Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Yaqut Soruşur Yazılma Tarixi:30.06.2023 14:24:37

Sumqayıt HXŞDX-də bildirilir ki, hərbi xidmətdən müvəqqıəti azad olunduğu halda subbakalavrın azad olunması haqqında qeydiyyat Vahid Dövlət Portalında sistem üzərindən avqust ayında aparılacaqdır.Dövlət İmtahan mərkəzi subbakalavrın ərizə qəbulundan keçməsinə şərait yaradaraq ərizə qəbulunu 31.07.2023 tarixə qədər etmişdir. Bilmək istəyirəm niyə İstisna hal olraq müvvəqəti möhlət almış subbakalavrı vaxtında sistem üzərindən qeydiyyat edilmir və bununla həmin şəxslərə ali təhsil almaq imkanı verilmir?.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə tərəfimizdən baxılmış və müraciətin xüsusatları barədə Xidmətin Sumqayıt şəhər baş idarəsinə məlumat verilmişdir. Odur ki, Sumqayıt şəhər çağırış komissiyası tərəfindən barəsində həqiqi hərbi xidmətə müvəqqəti yararsızlıq qərarı qəbul edilmiş çağırışçının aidiyyəti üzrə hərbi qeydiyyatda olduğu struktur bölməyə gəlməsi tövsiyə olunur.
Vüsal Soruşur Yazılma Tarixi:29.06.2023 12:48:31

Salam mən may ayının sonunda hərbi həkim komissiyasından keçmişəm və hərbi xidmətə yararlı olub olmadığımı öyrənmək istəyirəm

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar, qeydiyyatda olduğunuz Xidmətin Qəbələ rayon şöbəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən (qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri) keçirilmiş və aparılmış müayinələr nəticəsinə əsasən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun “hərbi xidmətə yararlıdır” hesab edilmiş, 2023-cü ilin iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndəriləcəksiniz.  
Rişad Soruşur Yazılma Tarixi:28.06.2023 19:35:14

Salam iyul çağırışçısıyam və sms gəlmiyib, Mirqasımob adına xəstaxanaya göndərişim olub, müayinə nəticəm isə müddətli həqiqi hərbi xidmətə tam yararlı və patalojik hər hansı bir şey olmamasıdır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin barənizdə tibbi müayinənizin nəticəsinə uyğun olaraq Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsi ilə iyul çağırışı müddətində qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Məli Soruşur Yazılma Tarixi:28.06.2023 16:24:44

Salam mənim 2024 cu ilin iyul ayının 5-ində 18 yaşım tamam olur.2024 cu ilde Ali məktəbə hazırlasmaq istəyirəm öyrənmək isteyirəm ki möhlət huququ ala bilerem?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz 18 yaşınızın 05.07.2024-cü il tarixdə tamam olması ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz struktur bölməsi tərəfindən 2024-cü ilin iyul çağırışına cəlb olunacaqsınız.
Seyid Məmməd Soruşur Yazılma Tarixi:28.06.2023 13:43:27

Salam mən iyul ayını 3-ü çağrışçıyam mənə 9100-dan sms gəlib ki , Səfərbərlik və Hərbi xidmətə çağrış üzrə Dövlət xidmətinin rəsmi saytına daxil olaraq düşdüyünüz ye haqda məlumat əldə edə bilərsiniz məndə məlumatlarımı yazıram yazır ki, göndərilən məlumatlara uyğun çağrışçı tapılmadı. Xaiş edirəm mənə bu haqda bir məlumat verəsiniz

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz 2023-cü ilin iyul çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşların Silahlı Qüvvələr üzrə bölgüsü əsasında müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Ordusuna təyin olunmusunuz.  
Nihad Soruşur Yazılma Tarixi:26.06.2023 18:53:58

