Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan Soruşur Yazılma Tarixi:03.10.2021 21:10:33

Salam. Mən 2021-ci ildə magistr təhsilinin birinci kursu üzrə təhsil alırdım. 2ci kursdan etibarən təhsilimi dondurdum. Mən 2021 oktyabr-da çağrılacağam? Məlumat versəz sevinərəm. Öncədən təşəkkürlər.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizə qeydiyyatda olduğunuz Xidmətin Şəki rayon şöbəsinin  çağırış komissiyası tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən 01.07.2022-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları həqiqi hərbi xidmətlərə çağırılırlar.
Tərlan Soruşur Yazılma Tarixi:03.10.2021 04:07:54

Salam. Mən SHXÇDX-nə işə qəbul üçün müraciət etmək istəyirəm. Bilmək istəyirəm ki,işə qəbul üçün keçirilən imtahan sualları hansı mövzuları əhatə edir. Öncədən təşəkkürlər.

Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, hal-hazırda həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə (test imtahanı) və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə işə qəbul olunurlar. Test imtahanında ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barədə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Səbuhi Soruşur Yazılma Tarixi:02.10.2021 23:44:06

Salam, III dərəcəli yastıpəncəlik hərbi xidmətə yararlı sayılır yoxsa müddət verilir. Əgər müddət verilirsə 1 ilə qədər yoxsa 3 illik?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68 “c” maddəsinin I qrafasının tələblərinə əsasən: daban sümüyünün valqus əyriliyi olmadan və ayağın orta hissəsi oynaqlarının deformasiyaedici osteoartrozu olmadan III (üçüncü) dərəcəli yastıayaqlıq olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilir və sağlam olduğu halda, müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilirlər.
Səxavət Soruşur Yazılma Tarixi:02.10.2021 19:29:59

Salam. 4 il Universitet oxuyub sonda isə kəsrlərinə görə diplom ala bilməyən və təhsil nazirliyi tərəfindən 639 bal topladığı üçün müraciət əsasında BDU universitetine həmin ixtisasa qəbul olunmuş uşaqdan oxuduğu 4il müddətdə hər il üçün ödəniş edib əsgərliydən saxlmaq lazımdı? Yoxsa 4 il oxuduqdan sora getməyinə şərait yaradılır?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara  təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Qanunvericiliyin tələblərinə əsasən, təhsilini davam etdirmək üçün çağırışçılara verilmiş möhlət müddəti başa çatdıqdan sonra həmin çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar.
RÖYAL Soruşur Yazılma Tarixi:02.10.2021 10:52:53

Salam men dövlet serhet xidmetine istenilen bölgesinde işe qebul olmaq isteyirem bidene bele bir mane varki ya qaynatam qaynnemin ve qaynımın vesiqelerin kopyaları lazımdı onlardakı vermir boşanma haqda birdefe mehkeme olub nece edim mehkemeden kaxız alım verim ki men boşanma işi gedir cox xayiş edirem kömeklik göstererdiz

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, qeyd etdiyiniz məsələ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid deyil. Aidiyyəti üzrə müraciət etməyiniz məqsədəuyğundur.
Səməndər Soruşur Yazılma Tarixi:02.10.2021 03:06:39

Mən Yevlax hərbi komissarlığınnan müharibəyə getmişəm.Müharibə zamanı Zəngilan,Cəbrayıl və Xocavəndin azad olunmasında iştirak etmişəm,bu öz təsdiqini hərbi biletimdə tapıb yəni Hərbi Hissənin möhürü ilə təsdiq olunub.Halbuki sərəncamda Xocavənd çıxmadı.Hara şikayət edə bilərəm?Neyniyə bilərəm?

Portala daxil olan müraciətinizə baxılmışdır. Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçdiyiniz hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Yalçın Soruşur Yazılma Tarixi:02.10.2021 02:06:35

Salam Aleykum mən oktyabr prizivyem ama mənə helede sms gəlmiyib niyə öyrənmək olar?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır.  Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat    20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəvan Soruşur Yazılma Tarixi:01.10.2021 00:51:37

Salam Sentyabr ayının 18-i mənim 18 yaşım tamam oldu oktyabr çağırışı başlasada mənə çağırış gəlməyib səhifədə Yoxladıqda və 9100-a sms göndərəndə isə Çağırışçı tapılmadı deyilir nə edə bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, hər il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar. Həmin qanunun 3.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Bunun üçün Xidmətin qeydiyyatda olduğunuz Sumqayıt şəhər baş idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Namik Soruşur Yazılma Tarixi:30.09.2021 10:41:32

Salam məni xacmaz rayon hərbi komisarliqdan həqiqi hərbi xidmətə oktyabr ayinin 1 nə caqrilmisam xaiş edirem məlumat veresi ki hansı hərbi hissədə qulluq edeceyem qabaqcadan tesekkür edirem

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz Xaçmaz rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olnur.
Səbirə Soruşur Yazılma Tarixi:29.09.2021 18:24:12

Salam.Mən Baxışova Səbirə Mikayıl qızı 21 yaşım var.Sabirabad Dövlət Sosial İqtisadi Kollecində təhsil almış və fərqlənmə diplomu ilə kolleci bitirmişəm.Hərbi Xidmətdə qulluq etmək istəyirəm.Qızları hərbi xidmətə qəbul edirsiz?.Qəbul varsa hansı sənədləri təqdim etməliyəm ?.Qəbul nə vaxt başlayıb nə vaxt bitir?.Məlumast verə bilərsiz

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş ərizənizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, hal-hazırda qadınlar üçün nəzərdə tutulmuş hərbi vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Cədvəldə sətir sayı :14897