Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Səxavət Soruşur Yazılma Tarixi:31.08.2021 22:03:37

Salam men ZÜLFÜQAROV SƏXAVƏT FAMIL OGLU10.02.2004 tefelludluyem menim herbi xitmetimin vaxti hacandir??

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, hər il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.    Həmin qanunun 3.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
RÖYAL Soruşur Yazılma Tarixi:31.08.2021 10:58:59

Salam men 1991.02.23 tevellüdem herbi xidmetde kecmişem numunevi esker kimi cavuş vezifesinde taxım komandirin muavini vezifesinde men herbiye işe düzele bileremmi?qanunla 35 kimidi xayiş edirem cavab deyersiz bu yaşda işe düzele bileremmi?hecbir manecilik yaşla elaqeder olaraq nese manecilik yoxduki İnşallah

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə müddətdən artıq həqiqi hərbi xidmətə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatından gəlmiş, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular və 40 yaşınadək hərbi vəzifəlilər qəbul edilə bilərlər. Əlavə olaraq bildiririk ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır. Nəzərə almağınız tövsiyə olunur.
Ziyad Soruşur Yazılma Tarixi:29.08.2021 18:54:59

Men 2006 tevellüdem 11 sentyabr hara düşeceyim bilmek isdiyirem birde ag blete yararsız yazılıbsa çagırış vaxtı vayınkamata çagırlarcax ve yeniden yoxlanaca

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar. Digər sualınızla əlaqədar bildiririk ki, çağırış vaxtı müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar Xidmətin baş idarə, idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. İlkin hərbi qeydiyyata alma komissiyaları tərəfindən xəstəlik aşkar edilmiş vətəndaşlar barədə müalicəyə ehtiyacı olması haqqında qərar onlarda müəyyən edilmiş xəstəliklərin həqiqi hərbi xidmətə qədər müalicəsi mümkün olduqda və onlar müddətli həqiqi hərbi xidmətə yararlı kimi göndərilə bildikdə qəbul edilir. Bu vətəndaşlar müalicə-profilaktika müəssisələrində müalicə olunmalı və onların, habelə “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı,” “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” sayılmış (I qrup əlillərdən başqa) vətəndaşların hərbi xidmətə yararlı olub-olmaması məsələsi çağırış zamanı çağırış komissiyalarının qərarı ilə həll edilir.
Nahid Soruşur Yazılma Tarixi:24.08.2021 09:47:57

Salam xarici diplom tanitdirmasaq xidmet 1 il olur yoxsa?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar müddətli həqiqi hərbi xidmət keçdiyiniz hərbi hissənin komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Nahid Soruşur Yazılma Tarixi:24.08.2021 09:30:03

Xarici diplomu tesdiq etmemish verdikdd 1 il olur xidmet yoxsa?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar müddətli həqiqi hərbi xidmət keçdiyiniz hərbi hissənin komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Rafael Soruşur Yazılma Tarixi:22.08.2021 16:54:40

Salam 2 ildi peşe liseyində oxuyuram 1 il qalib dekabr 15 18 yaşim tamam olur meni hərbi xidmətə aparacaqlar yoxsa aparmayacaqlar

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci  maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Şahid Soruşur Yazılma Tarixi:20.08.2021 23:47:08

Salam menim müracietim Medal haqqinda idi men 29.09.2020 ci ilde seferberlikle veten muharibesinde istirak etmisem . Suqovusanin Azad olunmasina gore medal siralamasinda adim soyadim var ama ata adi sehv qeyd olunub olunmadigin oyrenmek isteyerdim Zülfüqarov Şahid Rameh oğlu qeyd olunub sehvlik ola biler yada mene medal dusmur , tam ad soyad ata adi beledi Zülfüqarov Şahid Güloğlan oğlu

Bildiririk ki, döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların (ehtiyata və istefaya buraxılmış şəxslərin) orden və medallarla təltif olunması onların hərbi xidmət keçdikləri dövlət orqanları, eləcə də həmin dövlət orqanlarının vəsatətləri əsasında həyata keçirilir. Odur ki, müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur.
Seman Soruşur Yazılma Tarixi:18.08.2021 12:55:56

Mən ölkədə 4 illik bakalavrı bitirdikdən sonra xaricdə yenidən bakalavr üzrə təhsil almaq istəyirəm. Bu halda mən hərbi xidməti ölkədə bitirməliyəm ki, sonra gedib xaricdə bakalavr üzrə təhsil alara bilim ? ( Çox çox xahiş edirəm ki, sualıma qısa və aydın cavab verin. Məsələn bəli və ya xeyr kimi cavablandırsaniz mən də aydın başa düşərdim.)

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1.4-cü maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan çağırışçılara təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət yalnız bir dəfə verilir. Həmin Qanunun 21-ci maddəsinin qeyd hissəsinə əsasən, bu Qanunun 21.1.4-cü və 21.1.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar ali təhsil alan çağırışçılara şamil olunmur.
Mahmud Soruşur Yazılma Tarixi:10.08.2021 12:53:33

Salam.Menim bir sualim var.Menim boyum 175sm,çəkim 110 kg.3 cu dereceli Piylenmem var.Men herbi xidmete yararliyam?

Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən çəkisinin indeksindən (BÇİ) istifadə olunur. Boy ölçüsü - 175,0 sm, bədən çəkisi – 110,0 kq olduğu halda bədən çəkisi indeksi (BÇİ) 35,0-39,9 bərabər və 18-25 yaşlı şəxslər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları III (üçüncü) dərəcəli alimentar piylənmə”yə aiddir. Hərbi xidmətə çağırış zamanı ilk dəfə III (üçüncü) dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar “ç” bəndi ilə “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər, lakin müalicə səmərəsiz olduqda, onlar “b” bəndi üzrə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Samir Soruşur Yazılma Tarixi:06.08.2021 02:30:55

Mən xarici pasportunu və hərbi biletimi itirmişəm. Xarici pasport çıxarmaq üçün Hərbi biletin əvəzinə hansı arayışı təqdim edə və haradan ala bilərəm?

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi bilet qəsdən korlandığı və ya itirildiyi halda, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə təyin edilmişdir) tələb olunan sənədlər (şəxsiyyət vəsiqəsinin surəti, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, DİN-nin müvafiq qurumlarından hərbi biletin tapılmamasına dair arayış) əsasında hərbi vəzifəlinin hərbi qeydiyyatda olduğu yer üzrə Xidmətin struktur bölmələri tərəfindən yeni hərbi bilet verilir.             İtirilmiş  və ya korlanmış hərbi biletin əvəzinə yeni hərbi biletin verilməsi üçün hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin struktur bölməsinə şəxsən müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897