələbəyəm magsitr(2ci kurs). Bilmək istəyirdim hərbi xidmətdə olmamış tələbələr göndərilir? Nə vaxt gözlənilir çağrılmağımız?

Portala daxil olan müraciətinizə baxılmışdır.         Bildiririk ki, qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşlar könüllü olaraq səfərbərliyə cəlb olunmurlar.
Rəşid Soruşur Yazılma Tarixi:06.10.2020 10:32:43

Salam hər vaxtınız xeyir. Mən ehtiyatda olan zabitəm. Leytenant. Hərbi təhsilim şəxsi heyət üzrə zabit və hərbi psixoloqdur. HHQ xidmət etmişəm zabit kimi. Əsgəri xidmətimi döyüş bölgəsində tuşlayıcı olaraq keçirmişəm. Mənə sentyabr ayının 28 də sms gəldi ki, Səfərbərlik üzrə rayon şöbəsinə gəlməyiniz tələb olur. Mən getdim Xəzər rayonu üzrə idarəyə amma mənə dedilər gözləyin. 1987 ci təvəllüdəm. Mənə sms gəldiyi halda niyə qaytardılar? Xaiş edirəm məni çağırın. Vətənimin müdafiəsinə getmək istəyirəm. Əlaqə nömrəm 055 928 99 61

Bildiririk ki, Xidmətin Xəzər rayon idarəsində ehtiyatda olan zabit kimi səfərbərliklə bağlı təhkim edilənlərin siyahısında adınız qeyd edilmişdir. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin Xəzər rayon idarəsi tərəfindən müvafiq tədbirlərə cəlb ediləcəksiniz.
SAMİR Soruşur Yazılma Tarixi:05.10.2020 23:24:59

Salam.men Daxi qowunda Xidmet etmiwem 6.il. sora cixmiwam ehtiyatda olan baw cavuw kimi konulu olarag getmey isdeyirem bunan qabag yazdimiwdim nomurem itdi deye yeniden muraciyet edirem 0505539285

Portala daxil olan müraciətinizə baxılmışdır.         Bildiririk ki, ata adınız, doğum tarixiniz və hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsi göstərilmədiyi üçün Sizi könüllülərin qeydiyyatına almaq mümkün  olmamışdır.          Yuxarıda göstərilən məlumatları tam qeyd edərək yenidən müraciət etməyiniz   tövsüyə olunur.
Nicat Soruşur Yazılma Tarixi:05.10.2020 22:29:14

Salam Zehmet olmasa Bu smsime baxilsin...Herbide olmusam ... Seferberlikde qeydiyatdan kecmisem ... Zeng gelib mene ... Ama.hele cagirilmiram...Cox xais eliyirem menide aparin orda on cebhede olmaq istiyirem... 0516503759

Portala daxil olan müraciətinizə baxılmışdır.         Bildiririk ki, Siz Xidmətin Yasamal rayon idarəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Yasamal rayon idarəsinə çağırılacaqsınız.
Rahil Soruşur Yazılma Tarixi:05.10.2020 20:57:26

Salam. Mən BDU da oxuyuram hərbidə olmamışam amma könullu olaraq qeydiyyatdan keçmişəm döyuşdə əsgərlərə çiyiyin çiyinə olmaq istəyirəm. Birdə texnikadanda başım çıxır . xahiş etiyac olarsa məni birinci olaraq qeyd edəsiz

Portala daxil olan müraciətinizə baxılmışdır.         Bildiririk ki, ata adınız, doğum tarixiniz və hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsi göstərilmədiyi üçün Sizi könüllülərin qeydiyyatına almaq mümkün  olmamışdır.          Yuxarıda göstərilən məlumatları tam qeyd edərək yenidən müraciət etməyiniz   tövsüyə olunur.
Sarvan Soruşur Yazılma Tarixi:05.10.2020 18:49:11

Salam mən oktyabrın 31 anadan olmuşam amma şəxsiyyət vəsiqəmdə 1 noyabr kimi qeyd olunub indi bilmək istərdim hərbi xidmətə nə vaxt gedəcəm

Bildiririk ki, Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağırış ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir.
Bəsti Soruşur Yazılma Tarixi:05.10.2020 16:13:35

Mən könüllü olaraq yazilmisham amma heç kim mənə zəng edmir tək bir dəfə zəng ediblər oda keçən ay çox xaiw edirem menide on cəbhəye xidmətə aparin

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Elmir Soruşur Yazılma Tarixi:05.10.2020 15:26:31

Salam oktyabr çağırışçısıyam 051 düşmüşem bilmek isterdim ne vaxt gedecem nerimanov qeydiyatiyam

Bildiririk ki, Siz Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsi tərəfindən müəyyən edilmiş tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz hərbi hissəyə təhvil veriləcəksiniz.
Cədvəldə sətir sayı :14897