Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan Soruşur Yazılma Tarixi:07.12.2021 12:00:18

Salam. Mən Qaraşov Orxan Mustafa oğlu. 1996-ci ildə Bərdə rayonunda anadan olmuşam. 2013-2017-ci illerde Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ve İqtisadiyyat fakültesinde təhsil almışam. 2018-2019-cu illərdə Daxili Qoşunların Lənkəran şəhərində yerləşən hərbi hissəsində hərbi xidmətdə olmuşam. Səfərbərlik Xidmətində zabit kimi işe qəbul olmaq istəyirəm. Mümkündürmü? Eğer mümkündürsə bu barədə mene məlumat göndərməyinizi xahiş edirəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Uveys Soruşur Yazılma Tarixi:06.12.2021 14:55:40

Salam Mən Talasemiya Daşıyıcısıyam Mən Hərbi Xidmətə yararlıyam? Saglamam Yəni Sadəcə daşıyıcıyam

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozla şəhadətləndirilən çağırışçılar “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”   hesab edilirlər.
Qabil Soruşur Yazılma Tarixi:05.12.2021 11:28:51

Salam məni hərbi xidmətə aparmadılar deyirlər ki səhhətində prablem var. Ama mən könüllü olaraq getmək istəyirəm necə edim ?

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşı tamam olana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilir və sağlam olduğu halda, müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilirlər. Bildiririk ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Lerik rayon şöbəsinə təqdim edildiyi halda mümkündür. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan vətəndaşlar barələrində çıxarılmış qərara yenidən baxılması məqsədilə, ərazi üzrə məhkəmə və hüquq mühafizə orqanlarına müraciət edə bilərlər.
Məhəmməd Soruşur Yazılma Tarixi:04.12.2021 22:14:14

Salam. Mənim 18 yaşım var.Mən xaricdə bakalavır təhsili almaq istəyirəmsə və Yanvar ayında qəbul gələcəksə bu səbəblə mənə möhlət verilməlidir?

Bildiririk ki, Siz notarial qaydada təsdiq olunmuş təhsil almağınız barədə arayışı Xidmətin qeydiyyatda olduğunuz struktur bölməsinə təqdim etdiyiniz halda “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, Sizə təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi məsələsinə qanunamüvafiq qaydada baxıla bilər.
Mahmud Soruşur Yazılma Tarixi:04.12.2021 13:09:10

Salam.Mənim boyum 176 sm , çəkim 116 kg.3 Cü dərəcəli alimentar piylənməm var.Mən bu diagnoz ilə yararsızam hərbi xidmətə?19 yaşım var.Öncədən təşəkkür edirəm.

Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “ç” bəndi ilə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər. Lakin müalicə səmərəsiz olduqda, vətəndaşlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Murad Soruşur Yazılma Tarixi:03.12.2021 23:43:01

Mən Necə Düzələ Bilərəm Hərbiyə ?

Portala daxil olan müraciətinizə baxılmışdır. Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə müraciət etməyiniz məqsədəuyğundur.
Nihat Soruşur Yazılma Tarixi:02.12.2021 18:27:04

Salam, Mənim 18 yaşım tamamdır ama mən səhətimlə bağlı narahatçılığa görə yanvar ayına qaldım Mənim deyəcəyim odur ki mənim hansı hərbi hissəyə düşdüyümü bilmək isdiyirəm

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.  
Vüqar Soruşur Yazılma Tarixi:17.11.2021 16:00:56

Salam. Məni dişimdə olan problemə görə hərbi xidmətə aparmadilar. 22 yaşım var hal hazırda mən könüllü olaraq hərbi xidmətə getmək istəyirəm həmdə çox . Bunun üçün mən nə etməliyəm?

Bildiririk ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”nda qeyd edilmiş “Üst və alt çənələrdə II (ikinci) hissəvi adentiya. Diş köklərinin qalığı və üst çənənin çıxan protezi” diaqnoza müvafiq olaraq Siz Qəbələ rayon hərbi həkim komissiyası tərəfindən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 54 “a” maddəsinin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşı tamam olana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilir və sağlam olduğu halda, müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilirlər. Bildiririk ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Qəbələ rayon şöbəsinə təqdim edildiyi halda mümkündür.  
Samir Soruşur Yazılma Tarixi:16.11.2021 17:04:38

Salam. Mən Təhməzov Samir. Bilmək İsdərdimki Hərbi Yoxlanışımın Vaxdı Təyin Olunubmu ?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində hazırda 2022-ci ilin yanvar çağırışına hazırlıq işləri aparıldığı üçün qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qeydiyyatda olduğunuz struktur bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Mehrac Soruşur Yazılma Tarixi:14.11.2021 03:43:38

Salam . Mənə 1 noyabr 2021-ci il tarixinə hərbi xidmətə çağırış vərəqəsi verilmişdi . Mənim səhhətimdə problemlər olduğuna görə məni hərbi xidmətə aparmayıblar . Hərbi biletimdə yoxdur . Zəhmət olmasa sistemdə mənim haqqımda olan məlumatları mənə bildirəsiniz .

Bildiririk ki, hazırda Xidmətin yerli struktur bölmələrində 2022-ci ilin yanvar çağırışına hazırlıq işlərinin aparılması ilə əlaqədar Sizin barənizdə müvafiq qərar qəbul edilməsi üçün təcili olaraq Xidmətin qeydiyyatda olduğunuz Yasamal rayon idarəsinə gəlməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897