Salam.. Mən Nizami rayon Hərbi Xidmət Üzrə Dövlət xidmətinin göndərişinə əsasən komisyalardan keçmişəm.Artıq 2 ildir ki ,çəki azlığı ilə əlaqədar olaraq mənə möhlət verilmişdir.Hal hazırda subbakalavr olaraq universitetə sənəd vermək istəyirəm .Lakin Dövlət imtahan mərkəzi Subbakalavr ərizəm təstiq edilməyib.Səbəb Nizami rayon Səfərbərlik və Hərbi xidmətə çağırış tərəfindən möhlət hüququ barəsində ərizənin olmamasıdır. Xahiş edirəm Nizami Rayonu Hərbi komisarlığı tərəfindən elektron ərizəmin təstiq olunmasında mənə yardım edə bilərsiniz?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə tərəfimizdən baxılmış və müraciətin xüsusatları barədə Xidmətin Nizami rayon idarəsinə məlumat verilmişdir. Odur ki, Sizin elektron ərizənizin təsdiq olunması məqsədilə tələb olunan hərbi vəzifə ilə bağlı məlumatlarınızın dəqiqləşdirilməsi üçün Xidmətin qeydiyyatda olduğunuz Nizami rayon idarəsinə gəlməyiniz tövsiyə olunur.
Fuad Soruşur Yazılma Tarixi:26.06.2023 12:00:03

Salam mən hərbi xidmətə tam yararlı oıduğum halda mənə sms gəlmədi bu necə olacaq ?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizə Abşeron rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edilərək 3 ay müddətinə möhlət verilmişdir. Bildiririk ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Abşeron rayon çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
Nihat Soruşur Yazılma Tarixi:26.06.2023 02:29:39

Salam. Mənim 17 yaşım var. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqəmdə sağlamlıq problemimə (maddə 56 b) görə dinc dövrdə yararsız, müharibə dövründə yararlı olduğum qeyd olunubdur. Mən öyrənmək istəyirəm ki, mən hərbi xidmətdən azadammı və mənə hərbi bilet veriləcəkmi? Və ya sonrakı mərhələlərdə hansısa komissiyadan keçəcəyəmmi?

Müraciətinizə cavab olaraq bildiririk ki, ilkin hərbi qeydiyyata alma komissiyaları tərəfindən şəhadətləndirilmiş və barələrində “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” qərarı verilmiş vətəndaşlar (indiki halda Siz) 18 yaşına çatdıqda müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunaraq, yenidən tibbi müayinədən keçirilir və hərbi xidmətə yararlı olub-olmamaları barədə rayon (şəhər) çağırış komissiyaları tərəfindən müvafiq qərar qəbul edilir.  
Elgün Soruşur Yazılma Tarixi:25.06.2023 23:29:52

Salam.Mənə İyulun 22 sinə çağırış vərəqəsi verilib amma çağırışçıların harada xidmət edəcək haqqında sayıtda yoxladım məlumat çıxmadı

Müraciətinizlə əlaqədar bildiririk ki, Siz 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Daşkəsən rayon şöbəsində tibbi şəhadətləndirilmiş, öyrənilmiş və hərbi xidmətə yararlı hesab edilmisiniz. Sizin 2023-cü ilin iyul çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur. Qeyd edirik ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 2023-cü il 20-25 iyul tarixlərində Xidmətin saytında  yerləşdiriləcəkdir. Bununla yanaşı, çağırışçılar hərbi hissələrə təyin olunmaları barədə SMS vasitəsilə məlumatlandırılacaqlar.
HƏBİB Soruşur Yazılma Tarixi:25.06.2023 23:16:47

Hörmətli Mürsəl müəllim, Mən Xəzər rayonu Səfərbərlik idarəsində iyul ayının çağırışçısıyam. Mənim onurğamda kifoz xəstəliyi var. Çox ayaqüstə qala bilmirəm, bir müddət yeriyəndə yoruluram. Məni son 1 ayda Xəzər rayonu Səfərbərlik İdarəsinə dəfələrlə çağırıb müayinə edib sağlam çıxarmağa çalışıblar. Dəfələrlə aidiyyatı olmuyan yerlərdə müayinə etdiriblər. Xahiş edirəm, məni dövlət xəstəxanasında müayinə olunmağıma göstəriş verəsiniz. Bugün Sərhəd Xidmətində qulluq edəcəyim barəsində telefonumda mesaj almışam.


H
örmətli Həbib müəllim,
Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar, qeydiyyatda olduğunuz Xidmətin Xəzər rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən (qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri) keçirilmiş və aparılmış müayinələr nəticəsinə əsasən Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun “hərbi xidmətə yararlıdır. A-3” hesab edilmiş, 2023-cü ilin iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndəriləcəksiniz. 
Cədvəldə sətir sayı :14897